“Euronews” telekanalında Dövlət Bayrağı Günü münasibətilə Bakıda keçirilmiş fləşmobla bağlı süjet yayımlanmışdır VİDEO
Bakı, 10 noyabr (AZƏRTAC). “Euronews” telekanalında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakıda keçirilmiş fləşmobla bağlı süjet yayımlanmışdır.
AZƏRTAC xəbər verir ki, “şərhsiz” təqdim edilən süjetdə Bakıdakı Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağı rənglərində geyinmiş yüzlərlə gənc “Azərbaycan” sözünü əks etdirmişlər. Daha sonra isə gənclər Azərbaycan bayrağı formasında düzülərək dövlət himnimizi oxumuşlar.
Süjetin xülasəsində bildirilmişdir ki, Azərbaycanda Dövlət Bayrağı Günü 2009-cu ildən qeyd olunur. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda dövlət bayrağı 1918-ci il noyabrın 9-da qəbul edilmişdir.