WUF13 könüllüləri Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləş-mob təşkil ediblər
Bakı, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş simvolik fləş-mob WUF13 könüllülərinin iştirakı ilə tədbirin keçiriləcəyi məkan olan Bakı Olimpiya Stadionunda təşkil edilib.
AZƏRTAC xəbər verir ki, 600-dən çox könüllünün iştirakı ilə keçirilən fləş-mob zamanı “ Heydər Əliyev 103” yazısı formalaşdırılıb.
Bu təşəbbüs müasir Azərbaycanın memarı, ölkəmizin inkişafına, şəhərsalma kimliyinə və müasir memarlıq tərəqqisinə mühüm töhfələr vermiş Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə ehtiramın ifadəsidir.