Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb VİDEO
Bakı, 22 sentyabr, AZƏRTAC
Ağdam-Xankəndi dəmir yolu xəttinin bərpası istiqamətində işlər davam etdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, layihə üzrə layihələndirmə işlərinin 90 faizi, tikinti-quraşdırma işlərinin isə 48 faizi başa çatdırılıb.
Layihə çərçivəsində Xankəndidə müasir Dəmir Yolu və Avtovağzal Kompleksinin yaradılması da nəzərdə tutulur.