Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO
Bakı, 13 oktyabr, AZƏRTAC
Ani ödənişlər sistemində hazırda gündə 1 milyon əməliyyat keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" adlı tədbirdə deyib.
“Ani ödənişlər sisteminin regiondan daha kənar olan ölkələrlə də inteqrasiyasında maraqlıyıq. Türkiyə Mərkəzi Bankı ilə də bu mövzuda sıx münasibətdəyik, işlər gedir və düşünürük ki, sektorda bu ölkələrarası cross-border (sərhədüstü) ödənişlərin də xərcinin azaldılması baxımından finteklərin böyük rolu ola bilər”, - deyə o qeyd edib.
Foto - Səfiyar Məcnun
Video - Ceyhun Mustafayev