Azərbaycan Dövlət İnformasiya Agentliyi

44 günlük müharibə - Zəfərə gedən yol və yeni reallıqlar

44 günlük müharibə - Zəfərə gedən yol və yeni reallıqlar

İmişli, 2 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Birinci Qarabağ müharibəsində torpaqlarının təxminən 20 faizini itirmiş Azərbaycan 1994-cü ildə Bişkekdə imzalanmış atəşkəs razılaşmasından sonra 25 ilə yaxın müddət ərzində Ermənistan ilə uzunmüddətli sülh danışıqları apardı. Lakin bu danışıqlar 2018-ci ildə Ermənistanda inqilab yolu ilə hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi çıxışları və digər təxribatçı fəaliyyətlər nəticəsində pozuldu. 2020-ci il sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının videoformatda keçirilən 75-ci sessiyasında çıxış edərkən, 2020-ci ilin iyulundan sentyabrınadək Ermənistana hərbi yük təyyarələri ilə min tondan artıq hərbi avadanlığın daşındığını bəyan etdi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaydı. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin təmas xəttində Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücuma keçməsindən sonra, Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistana qarşı sülhə məcburetmə əməliyyatına başlamaq haqqında qərar verdi.

AZƏRTAC xəbər verir ki, bu qeydlər Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin rəis müavini İsgəndər Orucovun “44 günlük müharibə - Zəfərə gedən yol və yeni reallıqlar” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Əməliyyatların gedişində Azərbaycan az itki verməklə böyük nailiyyətlər qazandı. Döyüşlərin ilk günündə bir sıra kəndləri və strateji körpüləri geri aldıqdan sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də İranla sərhəddə yerləşən əraziləri tamamilə işğaldan azad etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin artilleriya, minaatan və idarə olunan raketlərlə Ermənistan ordusuna endirdiyi zərbələr nəticəsində düşmən ordusunda kütləvi fərarilik halları və ruh düşkünlüyü yarandı. Hərbi əməliyyatların sonrakı gedişatında 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad olundu. Ümumiyyətlə, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüş əməliyyatları zamanı Azərbaycan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərini tam, Xocavənd, Ağdərə və Xocalı rayonlarını isə qismən azad etdi. Azərbaycanın möhtəşəm Qələbəsi nəticəsində Ermənistan sonda məğlubiyyəti qəbul etməli oldu və işğal etdiyi ərazilərdən geri çəkildi. Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Ermənistan kapitulyasiya aktına bərabər bəyanatı imzaladı və bununla da Azərbaycan böyük Qələbə qazanaraq Ermənistanın 30 illik işğalına son qoydu. Həmçinin atəşkəs razılaşmasına uyğun olaraq, Ermənistan silahlı qüvvələri Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz tərk etməli oldu.

Qələbənin əldə edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, ordunun hərbi qüdrətinin artması və xalqın böyük əzmi həlledici rol oynadı.

“Biz düşməni torpağımızdan qovduq və yeni reallıq yaratdıq. Bu reallığı hamı etiraf etməlidir”, - deyə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa müraciətində bildirdi. Bu yeni reallıq Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa etməsini və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını şərtləndirir.

Rusiyanın vasitəçiliyi ilə imzalanmış Bəyanat Qarabağ bölgəsinin tarixi, ikinci ən böyük şəhəri olan Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsindən az sonraya təsadüf etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın məğlubiyyətlə barışmaqdan başqa çıxış yolu yox idi. Beləliklə, Ermənistan hökuməti ağır məğlubiyyətini etiraf etdi və münaqişəyə rəsmən son qoyuldu.

İmzalanan razılaşmanın şərtlərinə görə, hər iki tərəf hərbi əməliyyatları dayandırmalı, əsirlər “hamıya hamı” prinsipi ilə dəyişdirilməli, iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Rusiya sülhməramlıları ermənilərin yaşadığı ərazilərdə atəşkəsə və əsirlərin mübadiləsinə nəzarət etməlidir. Kəlbəcər, Ağdam və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. Həmçinin Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya xətti təmin etməlidir. Bu dəhliz vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə məhdudiyyətsiz hərəkətinə imkan verəcək. Bu o deməkdir ki, Türkiyənin Azərbaycanla birbaşa quru əlaqəsi olacaq və Türkiyə-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsi istiqamətində mühüm addım sayıla bilər.

Bölgədə baş verən son hadisələri nəzərə alsaq, Azərbaycanın qalib gəlməsində “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı və birliyi də mühüm rol oynadı və Türkiyə Azərbaycanın yeganə real dəstəkçisi olmaqda davam edir. Türkiyə Azərbaycanı strateji və müasir silahlarla təchiz etməklə yanaşı, Azərbaycanın özünə inamına və döyüş qüdrətinə mühüm töhfə verdi.

Bəyanatın şərtləri regionda yeni imkanlar yaradır. Rusiya ilə Türkiyə arasında koordinasiya və əməkdaşlıq böhranı nəzarətdə saxlamağa imkan verəcək. Ümumilikdə üçtərəfli Bəyanat münaqişənin ədalətli və hər iki ölkə xalqının mənafeyinə uyğun olaraq uzunmüddətli və hərtərəfli həlli üçün zəruri şərtlər təmin edir. Bundan sonra Azərbaycan hökuməti işğaldan azad edilmiş rayonlarda normallaşma prosesinə başlayacaq və məcburi köçkünlərin doğma yurd-yuvalarına geri qayıtmasını sistemli şəkildə təmin edəcək.

Ermənistan bundan sonra Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları ilə hesablaşmalı olacaq. Bu kontekstdə Ermənistanla onun iki qonşusu Türkiyə və Azərbaycan arasında normallaşma və yaxınlaşma başlaya bilər. Ermənistan bu tarixi fürsəti əldən verməməlidir.

“Müharibənin ilk saatlarından biz Türkiyənin dəstəyini hiss etdik”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib. “Bu, bizim birliyimizin, qardaşlığımızın nümunəsidir”.

Azərbaycan Qarabağın strateji ərazilərini, o cümlədən əvvəllər etnik azərbaycanlıların məskunlaşdığı, lakin sonradan erməni vandalları tərəfindən viran və talan olunmuş, mina sahələrinə çevrilmiş şəhər və kəndləri geri almağa müvəffəq oldu. Ölkəmizin qısa müddətdə qazandığı möhtəşəm qələbələri “texnoloji qələbə” adlandıranlara da haqq qazandırmamaq olmaz. Analitiklərin fikrincə, Azərbaycan “ağıllı” və bahalı silahlardan və yeni döyüş taktikalarından istifadə etdiyi halda, Ermənistan Rusiya istehsalı olan köhnə silahlara və 1990-cı illərdə mənimsədikləri köhnəlmiş strategiyalara arxalandı.

Erməni silahlı birləşmələri böyük qruplar və ya yük maşınları ilə hərəkət edirdilər, onların səngərləri geniş olsa da, dərin deyildi, artilleriya qurğuları açıqda qaldığından, Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin hava hücumları üçün asan hədəfə çevrilirdi. Ermənilərin silahları olduqca köhnə idi, qırıcı təyyarələri bir dəfə də uçmamışdı və Rusiya istehsalı olan “Osa” və “Strela” zenit-raket kompleksləri döyüş meydanında Azərbaycanın ən ölümcül silahı olan pilotsuz uçuş aparatları (PUA) və kamikadze dronları qarşısında aciz idi.

Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi Qələbə regionda yeni reallıqlar yaratdı. Birinci Qarabağ savaşı zamanı ölkənin digər bölgələrinə qaçmağa məcbur olmuş 1 milyona yaxın azərbaycanlı işğaldan azad edilmiş Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Şuşada və digər ərazilərimizdə infrastruktur yenidən qurulduqdan və bərpa edildikdən sonra əbədi yaşamaq üçün öz doğma torpaqlarına qayıdacaqlar.

Üçtərəfli Bəyanatda status ilə bağlı hər hansı maddə olmadığından, Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə məskunlaşmış ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, bu rayonlarda məskunlaşmış ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra daha yaxşı yaşayacaqlar. Qeyd olunan erməni sakinlərin təhlükəsizliyini müvəqqəti olaraq Rusiya sülhməramlıları təmin edir və atəşkəs rejiminin icrasına Ağdam rayonundakı Türkiyə-Rusiya birgə monitorinq mərkəzi tərəfindən nəzarət olunur.

Yeni regional reallıqlar arasında Naxçıvanı Qərbi Azərbaycan vilayətləri ilə birləşdirən dəhliz də vardır ki, bu dəhliz Prezident İlham Əliyevin atəşkəs sazişi üzrə danışıqlarda irəli sürdüyü xüsusi şərtlərdən biridir. Sovet dövründə Naxçıvanla Azərbaycan arasında dəmir yolu və avtomobil yolları mövcud idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində kəsilmiş bu əlaqə bərpa olunacaq.

Sözügedən dəhlizin açılması Türkiyə ilə Azərbaycan arasında quru əlaqələrinin yaradılmasına imkan verəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan da əgər istəsə, İran, Rusiya və Türkiyə ilə birlikdə bu dəhlizdən istifadə edə biləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 1-də xalqa müraciətində Qarabağda erməni işğalından azad edilmiş Azərbaycan ərazilərindən danışarkən qeyd etdiyi kimi, “hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, yaşayış və inzibati binalar sökülüb”. Ermənistanın sabiq baş prokuroru və Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki sabiq nümayəndəsi Gevork Kostanyan bildirib ki, Azərbaycan hazırda 50 milyard dollara çata biləcək həmin maddi ziyana görə Ermənistana qarşı təzminat tələbi hazırlayır.

Birinci Qarabağ müharibəsi (1988-1994) zamanı işğal olunmazdan əvvəl 700 mindən çox azərbaycanlının yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsinin ətrafındakı 7 rayon Ermənistanın nəzarəti altında olduğu dövrdə tamamilə dağıdılmış və yerlə-yeksan edilmişdir. Son otuz ildə bu ərazilərdə yaşayış və inzibati binalarla yanaşı, rəsmi mənbələrə görə, 700-ə yaxın tarixi və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, 100000-dən çox maddi-mədəniyyət nümunəsinin olduğu 22 muzey, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert zalına zərər dəymiş və ya dağıdılmışdır.

Regionun yenidən qurulması uzun müddət və böyük maliyyə vəsaitləri tələb edən prosesdir. Bəzi ekspertlərin fikrincə, bu, 5-10 il çəkə və 10 milyard dollardan çox vəsait tələb edə bilər. Buna baxmayaraq, Azərbaycan yaxın keçmişdə ölkəmizin ən abad guşələrindən biri olmuş işğaldan azad edilmiş torpaqlarda həyatı yenidən bərpa etməkdə israrlıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “bu regionlar, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız üçün normal həyat şəraiti yaratmaq üçün bütün addımlar atılacaqdır. İndi bərpa dövrü başlayır. Genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri ilk növbədə bu işlərdə iştirak edəcəklər. Bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik. Daha doğrusu, artıq dəvət etmişik”.

Azərbaycan artıq türk şirkətləri ilə ilk müqavilələr imzalayıb. Bu təbiidir, çünki Türkiyə bizim üçün qardaş ölkədir. Quruculuq işlərində Avropa ölkələrinin də iştirakı istisna edilmir. Məsələn, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın 2020-ci ilin dekabrın 1-də Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü ilə əlaqədar özünün tviter hesabında yazdığı kimi, “işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”in tikintisi” müzakirə edilmişdir.

“Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir.” Bu sözləri isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton ilə görüşdə səsləndirib. Bundan əlavə qeyd olunub ki, Britaniya şirkətləri ilə ölkəmizin işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə dair müzakirələr də aparılır və bu istiqamətdə əməkdaşlıq üçün böyük potensial var. Buraya işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi də aiddir. Dövlətimizin başçısı deyib: “Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir”.

Əməkdaşlıq perspektivlərinə Xorvatiya, İtaliya, Macarıstan kimi digər Avropa ölkələri də cəlb olunmaqdadır.

Azərbaycan Füzuli Beynəlxalq Hava Limanını cəmi 8 ay ərzində inşa edərək istismara verdi. Həmçinin işğaldan azad olunmuş əraziləri birləşdirən avtomobil və dəmir yollarının tikintisinə start verilib və işlər sürətlə gedir. 2021-ci ilin 26 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin, yəni Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Azərbaycan Naxçıvana magistral və dəmir yolu xətti çəkməyi planlaşdırır ki, bu da ölkəni əsas strateji müttəfiqi Türkiyə ilə birləşdirəcək. İşğaldan azad olunmuş ərazilərdə hazırda “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi bölgə üçün analoqu olmayan yeni imkanlar və perspektivlər vəd edir. Bütün bunlar, həm Azərbaycan, həm də ümumilikdə region ölkələri üçün yeni inkişaf trendi deməkdir.

Azərbaycanın müharibədən sonrakı planlarında Ermənistanın nəzarəti altında dağıdılmış və təhqir olunmuş mədəniyyət və dini abidələrin bərpasına xüsusi önəm verilir. İşğalda olmuş Qarabağ bölgəsində donuzxanaya çevrilmiş tarixi məscidlərin görüntüləri Azərbaycan xalqını hiddətləndirdi. Fransa, ABŞ və Rusiyadan olan beynəlxalq vasitəçilər də əvvəllər həmin bölgələrdə faktaraşdırıcı missiyalar həyata keçirmiş, lakin heç vaxt həmin dini abidələrin vəziyyəti ilə bağlı məsələ qaldırmamışdılar.

Azərbaycan çoxkonfessiyalı ölkə olaraq işğaldan azad edilmiş ərazilərdə təkcə müsəlman abidələrini deyil, xristianlıq və digər dinlərə aid abidələri də bərpa etməyi planlaşdırır. Ölkəmiz UNESCO və digər beynəlxalq təşkilatları Ermənistanın işğaldan azad edilmiş ərazilərə vurduğu maddi ziyanı qiymətləndirməyə və mədəni irsin bərpasında iştirak etməyə dəvət edir. Bu Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsinin regionda xristian irsinə təhlükə yaradacağına dair dezinformasiya kampaniyaları fonunda baş verir.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir” və qısa müddətdə irimiqyaslı quruculuq işləri həyata keçirməklə təkcə ölkənin deyil, həm də bütövlükdə regionun inkişafına mühüm töhfə verə bilər.

Sonda bir daha qeyd etməliyik ki, bu Qələbənin əldə olunmasında hər birimiz canını fəda edən və igidlik göstərən şəhidlərimizə və qazilərimizə borcluyuq. Onların bu şücaəti gələcək nəsillərə ötürülməklə tarix boyu yaddaşımızda silinməz olaraq qalacaq. Qəhrəman şəhidlərimizdən olan ədliyyənin qüruru şəhid Ruhin Xəlilov da Vətən sevgisini öz həyatından, arzularından və ailəsindən üstün tutdu. Onunla, bütün şəhidlərimizlə bu gün hər bir vətəndaşımız, eləcə də ədliyyə əməkdaşları fəxr və qürur duyur. Bizim üzərimizə düşən ən böyük vəzifə şəhidlərimizin şərəfli adını qorumaq və yaşatmaqdır. Bu istiqamətdə ölkəmizdə mühüm işlər görülür. Ədliyyə Nazirliyi tərəfindən də şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müvafiq addımlar atılır və bu işlər bundan sonra da davam etdiriləcəkdir. Bununla bağlı biz həm öz xidməti vəzifəmizdə, həm də şəxsi həyatımızda bu məsələlərə səlahiyyətimiz və imkanlarımız çərçivəsində daim diqqətlə yanaşacağıq.

Zəfər Günümüz mübarək!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib