Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan və Türkiyə arasında uzun illərə dayanan münasibətlər klassik müttəfiqlik anlayışının hüdudlarını aşaraq Avrasiya coğrafiyasında müəyyənedici rol oynayan strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq bu tərəfdaşlığın ən mühüm komponentlərindən biridir. Bu əməkdaşlıq qlobal enerji arxitekturasında yaranan asimmetrik şoklara qarşı formalaşdırılmış ən rasional və dayanıqlı cavab kimi qiymətləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) enerji üzrə tədqiqatçısı Büşra Zeynep Özdemir deyib.

Onun sözlərinə görə, bu münasibəti yalnız Türkiyənin “strateji körpü” və ya “tranzit ölkə” kimi təqdim olunması ilə izah etmək sahədəki real mənzərəni tam əks etdirmir. Bakı və Ankara Bakı–Tbilisi–Ərzurum təbii qaz boru kəməri, Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, eləcə də TANAP və TAP kimi layihələrdən ibarət Cənub Qaz Dəhlizi vasitəsilə təkcə keçid marşrutu deyil, eyni zamanda, regionda bir “enerji güc mərkəzi” formalaşdırıb. Mövcud geosiyasi proseslər, xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra tədarük zəncirlərində yaranan pozuntular iki ölkənin strateji tərəfdaşlığının və Türkiyənin yaratdığı dəhlizin əhəmiyyətini daha da artırıb. Avropanın enerji təchizatı təhlükəsizliyində yaranan həssaslıq Xəzərin karbohidrogen ehtiyatlarının Qərbə sabit və fasiləsiz şəkildə ötürülməsini artıq seçim deyil, zərurətə çevirib. Hətta yaxın vaxtlarda aparılmış müzakirələr çərçivəsində Cənub Qaz Dəhlizinin ötürmə gücünün mərhələli şəkildə artırılması və 30 milyard kubmetrdən yuxarı səviyyəyə çatdırılması, həmçinin yeni yataqların sistemə inteqrasiyası nəzərdə tutulur. Bu isə yalnız ikitərəfli əməkdaşlığın əhəmiyyətinin artacağını deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində bu xəttin ayrılmaz komponentə çevriləcəyini göstərir.

“Enerji geosiyasətində uğurlu infrastruktur layihələri adətən ətraf ölkələr üçün həm cəlbedici model, həm də istiqamətverici nümunə rolunu oynayır. Türkiyə-Azərbaycan xəttində formalaşan boru kəməri diplomatiyası Yaxın Şərq və Şərqi Aralıq dənizi kimi mürəkkəb, siyasi ziddiyyətlərin və sərhəd mübahisələrinin mövcud olduğu regionlar üçün sabitlik nümunəsi kimi çıxış edir. Şərqi Aralıq dənizi kontekstində aparılan qiymətləndirmələr göstərir ki, mövcud hidrokarbon ehtiyatlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxarılması üçün irəli sürülən alternativ layihələrin əksəriyyəti siyasi və maliyyə baxımından dayanıqlı deyil. Buna qarşılıq olaraq Azərbaycan və Türkiyə arasında qurulan etibarlı infrastruktur və genişlənmə potensialına malik sistem region üçün daha real və rasional çıxış yolu kimi qalır. Bu əməkdaşlıq enerji resurslarının münaqişə vasitəsi deyil, qarşılıqlı fayda və inteqrasiya aləti ola biləcəyini nümayiş etdirir. Dünya üzrə dəniz yolu ilə daşınan neft və qazın mühüm hissəsinin keçdiyi Hörmüz boğazında artan geosiyasi risklər də alternativ marşrutların əhəmiyyətini artırır. Bu baxımdan Türkiyə mərkəzli enerji dəhlizi daha etibarlı istiqamət kimi ön plana çıxır. Nəticə etibarilə bu əməkdaşlıq gələcəkdə yalnız Şərqi Aralıq dənizi deyil, Yaxın Şərq enerji resurslarının da qlobal bazarlara inteqrasiyasında əsas logistik və strateji mərkəzlərdən birinə çevrilmək potensialına malikdir”, - deyə Büşra Zeynep Özdemir əlavə edib.

Tədqiqatçı bildirib ki, bu xətt artıq yalnız enerji daşınması funksiyası yerinə yetirən bir dəhliz olmaqdan çıxaraq, faktiki olaraq bir “geosiyasi güc mərkəzi” funksiyasını daşıyır. Çünki bir infrastrukturun güc mərkəzinə çevrilməsi onun böhran dövrlərində təmin etdiyi strateji dayanıqlılıq və tərəflərə verdiyi diplomatik təsir imkanları ilə ölçülür.

Müharibələr və geosiyasi gərginliklərdən sonra Avropanın həyata keçirdiyi diversifikasiya siyasəti fonunda Azərbaycan-Türkiyə xətti öz etibarlılığını artıq sübut etmiş ən stabil alternativlərdən biri kimi çıxış edir. Bu xəttin gələcək inkişafını müəyyən edən əsas amil isə onun yalnız ənənəvi enerji daşıyıcıları ilə məhdudlaşmamasıdır. Enerji keçidinin sürətləndiyi dövrdə isə bu əməkdaşlıq artıq yeni mərhələyə daxil olur. Xəzər regionunun bərpaolunan enerji potensialı, Qarabağ və Şərqi Zəngəzurda yaradılan yaşıl enerji zonaları ilə birləşərək elektrik enerjisi və yaşıl hidrogen formasında Türkiyə üzərindən Avropaya ötürülməsi istiqamətində planlar formalaşır. Bu yanaşma Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının gələcəyə yönəlmiş ən mühüm mərhələsini təşkil edir. Beləliklə, konvensional enerji sahəsində formalaşmış bu güc mərkəzi, yaşıl enerji transformasiyasına inteqrasiya olunaraq gələcəkdə də qlobal enerji sisteminin əsas iştirakçılarından biri kimi mövqeyini qoruyacaq.

Müxbir – Ceyhun Xəlilov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib