Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Kitabi-Dədə Qorqud”un Avropada ilk nəşrinin 200 illiyi UNESCO-da qeyd edilib

Paris, 16 aprel, AZƏRTAC 

Aprelin 15-də UNESCO-nun mənzil-qərargahında Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Türkmənistanın bu təşkilat yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbiri açan Dünya İrs Mərkəzinin direktor müavini xanım Meştild Rossler “Kitabi-Dədə Qorqud” eposunu təkcə türk xalqlarının deyil, dünya mədəniyyətinin qədim irsi kimi dəyərləndirib, eposun yazılı Drezden və Vatikan variantlarının olduğunu söyləyib. O, əsərin xalqların öz azadlığı uğrunda mübarizəsinin tarixiliyı baxımından çox dəyərli olduğunu, türkdilli ölkələrin əksəriyyətində Dədə Qorqudla bağlı abidələrin yaradıldığını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev tədbirdə çıxış edərək deyib: “Kitabi-Dədə Qorqud” ən qədim dövrlərdən həyat və ölümdən, vəfa və xəyanətdən, məhəbbət və nifrətdən, igidlik və qorxaqlıqdan, xeyirdən və şərdən bəhs edib. Nəsillər bir-birini əvəz edib, əsrlər dəyişib, ancaq Qorqud dədənin söylədikləri həmişəki müdrikliyi ilə bərabər, həmişəki təzə-tərliyini saxlayıb.

Vaxtilə gördüyüm və heç vaxt xatirimdən çıxmayacaq bir mənzərə mənim gözlərimin qarşısına gəlir: müasir Tunisdə, Karfagen xarabalıqlarının yaxınlığında, göz işlədikcə uzanan qupquru səhralıqda nəhəng bir zeytun ağacı var. Bu ağacın yaşı üç min ilə yaxındır və bu üç min illik ağac bu gün də təzə-tər bəhrə verir, hər il təzə zeytunlar yetişdirir. Hərdən mən “Kitabi-Dədə Qorqud”u vərəqlədikcə o üç min illik zeytun ağacının körpə bəhrələrinə - yaşıl zeytun dənələrinə baxdığım dəqiqələri xatırlayıram və o əlçatmaz, ünyetməz qədimliklə o yeni doğuş, yeni həyat qarışığının qəribə bir ab-havasını hiss edirəm...

Hələ XVIII əsrdən məlum olsa da, əslində Avropa şərqşünaslıq elmi bu eposu yalnız 1815-ci ildə kəşf edib. Həmin il alman alimi Henrix Fridrix fon Dits “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsini tapdı və bundan sonra, az qala iki əsrdir ki, dünya şərqşünaslığının bir çox böyük nümayəndələri “Kitabi-Dədə Qorqud”u tədqiq, təhlil və tərcümə edib, alman, rus, ingilis, fransız, türk, italyan, ərəb, fars, serb, gürcü, türkmən, qazax, latış və s. dillərdə nəşr ediblər.

Bütün bu tədqiqatlar, tərcümələr, nəşrlər ötən müddət ərzində dünya şərqşünaslıq elmində, konkret olaraq isə türkologiyada məxsusi və nüfuzlu bir qol - qorqudşünaslıq yaradıb.

F.Dits 1815-ci ildə eposun Təpəgözlə bağlı boyunu nəşr etdi. O, öz tədqiqatında bir bədii personaj kimi Təpəgözü Homerin “Odisseya”sındakı məşhur Siklopla müqayisə edir və maraqlısı budur ki, F.Dits Təpəgözü daha ilkin bədii mənbənin qəhrəmanı hesab edir. F.Ditsə görə “Odisseya” özündən sonrakı dövrdə Şərq aləminə məlum deyildi, halbuki Şərq əfsanələri, ədəbiyyatı “Odisseya”ya qədərki dövrlərdə artıq qədim yunanlara məlum idi. F.Dits Təpəgözü Siklop surətinin prototipi hesab edirdi, Təpəgöz bədii surət kimi, Siklopun əvvəli, başlanğıcı, başqa dildə, başqa mühitdə onun yeni ifadəsi idi.

Elə bircə bu faktın özü “Kitabi-Dədə Qorqud”un hansı qədimlərdən gəldiyi barədə yaxşı təsəvvür yaradır.

Diqqətə çatdırılıb ki, 15 il bundan əvvəl - 2000-ci ilin bu vaxtı, aprelin ortalarında Prezident Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda “Dədə Qorqud”un şərti olaraq 1300 illik yubileyi böyük beynəlxalq bayram kimi qeyd edilib. Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentlərinin və UNESCO-nun o zamankı baş direktorunun iştirakı ilə keçirilən yubiley gecəsində Prezident Heydər Əliyev böyük nitq söyləyərək, “Dədə Qorqud” dastanını yüksək qiymətləndirib. “Mən bu faktı xüsusi qeyd edirəm, çünki sovet ideologiyası “Dədə Qorqud”u zərərli bir dastan kimi qadağan etmişdi. Əsrlər dəyişir, cürbəcür ideologiyalar bir-birini əvəz edir, “Dədə Qorqud” isə yaşayır”, - deyə Baş nazirin müavini vurğulayıb.

Bildirilib ki, bu gün Bakıda “Dədə Qorqud” abidəsi ucaldılır, insanlar “Dədə Qorqud” parkında istirahət edir, tamaşaçılar “Dədə Qorqud” filminə və “Dədə Qorqud” mövzusunda teatr tamaşalarına baxır, tələbələr “Dədə Qorqud” təqaüdü alırlar. Bu gün nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində “Dədə Qorqud” dastanı bəşəri bir abidə kimi uca tutulur. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Brüsseldə “Dədə Qorqud” abidəsinin açılışı oldu və elə bu fakt “Dədə Qorqud”a ehtiramın sərhədlər tanımadığını yaxşı göstərir. Prezident İlham Əliyev “Dədə Qorqud”u milli sərvət adlandırıb. “Dədə Qorqud” bir daha sübut edir ki, bəşəriyyətə aparan yol millidən başlayır. “Fürsətdən istifadə edib Prezident İlham Əliyevin salamlarını və xoş arzularını sizə çatdırıram”, - deyə Elçin Əfəndiyev bildirib.

Baş nazirin müavini deyib: “Bu gün “Dədə Qorqud” UNESCO ilə neçə ölkə arasında mənəvi körpü yaradıb və biz bunu çox əlamətdar hesab edirik. Son illər Azərbaycan və UNESCO arasında çox sıx işgüzar əlaqələr yaranıb. Bu əlaqələrin yaranmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi fəaliyyəti qeyd edilməlidir. Bu əlaqələr milli ilə bəşərinin vəhdəti, mənəvi dəyərlərin və maddi abidələrin qorunması, mədəniyyətlərin bir-birinə yaxınlaşması baxımından olduqca əhəmiyyətli və qiymətlidir. Bugünkü “Dədə Qorqud” bayramı bunun gözəl bir nümunəsidir.

Mən “Dədə Qorqud”a bu qədər diqqət yetirdiyinə, ehtiram bəslədiyinə və tədbirin keçirilməsinə dəstək verdiyinə görə UNESCO-nun rəhbərliyinə, qurum üzrə milli komissiyanın üzv ölkələrinə və Beynəlxalq Türk Akademiyasına dərin təşəkkürümü bildirirəm”. Qazaxıstan Respublikasının dövlət katibi Gülsarə Abdikalykova, Türkiyənin UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Hüseyn Avni Bostalı, Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru Annaqurban Aşirov və Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali çıxışlarında bildiriblər ki, müdriklik timsalının simvolu olan Dədə Qorqud obrazının əks olunduğu “Kitabi-Dədə Qorqud” ümumbəşəri əsər olmaqla yanaşı, dəyərli mədəni irs kimi türk xalqlarının milli abidəsidir.

Xalqların mədəni irsinin qorunub saxlanılmasında, mədəniyyətlərarası dialoqun yaranmasında UNESCO-nun xidmətlərini qeyd edən natiqlər bu gün “Kitabi-Dədə Qorqud” eposunun ilk nəşrinin 200 illiyinin qurumda qeyd edilməsinin bunun bariz nümunəsi olduğunu bildirib, UNESCO ilə əməkdaşlıqdan, habelə ölkələrində Dədə Qorqudla bağlı ucaldılan abidələrdən və görülən işlərdən bəhs ediblər.

Sonda Azərbaycanın, Qazaxıstanın, Türkiyənin, Özbəkistanın və Türkmənistanın incəsənət ustalarının ifasında xalq mahnıları və Dədə Qorquda həsr olunan mahnılar səslənib.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Ali Neft Məktəbinin komandası “PASHA Hackathon 4.0” da qalib oldu

Agentlik direktor və direktor müavini kimi çalışmaq istəyənlərə xəbərdarlıq etdi

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Venesuela ABŞ hökuməti ilə dialoqun bərpa olunduğunu elan edib

Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb

DSMF: Yanvar-iyun aylarında xüsusi şərtlərlə pensiya alanların sayı 144 mindən çox olub

“Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə

Nazir müavini: Azərbaycan xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması sahəsində də nailiyyətlər əldə edib

Milli Kitabxananın əməkdaşları tərəfindən “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNİB

Pakistanda 657 məhsulun idxalına 55 faizədək rüsum tətbiq edilib

“Azərişığ”ın gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb

Azərbaycanlı məktəblilər Türkiyədə uşaq rəsm müsabiqəsinin qalibləri sırasında yer alıblar

“Gəncə”dən ayrılan voleybolçu Fransa klubuna keçib

Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib

Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər açıqlanıb

MİQ imtahanlarının ilk günündə texnologiya fənni üzrə 2564, təsviri incəsənət fənni üzrə 1592 namizəd dəvət olunub

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin püşkatmadakı səbəti açıqlanıb

ŞKTR-in maliyyə naziri Azərbaycanla əlaqələrin inkişafını alqışlayıb

Baş dövlət baytarlıq müfəttişi: Azərbaycanda heyvanlar arasında kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib VİDEO

UNEC rektoru abituriyentlərlə görüşəcək

Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir

Amerika Kuboku: ABŞ millisi qrupda qalıb, Panama növbəti mərhələyə yüksəlib

Hindistanın şimal-şərqində 640 min nəfər daşqınlardan zərər çəkib

Avropa Yayım Birliyi “Eurovision”da iştirak qaydalarını sərtləşdirir

Vətəndaşlar üç ədəd tüfəngi polis orqanlarına təhvil verib

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan “Baker Hughes” və “Zhero” şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

“ASAN xidmət” modeli əsasında İndoneziyada 200-dən çox mərkəz yaradılıb

Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib

DİN: İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avro-2024: Türkiyə millisi bu gün Avstriya ilə qarşılaşacaq

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

® Bakıda salınan yeni körpünün inşasında “STP Şirkətlər Qrupu” iştirak edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Monqolustan parlamenti yeni spiker seçib

Türkiyə Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın dörd ölkəyə səfərləri müzakirə ediləcək

Bakıdakı Rus evində Aytən Oqtayqızının və Nuranə Zeynalovanın müəllif konserti olub

Elmar Qasımov “Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nda iştirak edib

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ölkə ərazisində qeydə alınan 24 cinayətin üstü açılıb

Ağsu rayonunda təsərrüfatların 90 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib, qərarlar qəbul olunub

AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala yüksəlib

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir