Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın Gəncə Bölməsində “Elm günü” qeyd olunub

Bakı, 27 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 9-da imzaladığı Sərəncamla martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd olunur. Bu tarix ölkə üçün əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, bu gün AMEA-nın Gəncə Bölməsində də geniş şəkildə qeyd edilib. “Elm günü” münasibətilə keçirilən elmi-praktik konfransda son illərdə Qərb bölgəsində əldə edilmiş elmi nəticələrin hesabatı dinlənilib və əldə edilmiş elmi nailiyyətlərin sərgisi açılıb.

Elmi-praktik konfransda şəhərin elmi ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə Gəncə Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik Fuad Əliyev açaraq ölkə başçısı tərəfindən “Elm günü”nün təsis edilməsinin əhəmiyyəti, şəhərin bugünkü elmi potensialı və ölkə başçısının diqqət və qayğısına cavab olaraq qarşıda duran vəzifələr barədə məlumat verib.

Tədbirdə regionda aqrar elm sahəsində aparılan tədqiqatlar və perspektivlər, bioresurslar sahəsində aparılan elmi-tədqiqat işləri və onların tətbiqi, Qərb bölgəsinin mütəfəkkirləri və klassikləri, Gəncədə tarixi araşdırmalar, regionun ekoloji tarazlı və digər aktual elmi mövzularda məruzələr dinlənilib.

Uzun illər ərzində əldə olunan elmi nailiyyətlərə həsr olunan elmi nailiyyətlər sərgisi də konfrans iştirakçılarına təqdim olunub.

Sərgi ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə “Gəncə Elm Mərkəzi” kimi fəaliyyətə başlayan elm ocağının - AMEA-nın Gəncə Bölməsinin 40 ilə yaxın bir müddətdəki fəaliyyəti dövründə həyata keçirilən elmi və elmi-təşkilati işlərə bir tanışlıq, alimlərin elmi axtarışlarının nəticələri haqqında kiçik bir hesabat xarakteri daşıyıb.

Stendlərdə Heydər Əliyevin Gəncəyə səfərləri, əsgər və zəhmətkeşlərlə görüşlərinə aid şəkillər nümayiş etdirilib. Burada ulu öndərin son 40 ildə partiya və hökumət fəalları ilə görüşlərinə aid şəkillər, Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı dövlətlərinin rəhbəri ilə görüşlərinə aid tarixi şəkillər də yer alır.

Stendlərdə AMEA-nın Gəncə Bölməsi əməkdaşlarının dünyanın aparıcı elmi jurnallarında, müxtəlif Avropa ölkələrində nəşr olunan kitab və elmi məqalələr nümayiş etdirilib. AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun nəşr etdiyi “Ulu öndər” kitabı, habelə Prezident İlham Əliyevin Gəncəyə səfərlərinə aid kitab da sərginin ekspozisiyasına daxil edilib. “Azərbaycan Respublikası hökumətinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında qərarları (1991-2018)” , “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və xronologiyası”, “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı-Gəncə” və ”Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasından olan siyasi liderləri” kitabları nümayiş etdirilən nümunələr sırasında olub.

Humanitar Tədqiqatlar İnstitutunun stendində “Azərbaycan folkloru antologiyası - IX cild”, “Gəncə folkloru antologiyasının I.II,III cildləri”, “Gəncə adət-ənənələri” kitabları nümayiş etdirilib. “Azərbaycan məhəbbət dastanlarının poetikası” və “Azərbaycan folklorunda Xıdır Nəbi obrazı” kitabları da eksponatlar sırasında yer alıb.

Nizami Gəncəvi Mərkəzi sərgisində “Xəmsə” toplusu, habelə Nizaminin aforizmlərinin toplanaraq ingilis dilində nəşr edilən kitabları ilə təmsil olunub. N. Gəncəvinin yaradıcılığının tədqiqi ilə bağlı monoqrafiyalar da nümayiş etdirilən eksponatlar sırasındadır. Bölmənin nəşr etdiyi “Nizamişünaslıq” jurnalının nömrələri də iştirakçılara təqdim edilib.

Bölmənin Ekologiya və təbii ehtiyatlar, həmçinin Bioresurslar institutlarının əməkdaşlarının son illər apardığı elmi tədqiqatların nəticələri də sərgidə təqdim olunub.

Naftalan neftindən səhiyyədə müalicə məqsədilə istifadəsi və Qərb bölgəsində geniş yayılmış bitki ehtiyatları və aqrosənaye tullantılarından alınan bitki mənşəli yağlar maraq doğurub. Alınmış yağlar tibdə müalicə, kosmetikada məlhəm, lasyon və kremlərin hazırlanması üçün nəzərdə tutulur və elmi nailiyyətlər sərgisində nümayiş etdirilir.

Qeyd edək ki, qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Bölməsi, üç universitet, dörd elmi-tədqiqat institutu fəaliyyət göstərir. Burada 1 nəfər akademik, 2 nəfər AMEA-nın müxbir üzvü, 50-dən artıq elmlər doktoru, 560-dan çox fəlsəfə doktorları çalışır.

Azərbaycan elminin böyük təəssübkeşi və təşkilatçısı olan ümummilli lider Heydər Əliyev keçən əsrin 80-ci illərində ölkəmizin digər regionlarında olduğu kimi, Gəncədə də Elmlər Akademiyasının elmi mərkəzinin, Texnologiya Universitetinin yaradılmasına nail olmuşdur.

Ulu öndərimizin layiqli davamçısı, Prezident İlham Əliyevin 2012-ci il dekabrın 19-da imzaladığı Sərəncamla Gəncə Regional Elmi Mərkəzinin əsasında 7 institutun təmsil olunduğu bölmə yaradılıb. Bölmənin yaradılmasında əsas məqsəd Qərb regionunda elmin koordinasiyasının təşkili, elmi kadrların hazırlanması, bölgənin iqtisadi inkişafına cavab verən texnologiyaların istehsalata tətbiq edilməsi və regionun zəngin milli-mənəvi dəyərlərinin, tarixi irsinin və görkəmli mütəfəkkirlərinin, klassiklərinin həyat və yaradıcılığının öyrənilməsidir.

Ölkə rəhbərliyinin elmə və təhsilə qayğısının nəticəsidir ki, respublikamızda ilk dəfə Azərbaycan alimlərinin birinci qurultayı keçirilmiş, digər bölgələrdə olduğu kimi, Gəncə şəhərində də elm festivalı təşkil edilib.

Tədbirdə son illər elmi fəaliyyəti ilə fərqlənən alimlər, “İlin ən fəal qadın alimi” və “İlin ən fəal gənc tədqiqatçısı” müsabiqələrinin qalibləri fəxri fərman, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Konfrans iştirakçıları adından AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə müraciət qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükün təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO