İDMAN


“Arsenal”ın müdafiəçisi Bellerin üçün mövsüm bitib

Bakı, 22yanvar, AZƏRTAC

İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Hektor Bellerin ciddi zədələnib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 23 yaşlı ispaniyalı futbolçu “Çelsi” ilə matçın 69-cu dəqiqəsində dizindən zədələnərək meydanı xərəkdə tərk edib.

Komandanın baş məşqçisi Unay Emeri oyundan sonra verdiyi açıqlamada müdafiəçinin zədəsinin çox ciddi olduğunu deyib. Klubun həkimləri futbolçunun bu mövsüm meydana çıxmayacağını bildiriblər.

Qeyd edək ki, Bellerin cari mövsümdə “Arsenal”ın heyətində 19 oyunda meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.