Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
Qahirə, 9 may, AZƏRTAC
İsrailin Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 2795-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi açıqlamasında bildirib. Nazirliyin Fövqəladə Hallar Mərkəzinin məlumatına görə, martın 2-dən indiyədək davam edən hücumlarda, ümumiyyətlə, 8586 nəfər yaralanıb. İsrail qüvvələri aprelin 16-da on gün müddətinə elan olunan atəşkəsi pozaraq Livanın cənubuna hücumlarını davam etdirir. Atəşkəs aprelin 23-dən etibarən üçhəftəlik müddətə uzadılıb.
Hazırda beynəlxalq təşkilatlar və regional tərəflər gərginliyin aradan qaldırılması və münaqişənin sülh yolu ilə həllinə çağırış edirlər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]