Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verib

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verib

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatını şərh edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 2023-cü il 23 fevral tarixli şərhləri Məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir.

İlk növbədə qeyd edək ki, baş nazir Paşinyanın guya Məhkəmənin Laçın yolunun bağlandığına dair iddianı qeydə aldığı barədə şərhi heç bir şəkildə Məhkəmənin müvəqqəti tədbirlər barədə qərarının əsaslandırıldığı mətnlə üst-üstə düşmür və qərarda yolun bağlandığı qeyd olunmur.

Bir qrup azərbaycanlı ekofəalın Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu" barədə Ermənistanın iki əsas iddiasının Məhkəmə tərəfindən rədd edilməsini qəbul edə bilməyən baş nazirin Məhkəmənin məsələ ilə bağlı əsaslandırmasını təhrif etməsi təəssüf doğurur.

Laçın yolunda Azərbaycanın vəzifələrinin nədən ibarət olduğu barədə məsələni şərh edən Ermənistan baş naziri görünür ki, hələ də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatında Azərbaycan Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb. Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zəmanət verməsi yoldan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşılmamalıdır və Azərbaycan tərəfinin buna imkan yaratmayacağı dəfələrlə bəyan olunub.

Ümumiyyətlə, Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı qeyd edək ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan “fasiləsiz hərəkəti təmin etmək...” əvəzinə, “öz ixtiyarında olan bütün tədbirləri görməlidir”. Məhkəmə, eyni zamanda, Ermənistanın yolboyu hərəkətin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla Məhkəmə Azərbaycanın mövqeyinə əlavə olaraq dəstək verərək, Laçın yolu ilə hərəkətin Ermənistanın iddia etdiyi kimi “azad”, yəni heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Ermənistanın tələbini rədd edib.

Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca hərəkətin təhlükəsizliyinə zəmanət verilməsi üzrə sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.

Ermənistan baş nazirinin minalar ilə bağlı Məhkəmə qərarını təhrif edən açıqlaması isə göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır. Halbuki Məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub.

Qərardan göründüyü kimi, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil. Məhkəmənin bu qərarı Ermənistanın Azərbaycan ərazilərində minaların və mina tələlərinin yerləşdirilməməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsallı minaları daşımaması və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməsi kimi öhdəliklərin pozuntularından azad etmir. Ümumilikdə qeyd edək ki, Məhkəmə tərəfindən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan istifadə qanuni və şəffaf olmalıdır və yoldan sui-istifadə hallarına yol verilməməlidir. Bu səylərin tərkib hissəsi kimi, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması barədə təkliflə çıxış edib. Bu təklif Azərbaycanla Ermənistan arasında postmünaqişə normallaşma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsi Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif sahələri Bursada geniş təhlil edilib

Tramp: Ötən gün Hörmüz boğazından indiyə qədər keçdiyindən daha çox neft daşınıb

Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir

Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib

Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb

Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı

Ukrayna dronları ilin əvvəlindən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb

Paytaxt sakinləri üçün ictimai dinləmə sosial xidmətlərə həsr olunacaq

Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub

Messi dünya çempionatları tarixinin bombardiri olub

Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır

Maya Sandu Aİ-Moldova sammitini dəyərləndirib

Zaqatalada küləyin yaratdığı fəsadlar aradan qaldırılır

Azərbaycan və Türkmənistan idmanda təcrübə mübadiləsini genişləndirir

Almaniyada Türk dünyasının ortaq mədəni irsinin təbliği məsələsi müzakirə olunub

Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub

Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar

Berlin və Paris KNDS müdafiə sənayesi konsernində Almaniyanın payı ilə bağlı razılığa gəlib

Rubio bu həftə Yaxın Şərqə səfər edəcək

Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub

Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir

Bu saata olan əsas xəbərlər

Xəzərin iki sahilində güclənən strateji qardaşlıq ŞƏRH

Rəssam Röya Həsən: Natəvan adı mənəvi gözəlliyin simvoluna çevrilib

Rəcəb Tayyib Ərdoğan: Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir

Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib VİDEO

Gürcüstanda əcnəbilərlə bağlı qanunun tələbləri sərtləşdirilir

Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb

Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

İtaliyada təhsil alan azərbaycanlı: Əsas məqsədim qazandığım təcrübəni gənclərlə bölüşməkdir

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Politoloq: İslam İnkişaf Bankının Azərbaycana etimadı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir

Ankara Universitetinin müəllimi: Azərbaycan musiqisi dünya mədəniyyətinə fundamental töhfədir

Bakının bir sıra rayonlarında suyun verilişində müvəqqəti qrafik rejimi tətbiq olunur

İsrailli politoloq: AİHM-in Azərbaycanla bağlı qərarı siyasi müstəvidə qiymətləndirilməlidir

“20 il, 2 ürək, 1 həyat”

Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub

BDU-nun doktorantı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir YENİLƏNİB

Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionu olmaq üçün yaxşı şansımız var

Rizvan Qarabağlı: Ermənistan işğal altındakı alban irsini sistemli şəkildə saxtalaşdırıb

Balaton turizm rekorduna hazırlaşır

Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var

İlham Osmanov: Oktyabrda növbəti tanqo marafonumuzu təşkil etməyi planlaşdırırıq

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO

Brüsseldə Avropa ilə Asiya arasında marşrutun inkişafı müzakirə olunur

İsveçdə ilan sancmasından zərər çəkmiş ev heyvanlarının sayı kəskin artıb

İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır

Dilçilik İnstitutunda I Türkoloji Qurultaya həsr olunan kitablar mühüm elmi nəticələr kimi qiymətləndirilib

Bu ilin 5 ayında 111 milyon 793 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb VİDEO

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb VİDEO

Qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri bəlli olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib

® “Kapital Bank” sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Yılmaz Vural: Türkiyə futbolda öz potensialından tam istifadə edə bilmir

Vens: İranın dondurulmuş aktivlərinin qaytarılması ABŞ-yə fayda verəcək

Azərbaycanın nəqliyyat sahəsində idarəetmə və satınalma üzrə təcrübəsi nümunə kimi təqdim olunub

Xəzərdə batan 4 nəfərdən 3-nün meyiti sudan çıxarılıb, 1-nin axtarışı davam etdirilir – YENİLƏNİB 2

® “Ucard”: 30 min manatadək geniş imkan və 72 günədək rahatlıq!

ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi imkanları nəzərdən keçirilib

Qətərin Baş naziri: Netanyahu yenidən Yaxın Şərqdə gərginliyi artırır

Sahibkarlar əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması barədə məlumatlandırılıblar

Azərbaycanda duz istehsalı 30 faiz artıb

Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur

Milli Kitabxanada təqdimat: “Bəhram Mansurov. Biblioqrafiya”

Hindistanda təhsil mərkəzində baş verən yanğın nəticəsində 14 nəfər ölüb

Bakıda müsəlman qadın parlamentarilərinin rolu müzakirə olunub

BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb VİDEO

BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb VİDEO

UFC turnirində debüt edəcək "Tank" ləqəbli döyüşçümüz: Məqsədim yalnız qələbədir

Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək

Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir

Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik

Vens: İran-ABŞ danışıqları bir neçə gün və ya həftə ərzində bərpa olunacaq

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır

İran Prezidenti sabah Pakistana gedir

Bu ilin beş ayında 190 min tondan çox tərəvəz və meyvə idxal olunub

Voronejdə PUA hücumundan sonra fövqəladə vəziyyət elan edilib

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzanidən

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamdan

Bu ilin 5 ayında narkotik vasitələrlə bağlı 3766 cinayət faktı aşkarlanıb

Yanvar-aprel ayları ərzində keçirilmiş elektron satınalmalar məbləğ üzrə 14 faiz artıb

Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə elektron tematik xəritələr hazırlanır

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Baş katibin müavini: Azərbaycanın qadın siyasəti digər ölkələr üçün nümunəvi model hesab oluna bilər

Beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunu təsdiqləyir RƏY

Nigar Məmmədova: Qadın parlamentarilər cəmiyyətlərimizin inkişafında və sülhün təşviqində mühüm rol oynayırlar

Albaniyalı alimlər Azərbaycanın zəngin yazılı irsi və qədim əlyazmaları ilə tanış olublar

Nazir Məcnun Məmmədovun Lerikdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Fransada narkotik əməliyyatı zamanı Pikassoya aid olduğu bildirilən tablo aşkar edilib

Azərbaycan-Türkmənistan əməkdaşlığının güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır - ŞƏRH

Abunəçilərə narkotiklərin fəsadları ilə bağlı SMS-bildirişlər göndərilir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2015-ci il 1 aprel tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş “AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda, 2016-cı il 24 oktyabr tarixli 20/01-006 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sərnişin kanat yollarının və funikulyorların texniki təhlükəsizlik Qaydaları”nda və 2023-cü il 13 aprel tarixli 20/01-020 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI

Poliqlotun formulu: Qazaxıstan kəndindəki azərbaycanlı müəllim 11 dili necə öyrəndiyi barədə danışıb