Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı

Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı

Budapeşt, 22 iyun, AZƏRTAC

Macarıstanda yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı mütəxəssislər arasında Fərqanə Bayramlı həm akademik fəaliyyəti, həm də mədəni diplomatiya və gənclərlə iş sahəsində həyata keçirdiyi layihələrlə seçilən simalardandır. O, uzun illərdir təhsil, elm və beynəlxalq əməkdaşlıq istiqamətlərində çalışaraq Azərbaycanın xaricdə tanıdılmasına töhfə verir.

Hazırda Fərqanə Bayramlı Azərbaycan Dillər Universitetinin Macar Dili və Mədəniyyəti Mərkəzinə və Macarıstanın Eötvös Loránd Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə rəhbərlik edir. Bununla yanaşı, həmin universitetdə Azərbaycan dili müəllimi, həmçinin Ludovika Dövlət İdarəçilik Universitetində müəllim kimi çalışır. Onun fəaliyyəti yalnız dil tədrisi ilə məhdudlaşmır. Dərslər çərçivəsində macar tələbələr Azərbaycan dili ilə yanaşı ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti, milli-mənəvi dəyərləri və müasir inkişafı haqqında da geniş məlumat əldə edirlər.

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Azərbaycan və Macarıstan arasında akademik və mədəni əlaqələrin inkişafına xidmət edən mühüm platformalardan biridir. Mərkəzdə rəqəmsal təhsil layihələri, akademik mübadilə proqramları, konfranslar, seminarlar və müxtəlif mədəni tədbirlər həyata keçirilir. Eyni zamanda, beynəlxalq universitetlər və tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində iş aparılır. Mərkəzin fəaliyyəti Azərbaycan dilinin və mədəniyyətinin Avropada tanıdılmasına, Azərbaycanşünaslığın inkişafına və iki ölkə arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Fərqanə Bayramlının akademik fəaliyyəti də diqqətəlayiqdir. O, hazırda Macarıstanda regional siyasət elmləri üzrə doktorantura tədqiqatı aparır. Təhsil yoluna Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında menecment ixtisası üzrə başlayıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Daha sonra Macarıstanın Korvinus Universitetində iqtisadi analiz üzrə magistr təhsili alıb.

Onun beynəlxalq təcrübəsi də kifayət qədər zəngindir. Hazırda Macarıstanın Rotaract Budapeşt Akademiyasında vitse-prezident müavini olaraq fəaliyyət də göstərir. Brüsseldə Avropa Parlamentində təcrübə keçməsi Avropa institutlarının fəaliyyətini yaxından öyrənməsinə imkan yaradıb. NATO-nun mənzil-qərargahına səfəri, Avstriya Parlamentində keçirilən görüşlərdə iştirakı və Azərbaycanın Macarıstandakı səfirliyində qazandığı təcrübə beynəlxalq münasibətlər və ictimai diplomatiya sahəsində bilik və bacarıqlarının formalaşmasına mühüm töhfə verib.

Fərqanə Bayramlı diaspor fəaliyyətini gənclərlə iş istiqamətində də uğurla davam etdirir. O, hazırda Gənclərin İnkişafı və İnteqrasiyası Assosiasiyasının (AYİD) sədridir. Təşkilatın fəaliyyəti gənclərin inkişafına dəstək göstərilməsi, beynəlxalq dünyagörüşünün formalaşdırılması və Azərbaycanın xaricdə yaşayan gənclər arasında daha yaxından tanıdılması məqsədini daşıyır.

AYİD-in təşəbbüsü ilə Macarıstanın Budapeşt, Peç, Debrecen, Lakitelek və Keçkemet şəhərlərində, eləcə də digər ölkələrdə çoxsaylı tədbirlər həyata keçirilib. Bu layihələr beynəlxalq münasibətlər, liderlik, mədəniyyətlərarası dialoq, BMT və Avropa İttifaqı simulyasiyaları, rəqəmsal təhsil, Azərbaycan mədəniyyətinin təbliği və gənclərin şəbəkələşməsi kimi mövzuları əhatə edib. Təşkilatın fəaliyyəti çərçivəsində BMT-nin Vyanadakı qərargahına səfərlər, beynəlxalq debatlar, onlayn konfranslar, maarifləndirici seminarlar və sosial layihələr də təşkil olunub.

Bununla yanaşı, Fərqanə Bayramlı Azərbaycanda da gənclərlə iş sahəsində fəal iştirak edib. O, Şəki, Mingəçevir, Gəncə, Şamaxı və Quba şəhərlərində müxtəlif mövzularda təlimlər və simulyasiya proqramları həyata keçirib. Almaniyanın Berlin, Fransanın Strasburq və Avstriyanın Vyana şəhərlərində keçirilən beynəlxalq tədbirlərdə təşkilati işlərdə iştirak edib, müxtəlif konfrans və panel müzakirələrində moderator kimi çıxış edib.

Fərqanə Bayramlı bir sıra beynəlxalq forum və tədbirlərdə Azərbaycanı təmsil edib. Litva, Belçika, Fransa, Almaniya, Avstriya və Misirdə keçirilən beynəlxalq platformalarda ölkəmizin mədəniyyətini, gənclər siyasətini və inkişaf prioritetlərini beynəlxalq auditoriyaya təqdim edib. Onun fəaliyyəti Azərbaycanın səsinin beynəlxalq müstəvidə eşidilməsinə, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və ölkəmiz haqqında obyektiv təsəvvürün formalaşdırılmasına xidmət edir.

Bu gün Fərqanə Bayramlı həm akademik fəaliyyəti, həm də ictimai və diaspor sahəsindəki təşəbbüsləri ilə Azərbaycanın xaricdə tanıdılmasına töhfə verən gənc və perspektivli simalardan biri kimi diqqət çəkir. Onun fəaliyyəti təhsil, elm və mədəniyyətin dövlətlər arasında etibarlı körpü rolunu bir daha nümayiş etdirir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

Almaniya şirkətinin baş direktoru: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin nəqliyyat əlçatanlığını yaxşılaşdıra bilər – ŞƏRH

“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb

Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir

Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib

“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

4SİM-in dəstəyi ilə sənaye 4.0 transformasiyası uğurla həyata keçirilir

Balıqçılıq haqqında
Azərbaycan Respublikasının Qanunu

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevadan

Astanada keçirilən ilk “GASTHERM EXPO”nu 2 mindən çox mütəxəssis ziyarət edib

Şahin Diniyev: “Qarabağ”ın mərhələ adlamaq üçün üstünlükləri var

Emin Əmrullayev “Maarifçi”lərin suallarını cavablandırıb

® Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal!

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb

Politoloq: Azərbaycan–Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya ilə Avropa arasında yeni geoiqtisadi bağlantılar yaradır

“Qarabağ”ın oyunu ilə əlaqədar stadionunun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub

Arzu Əhmədova: Özbəkistan Milli Uşaq Tibb Mərkəzi Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Ənənəvi sənət, müasir imkanlar - Toxuculuq sənətinin sirləri “ABAD”çının əl işlərində VİDEO

Ənənəvi sənət, müasir imkanlar - Toxuculuq sənətinin sirləri “ABAD”çının əl işlərində VİDEO

Naxçıvanda yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək

Azərbaycan-Özbəkistan münasibətlərindəki yeni mərhələ Türk dünyasının inteqrasiyasına təkan verir – ŞƏRH

Müdafiə Nazirliyi: Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

Şamaxıda texniki üzüm sortlarının kütləvi yığımına başlanılıb FOTO

“Ukrayna xalq nağılları” nəşr olunub

Almatı-Daşkənd qatarında qadınlar üçün ayrıca vaqon olacaq

AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub

Ekspert: Yüksək texnologiyatutumlu sahələrə investisiyaların cəlb edilməsi sürətləndirilməlidir

İnvestorların qlobal maliyyə bazarlarında hazırlıq səviyyəsi artırılmalıdır – Ekspert rəyi

“Barselona”nın stadionu 2029-cu il Çempionlar Liqasının finalına əsas namizəddir

Üç beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

Nepalda sel fəlakəti zamanı azı 8 Almaniya vətəndaşı itkin düşüb

Qayıqla mağara turu: Yaşıl təbiəti ilə seçilən İngiltərənin möhtəşəm bölgəsindən REPORTAJ

Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığında yeni mərhələ: 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi - ŞƏRH

Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər

“Fənərbağça”nın qapıçısı “Barselona”ya keçib

® Sabahdan universitetlərə qeydiyyat başlayır, proses “mygov” üzərindən aparılacaq

Xətai rayonunda “Muğam axşamı” gecəsi VİDEO

Xətai rayonunda “Muğam axşamı” gecəsi VİDEO

Avropa İttifaqının yeni miqrasiya qaydaları sınaq qarşısındadır

Naxçıvanda rəqəmsal xidmətlərə “mygov ID” ilə vahid və təhlükəsiz giriş imkanı yaradılıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb VİDEO

Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır

® “Caspian Energy Club” I Beynəlxalq Meksika-Azərbaycan forumunu təşkil edib

Çinin Baş naziri təbii fəlakət bölgəsinə gedib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır

Nepalda dağıdıcı daşqın: Təxminən 1500 nəfər itkin düşüb

Azərbaycanın 7 stolüstü tennisçisi “Kiçik Avropa çempionatı”nda iştirak edəcək

Kürşad Zorlu: Qarabağda təhsil sahəsində yeni dövr başlayır

İstanbulda su anbarlarının doluluq səviyyəsi kritik həddən aşağı düşüb

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

Türkiyədəki müəssisələrin təxminən yarısının xidmət sektorunda fəaliyyət göstərdiyi məlum olub

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba zərərsizləşdirilib

Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib VİDEO

Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib VİDEO

Dünyada ilk: Süni intellekt beyin şişi əməliyyatında cərrahlara kömək edib

“Mançester Siti” süni intellektlə hazırlanan yeni formalarını təqdim edib

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb

DİM: 12 ali təhsil müəssisəsində plan yerləri tam dolub

Əcnəbi jurnalistlər Türkiyə seriallarının istehsal prosesi ilə tanış olacaqlar

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

ADPU-nun qəbul planı 97 faiz dolub

Unudulmaz şərqşünas-alim və müəllim

Fransız deputatın ölkənin borcunun dondurulmasına dair təklifi AMB ilə bağlı mübahisəni qızışdırıb

Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında ikili diplom proqramı başlanır

İxtisas qrupları üzrə qəbulun statistikası açıqlanıb

“Qarabağ” və “Tvente”də oynamış Vaqif Cavadov: Qoy, güclü olan qalib gəlsin!

DİM: Ali məktəblərə qəbul olunanların sayı 1711 nəfər artıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO

Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO

Altı sinfin bütün məzunları tələbə adını qazandı - Şəki məktəbindən rekord nəticə

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Laçın Beynəlxalq Film Festivalı başa çatıb

DİM “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib

Yeni tədris ili üçün təhsil krediti müraciətlərinin vaxtı açıqlandı

İpək Yolunun mədəniyyət mərkəzi: Qədim Şabran VİDEO

İpək Yolunun mədəniyyət mərkəzi: Qədim Şabran VİDEO

Əlçatan təhsildən elmi tədqiqata: Jalə Məmmədova Bristol Universitetində doktorantura təhsili alacaq

Meşə yanğınları səbəbindən Yakutsk tüstüyə bürünüb

Bu saata olan əsas xəbərlər

DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

İstanbul Texniki Universitetinin akademik bölmələri Qarabağ Universitetində fəaliyyət göstərəcək VİDEO

İstanbul Texniki Universitetinin akademik bölmələri Qarabağ Universitetində fəaliyyət göstərəcək VİDEO

SOCAR-ın ötənilki fəaliyyətində mənfəət, dayanıqlılıq və genişlənmə ön planda olub

“YAŞAT” Fondu altıncı “Məktəbli ləvazimatları” layihəsini reallaşdırır

Ötən il SOCAR beynəlxalq aktivlər portfelini genişləndirib

“Paxis” startapının təsisçisi Ayşə Allahverdiyeva: Süni intellekt onkoloq və pasiyent arasında etibarlı körpü olacaq

Bu gün Ümumdünya Göllər Günüdür

Niderlandlı veteran futbolçu: “Qarabağ” topla çox yaxşı oynayan komandadır, bu da rəqibi qıcıqlandırır

Azərbaycanın kimyaçı alimləri Özbəkistandakı beynəlxalq elmi platformada təmsil olunacaq

Yeni təmayül tədris modeli üzrə 7845 şagird müraciət edib

Ombudsman idmançılar üçün yeni tibbi nəzarət mexanizmi təklif edib

SOCAR-ın aktivləri və kapitalı artıb, uzunmüddətli öhdəlikləri azalıb

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya

“Böyük Dəbilqə”: Azərbaycan cüdo millisi Lozannada 14 idmançı ilə təmsil olunacaq

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib VİDEO

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib VİDEO

Mexikoda Xocalı abidəsinin yerləşdiyi meydanda videomüşahidə sistemi işə salınıb

Hərracda 44 nəqliyyat vasitəsi satılıb

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan

Dövlət Proqramı çərçivəsində soyuducu anbarların fəaliyyəti genişləndirilir VİDEO

Dövlət Proqramı çərçivəsində soyuducu anbarların fəaliyyəti genişləndirilir VİDEO