İran Prezidenti sabah Pakistana gedir
Bakı, 22 iyun, AZƏRTAC
İran Prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” agentliyi prezident aparatının rəsmi nümayəndəsi Həbib Abbasiyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, səfər sabah baş tutacaq və çox güman ki, bir gün sürəcək. Məqsəd əvvəlki səfərlər zamanı qəbul edilmiş qərarların icrasını izləmək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmaq, İranla ABŞ arasında vasitəçilik səylərinə görə Pakistan tərəfinə prezidentin minnətdarlığını çatdırmaqdır.
Pakistan Qətərlə birlikdə İran-ABŞ danışıqlarında vasitəçilik edir. Danışıqların birinci mərhələsi dünən İsveçrədə keçirilib. Pakistanın Baş naziri Şahbaz Şərif danışıqları uğurlu və ümidverici adlandırıb. Şahbaz Şərif sosial mediada belə yazıb: “Müzakirələr müsbət və konstruktiv atmosferdə keçdi və ümidverici nəticələr verdi. Buraya 60 gün ərzində yekun razılaşmaya nail olmaq üçün yol xəritəsinin hazırlanması, siyasi nəzarəti həyata keçirmək məqsədilə yüksəksəviyyəli komitənin yaradılması və texniki danışıqların başlanması daxildir”. O, həmçinin ABŞ və İran rəhbərliyinin konstruktiv əməkdaşlığa sadiqliyini təqdir edərək, bu tarixi prosesin irəlilədilməsində göstərdikləri əvəzsiz dəstəyə görə bütün qardaş və dost ölkələrə təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [19:50]
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib
- 09.08.2026 [17:34]
Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
- 09.08.2026 [15:10]
Qazaxıstanda sərnişin avtobusu yanıb
- 09.08.2026 [13:18]
Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib
- 09.08.2026 [11:01]
Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var
- 09.08.2026 [09:38]
Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib
- 09.08.2026 [07:15]
Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub
- 09.08.2026 [05:23]
Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [12:30]
Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
- 08.08.2026 [11:52]
Naxçıvanda avqust ayının pensiyaları ödənilib
- 08.08.2026 [11:33]
DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
- 08.08.2026 [11:11]