Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə elektron tematik xəritələr hazırlanır
Bakı, 22 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə elektron tematik xəritələr hazırlanır.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Elektron tematik xəritələrin hazırlanması məqsədilə institutun mütəxəssisləri Gəncə şəhəri və Daşkəsən rayonunda çöl araşdırmaları aparıblar. Tədqiqatlar əvvəlcədən işlənmiş xəritə materiallarının real şəraitə uyğunluğunu qiymətləndirməyə imkan verib.
Mütəxəssislər qeyd edirlər ki, çöl tədqiqatlarının nəticələri hazırlanan elektron tematik xəritələrin dəqiqliyinin və aktuallığının artırılmasına imkan verəcək. Yeni xəritələrin regionun sosial-iqtisadi inkişafının, təbii resurslardan istifadənin və nəqliyyat infrastrukturunun planlaşdırılmasında mühüm informasiya mənbəyi kimi istifadə olunacağı gözlənilir. Həmçinin layihənin gələcəkdə ərazi idarəçiliyi və regional inkişafla bağlı qərarların qəbuluna elmi dəstək verməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:50]
Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]