ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi imkanları nəzərdən keçirilib
Bakı, 22 iyun, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Hamadehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qurumun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın biznes və investisiya mühiti, birbaşa xarici investisiyaların təşviqi mexanizmləri, agentliyin fəaliyyət istiqamətləri və cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Müzakirələrdə Azərbaycanın tranzit potensialı, ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi, texnologiya və nou-hau transferi, eləcə də maliyyə dəstəyi alətlərindən istifadə, işgüzar əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.06.2026 [17:41]
Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var
- 22.06.2026 [17:22]
İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır
- 22.06.2026 [17:03]
® “Ucard”: 30 min manatadək geniş imkan və 72 günədək rahatlıq!
- 22.06.2026 [16:56]
Azərbaycanda duz istehsalı 30 faiz artıb
- 22.06.2026 [16:33]