Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan elmini dünyada tanıtmaq şərəfinə nail olanlar

Ankara, 12 fevral (AZƏRTAC). Azərbaycanlıların dünyanın ən istedadlı, elmə dəyər verən bir xalq olduğunu bir çox görkəmli şəxsiyyətlərin dilindən eşitmişəm. Türkiyənin ən böyük elm adamlarından olan mərhum İhsan Doğramacıdan 6 il əvvəl aldığım müsahibədə həmsöhbətim bir faktı xatırlatdı. Bilkent Universitetini qurduğu zaman İhsan bəy Bakıya getmiş, yeni ali təhsil ocağı üçün elmi-pedaqoji kadrları məhz Azərbaycanda aramışdır.

“Bakıda elmin və mədəniyyətin səviyyəsi hər zaman məni heyran etmişdir”, deyərdi məşhur türk alimi. Bu gün belə alimlərimizdən biri - Azərbaycan elmini qardaş Türkiyə və bütün dünyada ləyaqətlə təmsil edən bir elm adamından söz açmaq istəyirəm. Bu ərəfədə elm dünyasında əks-səda doğuran bir xəbər oxudum. Atatürk Universitetinin professoru Arif Səlimovun ABŞ-ın məşhur “Nova Sciense Publishers İnc. New-York” nəşriyyatında çapdan çıxmış “Tenzor operatorları və onların tətbiqi” monoqrafiyasının “Amazon.com”, “Barners and Noble” kimi nüfuzlu kitab evlərinə və təşkilatlara göndərilməsi xəbərini oxuduqdan sonra həmyerlimizlə əlaqə yaratdım. Dünya şöhrətli alimimiz sözünə ulu öndər Heydər Əliyevin heç bir zaman unutmayacağını söylədiyi “Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamı ilə başladı. Arif müəllim vurğuladı ki, hər bir ziyalı harada fəaliyyət göstərməsindən asılı olmayaraq, Vətəni və milli mənsubiyyəti ilə daima fəxr etməlidir. Qardaş ölkədə fəaliyyət göstərən, eyni zamanda elmimizi dünyada təbliğ edən alim 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuş, 1978-1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda baş laborant və mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980-1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin aspiranturasında “Həndəsə və Topologiya” ixtisası üzrə təhsil almışdır. O, məşhur sovet həndəsə alimi V.Vişnevskinin elmi rəhbərliyi altında namizədlik, sonra doktorluq dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə vəfat etmiş, AMEA-nın müxbir üzvü Maqsud Cavadovdan sonra Azərbaycanda “Həndəsə və Topologiya” ixtisası üzrə elmlər doktoru dərəcəsinə malik olan yeganə elm adamıdır.

Norden (anti-Hermit) strukturaları və tenzor operatorları nəzəriyyələrində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış bir alim olan A.Səlimovun yaratdığı elmi istiqamət haqqında həndəsə üzrə dünyanın məşhur alimləri V.Vişnevskiy (Rusiya), A.Fedenko (Belarus), L.Yevtuşik (Rusiya), G.Stanilov (Bolqarıstan), Y.Matsuşita (Yaponiya), F. \Etayo (İspaniya), J.Mikeş (Çexiya) və başqaları çox yüksək fikirlər söyləmişlər. Məsələn, Yaponiyanın Şiga Universitetinin dekanı, professor Yasuo Matsuşita İnkişaf Edən ölkələrin Elmlər Akademiyasına (TWAS, Italy, Trieste) yazdığı rəyində qeyd etmişdir: “…alimin keyfiyyət və kəmiyyətcə mükəmməl olan elmi tədqiqatları onu dünya miqyasında məşhur etmişdir”.

Türkiyədə böyük həndəsə məktəbi yaradan həmyerlimizin altı yetirməsi professor elmi dərəcəsi almış, yeddi tələbəsi isə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. İndiyədək 148-dən çox elmi əsərə imza atmış alimin monoqrafiyaları xarici ölkələrdə nəşr olunmuşdur. Bunlardan 20-si “Springer”, “Birkhauser Verlag”, “Elsevier“, “World Scientific” kimi məşhur nəşriyyatlarda işıq üzü görmüşdür. ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, İngiltərə, İtaliya, Hollandiya, Polşa, Türkiyə və s. ölkələrin SCI kateqoriyalı nüfuzlu elmi jurnalları onun 36 elmi əsərini dərc etmişdir. Bundan başqa, professor A.Səlimov “American Mathematical Society” və “European Mathematical Society” tərəfindən təftiş edilən “International Electronic Journal of Geometry” adlı beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür. Arif müəllim Türkiyədə heç bir həndəsə üzrə alimin nail olmadığı daha bir uğur qazanmışdır. Onun rəhbərlik etdiyi 3 elmi layihə Türkiyə Elm və Texnika Komitəsinin qrantlarına layiq görülmüş, 12 məqaləsi isə həmin komitənin müxtəlif illərdə təşviq mükafatlarını almışdır. O, Atatürk Universitetindəki həndəsə üzrə fəlsəfə doktorluğu Şurasına sədrlik etmiş, Türkiyə Yüksək Öyrətim Kurulunun həndəsə üzrə dosentlik elmi adı verən bir çox komissiyalarına sədrlik etmişdir. Həmyerlimiz təhsil aldığı Bakı Dövlət Universiteti ilə əlaqələrini də kəsməmiş, onun rəhbərliyi altında BDU-nun 3 aspirantı Türkiyədə çalışmış, onlardan 2-si fəlsəfə doktoru olmuşdur. Arif Səlimov, bu illər ərzində SCI kateqoriyalı nüfuzlu elmi jurnallarda çap etdirdiyi 11 məqaləsində BDU-nun da adını daxil etmişdir ki, bu da BDU və Azərbaycanın elm sahəsində dünyadakı reytinqinin yüksəlməsinə onun töhfəsidir.

Alimin sözlərinə görə, gələcəkdə də onun elmi fəaliyyətinin əsas məqsədi müstəqil, gündən-günə inkişaf edən, Prezident İlham Əliyevin səyləri ilə dünyanın nüfuzlu dövlətləri arasında öz layiqli yerini tutan doğma Azərbaycana xidmət etməkdir. Bu, ən müqəddəs amal, ən ümdə diləkdir. Təvazökar insan, görkəmli alim və böyük vətənpərvər A.Səlimova bu yolda uğurlar arzulayırıq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb