Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan regionlarında ən yaxşı parklar –Mingəçevir, Masallı, Gəncə

Bakı, 30 iyun, AZƏRTAC

Şəhərlərin yaşıl “ağciyəri“ olan parklar insanların sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Parklar yayın cırhacırında sərinlik bəxş edir və ağacların kölgəsində dincəlməyə imkan verir. Şəhərin digər hissələri ilə müqayisədə parkların ərazisində tozluluq səviyyəsi 70 faiz, zəhərli qazlar 5 dəfə azdır.

Azərbaycanın hər guşəsində - istər paytaxt Bakıda, istərsə də bölgələrdə parkların abadlaşdırılmasına böyük diqqət yetirilir, yeniləri salınır. Bəzi parklarda mədəni istirahət, idman və əyləncə üçün zəruri olan elementlər ətraf mühitə qayğı ilə elə ahəngdar uyğunlaşdırılıb ki, onlar barəsində ayrıca danışılmalıdır.

“Sahil” parkı - Mingəçevir şəhəri

Mingəçeviri mübaliğəsiz parklar şəhəri adlandırmaq olar, çünki burada hər tinbaşı bir park yerləşir. Necə deyərlər, parkın biri bitir, digəri başlayır. Şəhərdə ümumən 10-dan çox park var. Mingəçevir quş uçuşu yüksəkliyindən yaşıllıqlara qərq olmuş cənnətməkana bənzəyir.

“Sahil” parkı, Sahilyanı park, yaxud Bulvar Mingəçevirin ən böyük parkıdır. O, Kür çayının sahilində böyük ərazidə yerləşir: başlanğıcını şəhərin girəcəyindəki Kür körpüsündən götürür və avarçəkmə bazasına (“Kür” Olimpiya Tədris-İdman Mərkəzi) qədər uzanır.

Bir-birindən maraqlı heykəllər, fənərlər və fəvvarələr şəhər sakinlərinin və qonaqların sevimli istirahət yeri olan bu parkı daha yaraşıqlı edir. Yelləncək və karusellərlə təchiz edilmiş meydançalardan ətrafa uşaq qəhqəhələri yayılır. Fəal həyat tərzi keçirən insanlar üçün açıq səma altında idman kompleksi yaradılıb. Yalnız səhər saatlarında - 6-dan 10-dək işləyən kompleksin ərazisində açıq havada idman etməyi sevən insanlar üçün çoxlu trenajorlar var.

Parkın ərazisindəki xudmani kafelər - “Yakomoz”, “Elit”, “Gənclik” və s. Kür çayının sahilində yerləşir. İnsanlar kafelərdə mürəbbə və şirniyyatla pürrəngi çay içə-içə çay buxtasının unudulmaz mənzərələrindən zövq alırlar.

Sahilə yan almış çoxsaylı gəzinti katerlərinin və qayıqlarının dayandığı körpüyə getmək üçün pilləkənlə aşağı düşmək lazımdır. Çoxyerli (təqribən 50 adam) gəzinti kateri Bulvardan başlamış SES bəndinə qədər Kür boyunca yavaş sürətlə gəzdirir. Yüksək sürəti sevənlər isə 2 və 10 yerlik katerlərin xidmətlərindən istifadə edirlər. Sükançılar elə oyunlar çıxarırlar ki, adamın az qala nəfəsi kəsilir. “Kür” Olimpiya Tədris-İdman Kompleksinin avarçəkmə bazasından bəndə qədər uzanan, təxminən 10 dəqiqə çəkən bir böyük dövrənin qiyməti təqribən 5 manatdır. Daha uzağa - qonşuluqdakı Yevlaxa da getmək olar. Kim hansı marşrutu istəyir, onu da seçir. Qeyd edək ki, təhlükəsizlik məqsədi ilə sərnişinlərə xilasetmə jiletləri verilir.

“Dostluq” parkı - Mingəçevir

Qarabağ müharibəsi qəhrəmanı Müşviq Mirzəyevin adını daşıyan köhnə şəhər parkının, yaxud “Dostluq” parkının siması yenidənqurma işlərindən sonra tamamilə dəyişib. Park 2013-cü ildə yenidən açılıb. Statistika dili ilə danışılsa, parkın 6 hektar ərazisində 100 fənər quraşdırılıb, 100 skamya qoyulub, 2500 ağac, 2000 min kol əkilib. Bütün bu cah-calal əslində daha güclü təəssürat oyadır. Belə ki, axşam saatlarında parkda həmişə qələbəlikdir və bayram əhval-ruhiyyəsi hökm sürür.

İşıq-musiqi effekti ilə təchiz edilmiş gözəl fəvvarə, 300 tamaşaçı yeri olan yay konsert meydanı, uşaq meydançaları, xudmani köşklər və velosiped cığırları istirahətini maraqlı keçirmək istəyən insanları daim bura cəlb edir.

Parkın ərazisində Gənclər Evi açılıb. Min kvadratmetr sahəsi olan bu üçmərtəbəli binada respublikanın ən iri gənclər mərkəzlərindən biri yerləşir. Gənclərin asudə vaxtını səmərəli təşkil etmək üçün burada bütün imkanlar nəzərdə tutulub. Mərkəzdə rəqs dərnəyi, fitnes zalı, 3D kinoteatr, dil və kompüter kursları, intellektual gənclər klubu və başqa klublar, konsert zalı, elektron kitabxana, teatr studiyası və s. fəaliyyət göstərir.

Heydər Əliyev Parkı - Mingəçevir

Heydər Əliyev Parkı Mingəçevirin daha bir iri parkıdır. Hazırda Tarix Muzeyinin yerləşdiyi keçmiş Heydər Əliyev Mərkəzinin binasından başlayan bu park şəhərin mərkəzindəki Heydər Əliyev prospekti boyunca uzanır.

Böyük fəvvarə parka xüsusi gözəllik verir. Qızmar yay günlərində şəhər sakinləri və qonaqlar sərinləmək üçün onun ətrafına toplaşırlar. Heydər Əliyev Parkında mükəmməl istirahət infrastrukturu yaradılıb. Burada çoxlu skamya və köşklər qoyulub, rəngarəng çiçək ləkləri salınıb, kafe və uşaq meydançaları fəaliyyət göstərir.

Parkın yaxınlığında, Heydər Əliyev prospektində Bayraq Meydanı ilə orijinal Bayraq Muzeyi yerləşir. Şəhərin mərkəzi prospektində ucalan flaqştokun hündürlüyü 2 metrdir. Bayrağın ətrafında Azərbaycan xəritəsinin və gerbinin təsviri, dövlət himninin mətni yerləşdirilib.

Heydər Əliyev Parkı - Masallı şəhəri

Heydər Əliyev Parkı Masallı şəhərinin ən iri parklarından biridir. Dörd hektardan çox ərazidə yerləşən bu park miqyasına və müasir tərtibatına görə diqqəti cəlb edir. Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Hər yerdə çiçək ləkləri salınıb, ekzotik bitkilər əkilib, rahat skamyalar, fənərlər qoyulub, fəvvarələr şırıldayır, kafe və çayxanalar işləyir. Parkın ərazisində Heydər Əliyev Mərkəzi yerləşir. 2008-ci ildən fəaliyyət göstərən mərkəzin qarşısında Ümummilli Liderin abidəsi ucaldılıb. Mərkəzdə kütləvi tədbirlər keçirmək və rayon sakinlərinin asudə vaxtını maraqlı təşkil etmək üçün bütün imkanlar nəzərdə tutulub. Burada iki böyük konfrans zalı, 3D kinoteatr yerləşir, elektron kitabxana, gənclər mərkəzi, ana və uşaq otağı, kafe, müxtəlif kurs və dərnəklər, o cümlədən xarici dillər və kompüter kursları, xalçaçılıq, dulusçuluq, dekorativ-tətbiqi sənət dərnəkləri və s. fəaliyyət göstərir. 

Bundan əlavə, parkda unikal bir klub - Ağsaqqallar Klubu yerləşir. 2013-cü ildə açılan bu klub rayon veteranlarının görüş və mədəni istirahət yeridir. Pensiyaçılar burada çay içir, dama, şahmat, domino və nərd oynayırlar. Qışda veteranlar qapalı məkanda görüşürlər, yayda isə təmiz havada, yaxınlıqdakı köşkdə vaxt keçirməyi xoşlayırlar.

Heydər Əliyev Parkının yanında Dövlət Bayrağı Meydanı yerləşir. Açılışı 2010-cu ildə olan meydanda, 34 metr hündürlüyündə flaqştokda Azərbaycan bayrağı dalğalanır.

Nizami Gəncəvi Parkı - Masallı

Masallının Talışxanov küçəsində yerləşən Nizami Gəncəvi adına Mədəniyyət və İstirahət Parkı 1967-ci ildə açılıb, amma indiki simasını 2011-ci ildə əsaslı yenidənqurma işlərindən sonra alıb.

Parkda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 3,6 metr hündürlüyündə abidəsi ucaldılıb. Abidənin arxasında böyük şairin əsərlərinin motivləri əsasında kompozisiya yaradılıb.

Park çox gözəl təəssürat oyadır. Onun 4500 kvadratmetr ərazisinə səki daşları döşənib. Hər tərəfdə dekorativ ağaclar və kollar əkilib. Rahat skamyalar qoyulub, müasir işıqlandırma sistemi quraşdırılıb, yeni fəvvarə inşa edilib. Parkda mədəni-kütləvi tədbirlər üçün səhnə quraşdırılıb, ətrafına 280 metr uzunluğunda milli üslubda hasar çəkilib.

Rayon Mədəniyyət Evi, Gənclər Mərkəzi də bu parkın ərazisində yerləşir. 1956-cı ildə inşa edilmiş və bu yaxınlarda əsaslı təmir olunmuş Mədəniyyət Evində 11 dərnək, rəssamlıq, musiqi, biçmə və tikiş dərnəkləri, kompüter kursu, xalq teatrı və s. fəaliyyət göstərir, 358 tamaşaçı yeri olan böyük zal yerləşir. Rayonun əsas mədəni-kütləvi tədbirləri bu zalda keçirilir. Gənclər Mərkəzində isə 3D kinoteatr, multimedia kitabxanası, kompüter və konfrans zalları yerləşir.

Xətai Parkı - Masallı

Bu parka Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə və şair Şah İsmayıl Xətainin adı verilib.

İstirahətə gələnləri parkın girəcəyində Şah İsmayıl Xətai imperiyası dövrünün iki heybətli döyüşçüsünün heykəlləri qarşılayır. Başqa şəhər parkları kimi, Xətai Parkı da başdan-başa yaşıllıq içindədir.

“Xan bağı” mədəniyyət və istirahət parkı - Gəncə

Gəncə çox yaraşıqlı və abad şəhərdir. Küçələri sözün həqiqi mənasında yaşıllığa və gül-çiçəyə bürünüb. Hər tərəfdə çiçək ləkləri salınıb. Gəncə parklarının qollu-budaqlı küknar ağacları və əzəmətli çinarları şəhər sakinlərinə sərinlik bəxş edir. Xüsusilə “Xan bağı” mədəniyyət və istirahət parkı özünün qocaman ağacları ilə şöhrət qazanıb. Bu park təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın ən qədim parklarından biridir. 

Parkın əsası 1700-cü ildə qoyulub. 1804-cü ildə Gəncənin sonuncu hökmdarı Cavad xanın şərəfinə ona “Xan bağı” adı verilib. 1840-47-ci illərdə “Sərdar bağı”, yaxud Qubernator bağı adlanıb. 1850-ci ilədək parkda yalnız meyvə ağacları olub. 1860-cı ildən burada dekorativ bitkilər əkilib, ərazisi genişləndirilərək altı hektara çatdırılıb. Rəsmi məlumata görə, parkda təqribən 100 ağac və kol növü bitirdi.

2010-cu ildə park əsaslı şəkildə yenidən qurulub. Hazırda parkın 7 hektar ərazisində həm yerli, həm də dünyanın müxtəlif guşələrindən gətirilmiş ağaclar bitir. Sıx yarpaqlı ağaclar arasında çoxlu dələ məskunlaşıb. Parkda iki fəvvarə işləyir, müasir işıqlandırma sistemi quraşdırılıb. Venesiya guşəsi, 350 tamaşaçı yeri olan Yaşıl teatr, süni göl, kiçik körpülər, skamyalar, kafe, uşaq attraksionları və yelləncəklər istirahət edənlərin xidmətindədir. Qədimyana düzəldilmiş, güləbətinlə işlənmiş parçadan üz çəkilmiş, lent və lampalarla bəzədilmiş orijinal faytonlar parkın daha bir diqqətəlayiq atributudur. Faytonlar “Xan bağı”na xüsusi kolorit verir. Parka gələnlər onların fonunda şəkil çəkdirməyi çox sevirlər.

Parkda Xalq şairi Nigar Rəfibəylinin və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun abidləri ucaldılıb.

“Cırtdan” uşaq əyləncə parkı - Gəncə

XX əsrin ortalarında Gəncədə yaradılan “Cırtdan” uşaq əyləncə parkı hazırda “Xan bağı” mədəniyyət və istirahət parkının sərəncamındadır. Atatürk prospektində yerləşən əyləncə mərkəzinin ümumi sahəsi bir hektardır. Uşaqların sevimli istirahət məkanında müxtəlif yelləncəklər, parovozlar, karusellər, Amerika təpəcikləri, attraksionlar, batutlar və avtodrom fəaliyyət göstərir. 

Yamyaşıl parkın ərazisində diqqəti qədim bina cəlb edir. XX əsrin əvvəlinə aid bu binada vaxtılə Gəncə qubernatorunun qonaq evi yerləşib. İndi isə uşaq yaradıcılıq mərkəzi, uşaq kitabxanası, mədəniyyət evi, veteranlar klubu fəaliyyət göstərir. Park hər gün səhər saat 9-dan axşam saat 9-dək, yayda isə 10-dək işləyir.

Heydər Əliyev adına park kompleksi - Gəncə

Gəncədəki Heydər Əliyev adına park kompleksi Azərbaycanın və Qafqazın ən iri və müasir park kompleksi olmaqla bərabər, dünyanın ən böyük beş parkından biridir. Onun ümumi sahəsi, nə az, nə də çox, düz 450 hektardır. Kompleks əsası 1979-cu ildə “Yeni Gəncə” yaşayış massivində qoyulan Heydər Əliyev Parkının əsasında yaradılıb. 1980-ci ildə bu parkda Azərbaycan KP MK-nın ovaxtkı birinci katibi Heydər Əliyev tərəfindən çinar ağacları əkilib.

2012-2014 illərdə aparılan genişləndirmə və yenidənqurma işlərindən sonra siması tamamilə dəyişmiş park kompleksi qapılarını yenidən Gəncə sakinlərinin və qonaqlarının üzünə açıb.

Parkın girəcəyində istirahətə gələnləri möhtəşəm Zəfər tağı qarşılayır. Bu tikilinin eni 20 metr, uzunluğu 50 metr, hündürlüyü 38 metrdir. Onun başına ya xüsusi pilləkənlə, ya da liftlə qalxmaq olar. Yuxarıda muzey, kafe, müşahidə meydançası yerləşir. Buradan Gəncəyə və ətraf yerlərə heyrətamiz mənzərə açılır.

Zəfər tağından başlayan və kompleksin sonunadək davam edən təqribən iki kilometr uzunluğunda geniş xiyaban Heydər Əliyev Mərkəzinə aparır. Parkda müasir memarlıq üslubunda yerinə yetirilmiş və qranit üzlük çəkilmiş 16 fəvvarə yaradılıb. 24 dekorativ fənər sütununun hər birinin hündürlüyü 12,6 metrdir. 33.800 kvadratmetr əraziyə İtaliya istehsalı olan keramoqranit döşənib.

Üç min kvadratmetr sahədə yerləşən, üç min tamaşaçı yeri olan amfiteatr, müasir incəsənət muzeyi, dördpilləli şəlalə və sahəsi beş hektar olan süni göl parka xüsusi yaraşıq verir. Kompleksdə kafe, əyləncə və istirahət mərkəzləri, velosiped kirayəsi məntəqəsi, habelə müxtəlif uşaq attraksionları fəaliyyət göstərir.

Ardı var...

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim