İDMAN


Azərbaycanın futbol üzrə millisinin üzvü Çexiya liqasındakı oyunda fərqlənib

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvü Fərid Nəbiyev Çexiya liqasında növbəti qolunu vurub.

AZƏRTAC xəbər verir ki, iyirmi yaşlı futbolçunun çıxış etdiyi “Slaviya B” komandası gənclər liqasının ikinci turunda “Vltavin” klubunu qəbul edib.

Praqa təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi oyunda yarımmüdafiəçimiz əsas heyətdə yer alıb. O, komandasının dördüncü qolunu vurub. Bu, millimizin üzvünün yeni mövsümdə ilk qolu olub. Bu qələbədən sonra xallarının sayını altıya çatdıran “Slaviya B” hazırda turnir cədvəlində liderdir.

Xatırladaq ki, ötən mövsüm Azərbaycanın U-21 yığmasının oyunçusu “Slaviya”nın heyətində vurduğu qollar sahəsində bu ölkənin çempionatının ən məhsuldar futbolçularından biri olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.