Badmintonçumuz Avropa Oyunlarında üçüncü qələbəsini qazanıb
Krakov, 28 iyun, AZƏRTAC
Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən III Avropa Oyunlarında qadınların şəxsi yarışında D qrupunda son görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, son turda qrup liderliyi uğrunda Almaniya təmsilçisi Li Yvonne ilə qarşılaşan Fatimə Zəhra gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə təcrübəli rəqibi üzərində qələbə qazanmağı bacarıb.
Üç set davam edən qarşılaşma Keişa Fatimə Zəhranın 2:1 (17:21, 21:18, 21:17) hesablı qələbəsi ilə başa çatıb.
Təmsilçimiz ikinci turda Moldova idmançısı Vlada Gingaya qalib gəlməklə səkkizdəbir finala vəsiqəni təmin edib.
Qeyd edək ki, idmanın badminton növü Avropa Oyunlarında qitə çempionatı statusu daşıyır. Dünya çempionatından sonra "Paris-2024" Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]