Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub YENİLƏNİB 2 VİDEO

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvləri, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcə də ölkəmizin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək ölkəmizin UNESCO-da 25 illik fəaliyyəti dövründə gördüyü uğurlu işlər haqda məlumat verib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə UNESCO üzrə Milli Komissiyanın yarandığını diqqətə çatdıran nazir fəaliyyəti dövründə Milli Komissiyanın bir çox dövlət qurumları və ictimai təşkilatlar, eləcə də UNESCO və üzv dövlətlər ilə birgə qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə səmərəli əməkdaşlıq etdiyini bildirib. Azərbaycanın UNESCO dəyərlərinə sadiq olduğunu vurğulayan nazir E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bu qurum ilə təhsil, elm və mədəniyyət sahələrində sıx əlaqələr qurduğunu bildirib. Nazir deyib ki, bunun nəticəsi olaraq Azərbaycan UNESCO-nun nüfuzlu üzvünə və donor ölkəsinə çevrilib.

Azərbaycan-UNESCO ikitərəfli əməkdaşlığına toxunan E.Məmmədyarov bu münasibətlərin daha da intensiv və dinamik səviyyəyə çatdırılmasında Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzsiz rolundan danışıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir ölkəmizin 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və bu işğal nəticəsində Azərbaycana məxsus olan tarixi və mədəni abidələrin, məktəblərin və kitabxanaların, eyni zamanda, məscidlər və məzarlıqların qəsdən məhv edildiyini söyləyib. Nazir Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən bu mənfur əməllərin daim UNESCO qarşısında qaldırıldığını xüsusi olaraq qonaqların diqqətinə çatdırıb.

Sonda E.Məmmədyarov Azərbaycanın UNESCO ilə əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək deyib: “UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda dolma hazırlama və paylaşma ənənəsindən başqa, Azərbaycanın muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısında, həmçinin Çövkən - Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alıb. Bu gün UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir”.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib ki, İkinci Dünya müharibəsindən sonra yaradılan UNESCO ötən müddət ərzində dünyada sülhün qorunmasına öz töhfəsini verib. Bu beynəlxalq qurum millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirir.

Akademik bildirib ki, Azərbaycan ilə UNESCO arasında əlaqələrin mühüm dövrü ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanın mədəni irsinin təbliği istiqamətində gördüyü işlər ölkəmizin mədəni-sosial həyatında öz təsirini göstərməkdədir.

Azərbaycan-UNESCO əlaqələri çərçivəsində ötən illər ərzində elm sahəsində görülən işlərdən danışan AMEA-nın prezidenti reallaşdırılan layihələrdən, təşkil olunan tədbirlərdən və alimlərimizin beynəlxalq arenada qazandığı uğurlardan söz açıb.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasında xüsusi əməyi olan Mehriban Əliyevanın gördüyü işlərə toxunaraq söyləyib: “Mehriban xanımın Azərbaycanda və xarici ölkələrdə təhsil və mədəniyyətlərarası dialoqa verdiyi önəm UNESCO tərəfindən xüsusi qiymətləndirilir”.

Nazir əlavə edib ki, informasiya və kommunikasiya texnologiyaları iqtisadi və sosial inkişafın bütün aspektləri ilə sıx bağlıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi UNESCO ilə İKT sahəsində BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyası çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları prioritet sahə elan olunub. UNESCO-nun İKT ilə bağlı proqramlarından irəli gələn vəzifələrin icrası məqsədilə ölkəmizdə bir sıra layihələr həyata keçirilib. Bunların sırasında muzeylərin rəqəmsallaşdırılmasını, gözdən əlillər üçün səsli kitabxana layihəsinin həyata keçirilməsini qeyd etmək olar. Nazirliyimiz UNESCO-nun Bakıda keçirilən tədbirlərində iştirak edir və onlara fəal dəstək verir.

Azərbaycanda məktəblərin təmirindən, yeni təhsil komplekslərinin inşa edilib istifadəyə verilməsindən və müasir avadanlıqlarla təmin olunmasından söhbət açan təhsil nazirinin səlahiyyətlərini icra edən Ceyhun Bayramov tədris prosesində müasir texnologiyalardan istifadə edən təcrübəli müəllimlərin sayının artırılmasının, pedaqoji kadrların biliklərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb, bu sahədə UNESCO-nun xüsusi rolunu qeyd edib.

Respublikamızda təhsilin inkişafında, məktəblərin təmirində və yeni məktəblərin tikilib istifadəyə verilməsində Heydər Əliyev Fondunun gördüyü işlərə diqqət çəkən C.Bayramov deyib ki, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzsiz xidmətləri sayəsində təhsil sahəsində Azərbaycan ilə UNESCO arasında yaranmış əməkdaşlıq uğurla davam etdirilir.

Ceyhun Bayramov Azərbaycanda təhsilin daha da inkişaf etdirilməsi ilə bağlı UNESCO tərəfindən atılan addımlara və aparılan islahatlara bundan sonra da hər cür dəstək veriləcəyini qeyd edib.

Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək 25 il ərzində Azərbaycan ilə UNESCO arasında çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. İdarə Heyətinin sədri dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan UNESCO-ya 25 il əvvəl üzv olan ölkəmizin bu müddət ərzində qurumla səmərəli əməkdaşlığından, tariximizin təbliği baxımından bu təşkilatla əməkdaşlığa verilən önəmdən, mədəni irsimizin qorunması baxımından dövlət tərəfindən atılan addımlardan, habelə UNESCO ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə reallaşan beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb.

Yubiley tədbiri Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr olunmuş sərginin nümayişi və UNESCO-nun Yubileylər Proqramına daxil edilmiş Azərbaycanın görkəmli mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar şairin qəzəllərinə bəstələnmiş əsərlərdən ibarət konsert proqramı ilə davam edib.

Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib