İQTİSADİYYAT


Bakıda “Partners and Business” sərgisi keçirilir YENİLƏNİB

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil, xidmət və sair sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsullar və xidmətlər təqdim edilir. Sərgidə 150-dək şirkət tərəfindən istehsal olunan məhsullar və xidmətlər nümayiş olunur. Məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

KOBİA-nın idarə heyətinin sədrinin müavini Nadir Adilov, ASK-ın vitse-prezidenti Vüqar Zeynalov, "Kapital Bank” ASC-nin nümayəndəsi Fərid Hidayətzadə və “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev çıxış edərək sərginin yerli məhsulların tanıdılması və biznes tərəfdaşlığının inkişafında əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Sərgidə, həmçinin KOBİA-nın dəstəyi ilə sənaye, xidmət, turizm, logistika, inşaat, sənətkarlıq və sair sahələrdə 20-dək kiçik və orta sahibkarlıq subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb.

Fevralın 22-dək davam edəcək sərgi çərçivəsində biznesin təşkili və proqnozlaşdırılması, sahibkarlıq sahəsində qanunvericilik, effektiv satış texnikaları, əmək münasibətləri, məşğulluq kimi mövzularda təlimlər, biznes inkişaf yazarlarının kitab təqdimatları keçiriləcək, sahibkarlara məsləhət xidmətləri göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.