SİYASƏT


Belçika mafioz strukturlarla əməkdaşlıqda ittiham olunan Ermənistan konsulunu İspaniyaya ekstradisiya edir

Madrid, 21 iyul, AZƏRTAC

Belçika Ermənistan mafioz strukturlarla əməkdaşlıqda ittiham olunan sabiq konsulunu İspaniyaya ekstradisiya edir.

AZƏRTAC xəbər verir ki, İspaniyanın “El Pеrdiódico” qəzetinin məlumatına görə, aprelin 24-də Hollandiya aeroportunda Ermənistanın İspaniyadakı sabiq konsulu Tiqran Babayan tutulub. O, Madriddə və Barselonada Artur Vardanyanın rəhbərlik etdiyi kriminal strukturlarla əməkdaşlıqda ittiham edilib.

Tiqran Babayan tütün qaçaqmalçılığı ilə məşğul olan şəxslərə saxta pasportların və sənədlərin, həmçinin vizaların verilməsində aldığı rüşvətə görə İspaniya məhkəməsi qarşısında duracaq.

Konsulun öz vəzifəsindən sui-istifadə etməsi faktı ittihamı daha da ağırlaşdırır. Çünki İspaniya hakimiyyət orqanları tərəfindən saxlanılan zaman sənədin həqiqi olmasına şübhə yarandığı halda, konsula müraciət edilir. Konsul da, öz növbəsində, sənədi verməklə onun orijinallığını təsdiqləyir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.