DÜNYA


Çinin aviasiya şirkəti "Boeing"dən kompensasiya tələb edir

Pekin, 21 may, AZƏRTAC

Çinin üç ən böyük aviasiya şirkətindən biri olan “China Eastern Airlines” 14 ədəd “Boeing 737 Max” tipli təyyarənin istifadəsinin müvəqqəti dayandırılmasından yaranan maddi itkilərə görə ABŞ konsernindən kompensasiya tələb edir.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, "China Eastern Airlines" bununla "Boeing"dən sözügedən məsələyə görə kompensasiya tələb edən ilk Çin şirkəti olub. "China Eastern Airlines" daha əvvəldən sifariş etdiyi eyni tip bir neçə təyyarənin təhvil verilməsinin gecikdirilməsindən də narazıdır.

Qeyd edək ki, bu il martında Efiopiya hava yolları şirkətinə məxsus "Boeing 737-Max 8" təyyarəsinin qəzaya uğramasından sonra dünyanın bir çox aviasiya şirkəti istifadəsində olan eyni tip təyyarələrin uçuşlarını müvəqqəti dayandırmışdı. Bundan sonra "Boeing" qəzaya səbəb olunan texniki nasazlıqları araşdırmağa başlamaqla yanaşı, "Boeing 737-Max" təyyarələrinin yığılması prosesini dayandırmışdı.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.