SİYASƏT
Erməni faşistləri Tərtər rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir - FOTO



















Tərtər, 2 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 2-də düşmənin artilleriya atəşi nəticəsində Tərtər şəhərində və rayonun digər yaşayış məntəqələrində onlarla ev, ticarət və iaşə obyektləri dağılıb və ya zərər çəkib. Həmçinin infrastruktura, kənd təsərrüfatına ziyan dəyib.
AZƏRTAC-ın fotomüxbiri Roman İsmayılovun Tərtər rayonunda çəkdiyi fotoları təqdim edirik.