CƏBHƏ XƏBƏRLƏRİ


Erməni hərbçiləri məcburi köçkünlər üçün salınan yaşayış kompleksini artilleriya atəşinə tutub FOTO VİDEO

Tərtər, 29 sentyabr, AZƏRTAC

Bu gün səhər erməni silahlı qüvvələri Tərtər rayonunda 2017-ci ildə açılışı olan 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksini artilleriya atəşinə tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaşayış kompleksində olan 34 yaşayış binasından yeddisinə, eləcə də infrastruktura ciddi ziyan dəyib.

Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verir.

Ermənistan dinc sakinləri atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

AZƏRTAC-ın fotoqrafı Tofik Babayevin düşmənin hədəf aldığı məcburi köçkünlər üçün salınan yaşayış kompleksindən çəkdiyi fotoları təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.