İDMAN


Fərid Sadıqlı: Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır

Bakı, 21 iyul, AZƏRTAC 

Yarışlara ciddi hazırlaşmışdım. XV Avropa Gənclər Yay Olimpiya Festivalı doğma vətənimdə keçirildiyi üçün məsuliyyət və həyəcan daha böyük idi. Çempion olduğum üçün sevincimin həddi-hüdudu yoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı deyib.

“Yarışda ən çətin görüşüm dörddəbir finalda gürcü Davit Qvasalia ilə oldu. Səhv edərək rəqibə bir neçə xal verdim. Lakin özümü toparlayıb yarışdan qalib ayrılmağı bacardım”, - deyə Fərid Sadıqlı vurğulayıb.

Azərbaycan güləşçisi hədəfinin qarşıdan gələn dünya çempionatında qızıl medal qazanmaq olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, finalda türkiyəli Umut Çobana böyük hesabla qalib gələn gənc pəhləvanımız XV Avropa Gənclər Yay Olimpiya Festivalının çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.