Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında dördüncü dövrənin qarşılaşmaları başa çatıb
Bakı, 21 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında 1/64 final mərhələsində dördüncü dövrəyə də yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Tamerlan Əzizov italiyalı Daniele Miniginiyə məğlub olub - 0:2 (4:6, 3:6). Digər qarşılaşmalarda isə Slovakiya idmançısı Peter Nad belaruslu Alexi Xamrotovu 2:0 (6:1, 6:3), rumıniyalı Andrei Voykan isveçli Eldin Nokiçi 2:0 (6:1, 6:3), rusiyalı Nikita Boçkarev britaniyalı Matt Rankini 2:1 (6:2, 2:6, (12:10)), Linda Klimovikova (Çexiya) Katrin Esadeni 2:0 (6:3, 6:0), Lisa Varul (Estoniya) Mafalda Guedeşi (Portuqaliya) 2:0 (6:0, 6:4) məğlub ediblər.