Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev: Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir

Heydər Əliyev: Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramıdır. AZƏRTAC bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun məqaləsini təqdim edir.

Televiziya və radio insan həyatının ayrılmaz hissəsidir. Elm və texnologiyanın müasir inkişaf səviyyəsi televiziyanın cəmiyyətdəki rolunu daha da artırır. Bu gün dünyada internet və informasiyalı cəmiyyət inkişaf edir, yeni trendlər meydana çıxır, sosial şəbəkələr və onlayn media vaxtilə teleradioların üzərinə götürdüyü öhdəliklərin bir hissəsini mənimsəməyə başlayır. Bu pozitiv rəqabət meydanında hər bir informasiya mənbəyi yalnız kreativ ideyalar, yeni modern televiziya üslubu, cəmiyyətlə təmasın daha universal modellərini təqdim etməklə qalib gələ bilər. Bu baxımdan yeni dövrdə televiziyalar yeni çağırışlara adaptasiya olmaq üçün bir sıra yenilikçi ideyalara əl atırlar. Həyatımızda baş verən istənilən texnoloji dəyişikliklər fonunda belə televiziyanın rolu əvəzolunmazdır. Televiziya bu gün cəmiyyətin sosiallaşması prosesində iştirak payını sürətlə artırmaqdadır. Bu mənada, Azərbaycan Televiziyası sosiallaşma kampaniyasının önündə gedən avanqard rolunu müvəffəqiyyətlə yerinə yetirir. Şərq aləmində ilk olan Azərbaycan Televiziyası yarandığı gündən milyonlarla tamaşaçı auditoriyası toplayıb. Xalqımızın siyasi və mədəni həyatında olduqca önəmli çəkiyə malik Azərbaycan Televiziyası rəngarəng proqramları ilə tamaşaçıların ən müxtəlif sahələrdə maariflənməsini təmin edir.

Müasir dünyamızda baş verən mürəkkəb proseslər, münaqişələr, siyasi konfrontasiyalar, qloballaşmanın yaratdığı yeni stereotiplər cəmiyyətə obyektiv və dolğun informasiyanın çatdırılmasına xeyli əngəllər yaradır. Transmilli korporasiyaların nəzarəti altında olan bəzi nüfuzlu teleradiolar artıq qərəzsizlik funksiyasını kənara qoyaraq müəyyən siyasi dairələrin maraqları çərçivəsində hərəkət edir. Bu reallıq əsas vəzifəsi obyektiv məlumat çatdırmaqdan ibarət olan digər dünya televiziyaları üçün ciddi problemlərə gətirib çıxarır. Eyni zamanda, bu, informasiya təhlükəsizliyinin təmini ilə bağlı cəmiyyətdə müəyyən çətinliklər yaradır. Televiziya məlumatı öz auditoriyasına obyektiv, qərəzsiz, operativ şəkildə çatdırmağa borcludur. Bu, ictimaiyyətin onlardan olan gözləntisidir. Əgər televiziya kanalları adını çəkdiyimiz meyarlardan uzaqlaşaraq populizm, şou, sensasiya arxasınca gedərsə, o zaman həmin informasiya mənbəyi peşəkarlıq və məsuliyyət hissindən uzaqlaşacaq ki, bu da həmin KİV vasitəsinin reytinq dərəcəsinə sarsıdıcı zərbə vura bilər.

Bu günlərdə növbəti ildönümünü qeyd edən Azərbaycan Televiziyası sözün əsl mənasında bütün Azərbaycanın televiziyası olduğunu ortaya qoyduğu fəaliyyəti ilə illərdir sübuta yetirir. Müasir dövrün reallıqları bəzi hallarda televiziyalardan ehkamlardan uzaqlaşaraq kosmopolit yanaşma tərzinə keçməyi tələb edir. Lakin əsl milli televiziya heç bir şərt altında milli-mental dəyərlərdən imtina edərək trend və reytinq arxasınca qaçmaz. Azərbaycan Televiziyası da yarandığı gündən indiyədək məhz milli-mənəvi dəyərlərin keşiyində dayanaraq xalqa sədaqətlə xidmət edir, onun görmək istədiyi dəyərləri təbliğ edir, təkcə mahiyyəti ilə deyil, məzmunu ilə də milli xarakter daşıdığını nümayiş etdirir. Milli televiziyamızın ekranlarına gətirilən proqramlar, bu proqramların peşəkar jurnalistlər tərəfindən hazırlanması, ziyalı sözünə verilən dəyər bir daha təsdiqləyir ki, belə televiziya cəmiyyətin maariflənməsində, gənc nəslin vətənpərvər və sağlam ruhda böyüməsində, milli və dövləti maraqlarımızın qorunmasında müstəsna rol oynayır. Minlərlə jurnalistin yetişməsi üçün həqiqətən də “məktəb” funksiyasını yerinə yetirən Azərbaycan Televiziyası bu gün də öz xeyirxah və humanist fəaliyyət xəttini uğurla davam etdirir.

Beləliklə, Azərbaycan Televiziyası azərbaycançılığın geniş, sistemli, davamlı efir məkanıdır. Bu efir məkanının fəaliyyətini aşağıdakı mərhələlərə bölmək olar:

1. 1956 -1970-ci illərədək olan mərhələ;

2. 1970 - 1988-ci illərədək olan mərhələ;

3. 1988-1993-cü illər mərhələsi;

4. 1993-cü ildən bu günədək olan mərhələ.

İlk dövrlərdə sovet Azərbaycanının ictimai-siyasi və mədəni həyatında yeni texniki vasitə olaraq sevilən televiziya kanalımız 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin xüsusi diqqəti ilə azərbaycançılığın təbliği istiqamətində güclü və təsirli efir məkanına çevrildi. Həmin illərdə xalqın milli-mənəvi dəyərləri televiziyamızın efirində də özünə yer tapdı. Təsadüfi deyil ki, Ermənistanın ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq ölkəmizə qarşı ərazi iddialarına cavab olaraq yaranan vətənpərvərlik və milli ruhun təməlində də məhz Azərbaycan Televiziyasının təbliğ etdiyi milli-mənəvi ideya dayanırdı.

1993-cü ilədək olan üçüncü mərhələdə Azərbaycan Televiziyası özünün keçid dövrünü yaşadı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan milli televiziyası qarşısında yeni üfüqlər açdı. Artıq bu televiziya azərbaycançılıq ideyasının azad, məhdudiyyətsiz və ən səriştəli efir məkanına çevrildi.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, Azərbaycan ziyalılarına, elm və mədəniyyət korifeylərinə, zəngin tariximizə göstərdiyi diqqət və qayğı bu gün də Azərbaycan Televiziyasında prinsipial xətt kimi qorunub saxlanılır. Mütəmadi olaraq ziyalıların, siyasi və iqtisadçı ekspertlərin və ictimaiyyətin müxtəlif təbəqələrinin efir vasitəsilə dəyərli fikirlərini televiziyada bölüşmələri, mövcud problemlərin aradan qaldırılması istiqamətində mülahizələrini söyləmələri isə onu göstərir ki, Azərbaycan Televiziyası hazırda da xalqımızın milli ruh fəlsəfəsinin qorunmasında başlıca rol oynayır, yorulmadan milli-mənəvi və mədəni dəyərlərimizin keşiyində dayanmaqda davam edir. Milli yaddaşımızın daim yenilənməsində Azərbaycan Televiziyasının xüsusi rolu var. Televiziyanın xalqımızın, dövlətimizin ictimai-siyasi həyatında təkrarsız rolunu vurğulayan ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqilliyimizin əbədiliyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan dövlətinin indiki dirçəliş mərhələsində televiziya və radionun fəaliyyəti əvəzolunmazdır. Azərbaycan həqiqətlərinin, xüsusən də Ermənistanın ölkəmizə qarşı təcavüzkar müharibəsinin, qaçqınların ağır sosial-iqtisadi vəziyyətinin obyektiv şəkildə işıqlandırılmasında və beynəlxalq ictimaiyyətə çatdırılmasında efir işçilərimiz öz vəzifələrini layiqincə yerinə yetirirlər”.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişafı, qüdrətli dövlətə çevrilməsi, xəyanətkar Ermənistanın bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən kənarda saxlanılması bu problemin tezliklə Azərbaycanın xeyrinə həll olunacağından xəbər verir. Bu istiqamətdə Azərbaycan Televiziyasında milli vətənpərvərlik ruhunda hazırlanan verilişlər xüsusi ideoloji əhəmiyyət daşıyır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, gələcək nəsillərə çatdırılması işində Azərbaycan Televiziyasının misilsiz tarixi xidmətləri var. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, Azərbaycan Televiziyası azərbaycançılıq ideologiyasının əsl təşviqatçısıdır. Bu ideologiya ölkəmizin inkişaf fəlsəfəsinin bütün komponentlərini özündə ifadə etməklə gələcəyə aparan yollarımızı müəyyənləşdirir. Bu mənada, Azərbaycan Televiziyası milli inkişaf yolumuzu işıqlandıran bir mayak rolunu oynamaqdadır.

Televiziyada son dövrlərdə keyfiyyətli ictimai-siyasi analitik proqramların sayının artması əhalinin siyasi cəhətdən maariflənməsində və inkişafında əvəzsiz rol oynayır. Bu verilişlərdə müzakirə olunan məsələlər ölkənin və dünyanın ictimai-siyasi həyatı haqqında tamaşaçılarda aydın təsəvvürlər formalaşdırmaqla yanaşı, milli maraqlarımıza cavab verən, ölkəmizin davamlı inkişafının ruhuna uyğun ictimai-siyasi ideyaların genişlənməsini təmin edir ki, bu da cəmiyyətdə konsolidasiya meyillərini əhəmiyyətli dərəcədə gücləndirir.

Hazırda yeni qlobal çağırışlar fonunda dünya miqyasında baş verən proseslər, sivilizasiyaların dialoqu qarşısındakı maneələr və virtual məkanın yeni tələbləri Azərbaycanda da müxtəlif formatlarda ciddi müzakirə edilir. Həmin məsələlərlə bağlı proqressiv ideyaların qoyuluşu və istiqamətləndirilməsi, habelə, strateji hədəflərə çatmaq üçün prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı polemikaların təşkilində Azərbaycan milli televiziyası öndə gedir. Milli televiziyamızın üzərinə götürdüyü müqəddəs və mentalitetimizə uyğun vəzifələri nəzərə alaraq bütün cəmiyyət inanır ki, obyektiv gerçəkliklərin aynasına çevrilən bu televiziya Azərbaycan dövlətinə və xalqına layiqincə xidmət göstərməkdə davam edəcək. Yolunuz uğurlu və açıq olsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır