İDMAN


İngiltərə Premyer Liqası: “Liverpul” ən yaxın təqibçisi ilə xal fərqini artırıb

Bakı, 14 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün İngiltərə Premyer Liqasının 17-ci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış görüşündə lider “Liverpul” doğma meydanında “Uotford” komandasını qəbul edib. Hər iki hissədə bir qol vuran “Liverpul” çempionluq yolunda vacib üç xal qazanıb. Bu qələbədən sonra “Liverpul” üçüncü pillədə qərarlaşan əzəli rəqibi “Mançester Siti”ni 17 xal qabaqlayır.

Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Lester Siti” autsayder “Norviç Siti”ni qonaq edib. Gərgin hücumlarla yadda qalan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Çempionluğa iddialı “Çelsi” klubu da öz meydanında xal itkisi ilə üzləşib. London təmsilçisi doğma meydanda “Bortsmunt” komandasına minimal hesabla məğlub olub.

Günün digər oyunlarında “Şeffild Yunayted” doğma azarkeşlər önündə “Aston Villa”nı 2:0, “Börnli” isə “Nyukasl Yunayted” klubunu 1:0 hesabı ilə məğlub edib.

Turun digər oyunları dekabrın 15-16-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.