Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb
Bakı, 15 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana "Araz-Naxçıvan" və "İmişli" komandaları çıxıblar. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşdə hesab açılmayıb - 0:0.
Digər matçda isə son çempion "Sabah" "Kəpəz"i qəbul edib. Masazırda yerləşən "Bank Respublika Arena"da baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Coy-Lens Mikels və Ksander Severina vurublar.
Qeyd edək ki, mövsümün açılış matçında "Turan Tovuz" doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Turun digər oyunları avqustun 16-17-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]