İQTİSADİYYAT


İnnovasiyaların Təşviqi Qrupunun iclası keçirilib

Bakı, 21 may, AZƏRTAC

İnnovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədilə dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupunun növbəti iclası keçirilib.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildirilib ki, qurumun direktoru, İnnovasiyaların Təşviqi Qrupunun rəhbəri Vilayət Vəliyev innovativ üsullardan yararlanmaqla yeni məhsulların istehsalına dair təqdim olunmuş layihələrin qeyri-neft sektorunda yeni məhsul istehsalına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına töhfə verəcəyini vurğulayıb.

İclasda vətəndaş Arif Qəniyevin bu qəbildən olan layihəsinin təqdimatı olub və layihə yüksək qiymətləndirilib. Təqdim olunmuş layihənin yeni texnologiya tətbiq edilməklə istifadəsiz qalmış ərazilərdə yetişən qamış və qarğı bitkilərindən lövhə, tara və qablaşdırma məhsullarının istehsalını mümkünləşdirə biləcəyi qeyd edilib. Layihənin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Müzakirələrin nəticəsi kimi layihənin innovativ olması və istehsalın təşkilinin dəstəklənməsi üzrə qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.