MƏDƏNİYYƏT


Kitabxanada Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şairə, Xan qızı Xurşidbanu Natəvanın anadan olmasından 190 il ötür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvan-190” adlı videoçarx və “Xurşidbanu Natəvan-190” adlı metodik vəsait, həmçinin “Şuşanın Xan qızı-Natəvan” adlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxda X.Natəvanın həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək, yaradıcılığından nümunələr təqdim olunub. Hazırlanan materialda Xan qızının Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustası olması ilə yanaşı, onun xeyriyyəçilik fəaliyyəti haqqında da geniş məlumat verilib.

“Xurşidbanu Natəvan-190” adlı metodik vəsait Natəvan ədəbi irsinin kitabxanalarda təbliğinə kömək məqsədilə hazırlanmış vəsaitdir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Prezident İlham Əliyevin Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam, görkəmli şəxslərin şairə haqqında söylədikləri fikirləri, Natəvan irsinin kitabxanalarda təbliği haqqında məlumatlar yer alıb.

“Şuşanın Xan qızı-Natəvan” adlı biblioqrafik icmalda şairənin həyatı, irsi, soykökü, Xan qızına ithaf edilən incəsənət əsərləri və filmoqrafiya öz əksini tapıb.

Hazırlanan materiallar kitabxananın saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.