REGİONLAR
Kürdəmirdə istixanalarda 650 tondan çox pomidor və xiyar istehsal edilib
Kürdəmir, 28 oktyabr, AZƏRTAC
Kürdəmir rayonunda son illər istixana təsərrüfatına maraq artır. Hazırda 28 hektarda bu cür təsərrüfat fəaliyyət göstərir ki, burada da əsasən xiyar və pomidor yetişdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, investisiya qoymaq məqsədilə rayona cəlb edilən sahibkarlar arasında da istixana təsərrüfatının yaradılmasına maraq göstərənlər var. Təsadüfi deyildir ki, bu il “Geotermal Agro” MMC tərəfindən Mollakənd kəndi ərazisində 10 hektar sahədə termal sularla isidilən müasir istixana tikilib və hazırda burada pomidor yetişdirilir.
Qeyd edək ki, təkcə bu ilin ötən müddətində rayonun istixana təsərrüfatlarında 650 tondan çox xiyar və pomidor istehsal olunub. İstehsal edilən məhsulların 210 tondan çox xarici bazarlara, əsasən də Rusiya və Ukraynaya ixrac olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]