İDMAN


Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək

Bakı, 3 noyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyası, İdman Jurnalistləri Federasiyası və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə noyabrın 14-də media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Zəfər Gününə həsr olunacaq yarışdan əvvəl jurnalistlər üçün üzgüçülük üzrə təlim təşkil ediləcək. Daha sonra yarışa start veriləcək.

Turnir iştirakçılarına xüsusi sertifikatlar, qaliblərə isə müvafiq diplomlar və Su İdmanı Sarayının xidmətlərindən ödənişsiz istifadə üçün abunə kartı hədiyyə ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.