Milli Azərbaycan Tarixi Muzeyində Elxanilər dövrünə aid Qarabağ dirhəmi qorunur
Bakı, 25 iyul, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Elxanilər dövrünə aid materiallar sırasında 1349-cu ilin Qarabağ gümüş dirhəmi qorunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, 1,18 qram çəkili gümüş dirhəmin üst tərəfindəki ellipsvarı kartuşda birinci sətirdə ərəbcə “sultan”, ikinci sətirdə uyğurca “Ənuşirvan”, 3-cü sətirdə “hakimiyyəti davamlı olsun”, kartuşun kənarı üzrə, yuxarıda ərəbcə “Qarabağda zərb edilib, yeddi yüz əllinci ildə”, arxasında mərkəzdə dördbucaqlı kartuşda, 3 sətirdə “Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın rəsuludur”, ətrafında 4 xəlifə adları: “Əbubəkr / Ömər / Osman / Əli” sözləri zərb edilib.
Beləliklə, Ənuşirvanın (1344-1356) hakimiyyəti dövründə zərb edilmiş bu gümüş dirhəmdə şəhər adı deyil, inzibati ərazi adı həkk edilib. Qarabağ inzibati ərazi adı ilə fəaliyyət göstərən bu zərbxananın uyğun dövrdə strateji və hərbi əhəmiyyətli Bərdə, Gəncə, Beyləqan şəhərlərində olduğu söylənə bilər.
Numizmatik faktlara əsasən, 1356-cı ildən Azərbaycan da daxil olmaqla digər ərazilərdə Ənuşirvanın adından gümüş dirhəmlərin zərbi dayandırılıb.
Elxanilər dövründə Qarabağ dirhəmlərindən əlavə Təbriz, Qəzvin, Ərdəbil, Şirvan, Marağa, Naxçıvan, Şərur, Tovuz, Şabran, Ani, Həmədan, Bərdə, Gəncə, Beyləqan, Biləsuvar, Gəştaspi, Tiflis və başqa şəhərlərdə də gümüş dirhəmlər zərb edilibdir. Numizmatik faktlara əsasən, uyğun dövrdə anonim dirhəmlər, qızıl dinarlar və mis felslər də istehsal edilibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [19:31]
Şahin Fazilin “Qubanamə” kitabının təqdimatı keçirilib
- 11.02.2026 [18:35]
Ər-Riyadda Azərbaycanda saxlanılan ərəbdilli əlyazmaların sərgisi açılıb
- 11.02.2026 [18:13]
Əqli Mülkiyyət Agentliyində qadın alimlərlə görüş keçirilib
Tramp və Netanyahu İran danışıqlarını müzakirə edib
- 11.02.2026 [23:49]
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
- 11.02.2026 [23:23]
Ərdoğan: Türkiyə Avropanın müdafiə təşəbbüslərində iştirak etməlidir
- 11.02.2026 [23:15]
Zelenski: Ukraynada seçki prosesinə hazırlıq var
- 11.02.2026 [22:44]
Türkiyə və Yunanıstan əməkdaşlıq kursuna qayıdır: Ankarada 7 sənəd imzalanıb
- 11.02.2026 [22:35]
Azərbaycanın ilk qadın alpinisti növbəti zirvəni fəth edib
- 11.02.2026 [22:03]
Azərbaycan şirkətləri Moskvada “Prodexpo-2026” sərgisində təmsil olunur
- 11.02.2026 [21:54]
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
- 11.02.2026 [21:04]
Ağ Evdə Tramp və Netanyahu arasında görüş keçirilir
- 11.02.2026 [21:04]
“World Defence Show 2026”: Beynəlxalq tərəfdaşlarla görüşlər davam etdirilir
- 11.02.2026 [20:31]
Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib
- 11.02.2026 [20:25]
“BMW” yanğın təhlükəsinə görə yüz minlərlə avtomobili geri çağırır
- 11.02.2026 [19:57]
Şirvan kanalında tikinti işləri eyni vaxtda 4 mərhələ üzrə sürətləndirilib
- 11.02.2026 [19:10]
Avropa Superliqası layihəsi başlamadan bitib
- 11.02.2026 [19:09]
Gürcüstanın Şidi Kartli bölgəsindəki 12 kənd – Keçmişdən bu günə səyahət
- 11.02.2026 [18:50]
Ər-Riyadda Azərbaycanda saxlanılan ərəbdilli əlyazmaların sərgisi açılıb
- 11.02.2026 [18:35]
Qazaxıstanda yeni Konstitusiya üzrə referendum martın 15-də keçiriləcək
- 11.02.2026 [18:16]
Dövlət Xidməti: 7 obyekt icarə müsabiqəsinə çıxarılıb
- 11.02.2026 [17:49]