Azərbaycan Dövlət İnformasiya Agentliyi

Misirdə “Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr” mövzusunda videokonfrans təşkil edilib

Misirdə “Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr” mövzusunda videokonfrans təşkil edilib

Qahirə, 23 iyul, AZƏRTAC

İyulun 22-də Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Misirin tanınmış “Dialoq Siyasi Araşdırmalar və Media” mərkəzi ilə birgə “Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr” mövzusunda videokonfrans keçirilib. Tədbirdə Misirin ictimai siyasi xadimləri, tədqiqatçı və jurnalistləri, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından tədqiqatçı və jurnalistlər, həmçinin Azərbaycanın şərqşünasları və media nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, videokonfransın açılışında çıxış edən ölkəmizin Misirdəki səfirliyinin ikinci katibi Emil Rəhimov Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurlardan və nüfuzundan bəhs edib. Qeyd edib ki, ölkəmiz regionun güclü və qüdrətli dövlətinə çevrilib, dünya ölkələri ilə sıx əməkdaşlıq edir. Azərbaycanın qarşısında duran yeganə problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdıran diplomat son günlər ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş erməni təxribatlarına toxunub, Ermənistanın atəşkəs rejimini mütəmadi şəkildə pozduğunu, BMT TŞ-nin məlum qətnamələrini indiyədək yerinə yetirmədiyini vurğulayıb. E.Rəhimov beynəlxalq ictimaiyyətə müraciət edərək, qəbul edilmiş qətnamə və qərarlardan irəli gələrək, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün Ermənistana daha ciddi təzyiqlər göstərməyə çağırıb və ölkəmizə siyasi dəstək göstərən dost və qardaş ölkələrə də təşəkkürünü bildirib. O, Azərbaycan Ordusunun qüdrətindən söz açıb, Silahlı Qüvvələrimizin öz sərhədlərimizi müdafiə etməyə qadir olduğunu da xüsusi olaraq qeyd edib.

Misirin Qahirə Universitetinin Siyasi elmlər və iqtisadiyyat fakültəsinin professoru Nurhan əl-Şeyx çıxış edərək, Azərbaycanın haqlı mövqeyinə toxunub, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara söykənərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb. O, Ermənistanı münaqişəni hərbi yol və təxribatlara əl atmaqla deyil, sülh danışıqlarına sadiq qalaraq həll etməyə dəvət edib.

Misirin Helvan Universitetinin doktoru Adil Dərviş çıxışında qeyd edib ki, Azərbaycanın tarixində çoxlu sayda erməni təxribatları və soyqırımları var. O, Ermənistanın son hərbi təxribatını da kəskin şəkildə pisləyib.

Videokonfransda çıxış edən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin ikinci katibi İmran Sadıxov belə bir tədbirin ölkəmiz üçün həssas bir məqamda keçirildiyini vurğulayaraq qeyd edib ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən hərbi təxribat İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qətiyyətlə pislənilib. Diplomat Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən olan, Ermənistanın Azərbaycana hərbi təcavüzü səbəbindən işğalçı ölkə ilə diplomatik əlaqələrdən imtina edən, Azərbaycanla bağlı həmişə prinsipial və ədalətli mövqe nümayiş etdirən Səudiyyə Ərəbistanının son hadisələrlə bağlı verdiyi bəyanata toxunaraq bildirib ki, İslam dünyasında böyük nüfuza malik olan Krallığın mövqeyi digər müsəlman dövlətləri üçün nümunədir. Diplomat ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini, ilk növbədə, beynəlxalq hüququn aliliyi prinsipi əsasında müəyyənləşdirməli olduqlarını diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin xarici işlər bürosunun direktoru Hazim Əbduh çıxışında İƏT-in Azərbaycanın haqlı mövqeyini əks etdirən davamlı bəyanatlar səsləndirdiyini, Ermənistan tərəfindən atəşkəsin mütəmadi şəkildə pozulmasını və təxribatlara əl atmasını qəti şəkildə pislədiyini diqqətə çatdıraraq, mətbuatın doğru və dürüst məlumatları çatdırmaqda böyük məsuliyyət daşıdığını qeyd edərək feyk xəbərlərin yayılmasını şiddətlə qınayıb.

“Dialoq Siyasi Araşdırmalar və Media” mərkəzinin müdiri Əhməd Tahir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə və işğalçı dövlətə daha çox təzyiq göstərməsinə əvvəlkindən çox ehtiyac duyulduğunu vurğulayıb və Ermənistana silah satan bəzi ölkələrin Ermənistanın məkrli planlarını həyata keçirməyə yardımçı olmasını pisləyib.

AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev diqqətə çatdırıb ki, son günlər cəbhə xəttində, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələrin ictimaiyyətə çatdırılması sahəsində KİV-lərin üzərinə böyük məsuliyyət düşür. O əlavə edib ki, səkkiz dildə informasiyalar yayan Azərbaycanın rəsmi agentliyi - AZƏRTAC Ermənistan silahlı qüvvələrinin hücumu ilə alovlanan toqquşmaların fonunda dövriyyəyə buraxılan dezinformasiyalar və feyk xəbərlərin üzə çıxarılması, daxili auditoriyanı və xarici KİV-ləri etibarlı və düzgün informasiya ilə təmin edilməsinə töhfə verib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun Şərq və Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Gülər Qafqazlı mövzu ilə bağlı fikirlərini paylaşaraq, Azərbaycanın İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu, ölkəmizin müsəlman ölkələrinin siyasi dəstəyinə ehtiyac duyduğunu bildiriblər. Ermənistanın Müsəlman dünyası ilə yaxınlaşma siyasətinin onun məkrli planı olduğunu və Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi, mədəni və dini abidələri dağıdaraq, törətdiyi vandalizmi ört-basdır etmək məqsədi daşıdığını vurulayıblar. Eyni zamanda, ərəb-müsəlman dünyasını Ermənistanla münasibətlərində bitərəf mövqedən deyil, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini xatırlamalı olduğunu və ölkəmizin bu məsələdəki narahatlığını və həssaslığını nəzərə almalarını diqqətə çatdırıblar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çimərlik güləşi üzrə Azərbaycan millisi 4 medalla Avropa çempionu olub

Paşinyan: Ermənistandan yeni tranzit qaz kəməri keçəcək

Aİ Ukraynaya hərbi ehtiyaclar üçün 28.3 milyard avro ayırır

ABŞ hərbçilərinin Almaniyadan çıxarılması ölkədə minlərlə iş yerinin itirilməsi riski yaradır

ÜST: Konqonun şərqindəki müharibə Ebola epidemiyasının qarşısının alınmasını çətinləşdirir

Yunanıstanın ərazi sularında 50 qeyri-qanuni miqrant xilas edilib

BMT Konvensiyası təmiz enerji mənbələrinə keçidin sürətləndirilməsinə çağırış edib

Cəbrayılda qurbanlıq heyvanlar baytar mütəxəssislərin nəzarəti altında satışa çıxarılıb

Türkiyəli professor: Zəngilanda icra olunan layihələr beynəlxalq platformalarda diqqət çəkir

Uqanda Ebola təhlükəsinə görə Konqo ilə sərhədini bağlayıb

Ekspert: Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatında yeni texnologiyalar gəlirliliyi 40 faizə qədər artıra bilər

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edilib

Göyçayda ilan kişini baş nahiyəsindən sancıb

Gürcüstanın Baş naziri ölkənin müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib

DTX rəisi Əli Nağıyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib

Tramp: Hörmüz boğazına heç kim nəzarət etməyəcək

Yeni Dövlət Proqramı ölkənin torpaq, su və insan kapitalı potensialını dayanıqlı gələcəyə çevirmək üçün mühüm strateji yol xəritəsidir - ŞƏRH

ABŞ Dövlət katibi: Əsas məsələ İranın heç vaxt nüvə silahına sahib olmayacağıdır

Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda” VİDEO

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda” VİDEO

Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

U-21 millinin heyətinə yeni futbolçu cəlb edilib

Tramp: İran razılığa gəlməyi çox istəyir

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər aqrar sahədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir - RƏY

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Baş nazir: Gürcüstan xalqına və hökumətimizə qarşı yeni hücum dalğası başlayıb

Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb

Premyer Liqaya yüksələn komanda baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri təqdim edilib

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

“Sabah” bombardiri ilə yeni müqavilə imzalayıb

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

Tolqay Arslan yaşıl meydanlarla vidalaşıb

Gürcüstan Prezidenti Qurban bayramı ilə əlaqədar Tbilisidəki Cümə məscidini ziyarət edib

Vensan Abubakar Türkiyədə azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

"Şimal" I Liqada qalıb

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatı başa çatıb

Niderland millisinin dünya çempionatı üçün yekun heyəti bəlli olub

Professor Hacıbaba Adiloğlu: Azərbaycan mədəniyyətinin zənginliyinin təməlində Vətənə sevgi dayanır

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir

Vyanada Azərbaycan Xalq Cümhuriyyətinin irsi və müstəqillik ənənələri vurğulanıb

1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

Agentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

Astarada 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Almaniyada təhsil alan həmyerlimiz: Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı

Marneulidə dostluq və həmrəylik tədbiri: “Qafqazın iki müstəqil səsi”

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edilib

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Müstəqillik Günü - şərəf və qürur tariximiz

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir

Çernovtsıda Azərbaycanın zəngin mədəni irsi və milli mətbəxi təqdim olunub

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb

İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumuna maraq böyükdür, 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

Gəncədə bayram namazı qılınıb, qurbanlar kəsilib

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Azərbaycanın turizm potensialı Çində tanıdılır

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib

Sabah hava əsasən yağmursuz olacaq

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Ekspert: Yeni Dövlət Proqramı maliyyə sektorunun üzərinə ciddi öhdəliklər qoyur

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur  VİDEO

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur VİDEO

 Bu saata olan əsas xəbərlər

Almaniyada insanların əksəriyyəti vahid təhsil standartlarının tətbiqini dəstəkləyir

Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib

Nazirlik rəsmisi: Müasir suvarma sistemləri məhsuldarlığı iki dəfədən çox artırır

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Şuşada bayram namazı qılınıb VİDEO

Şuşada bayram namazı qılınıb VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Naxçıvanda “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Ukraynanın Krivoy-Roq şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO