Yunanıstanın ərazi sularında 50 qeyri-qanuni miqrant xilas edilib
Qahirə, 27 may, AZƏRTAC
Yunanıstan sahil mühafizəsi Krit adasının cənub sahilləri yaxınlığında 50 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlayıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, miqrantların olduğu kiçik qayıq adanın cənub sahilində yerləşən İerapetra bölgəsindən təxminən 40 dəniz mili məsafəsində Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) təyyarəsi tərəfindən aşkar edilib. Bildirilib ki, daha sonra miqrantlar Yunanıstan sahil mühafizəsinə məxsus gəmi tərəfindən xilas edilərək İerapetra limanına çatdırılıblar.
Miqrantların vətəndaşlığı və sağlamlıq vəziyyəti barədə hələlik məlumat verilməyib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]