CƏMİYYƏT


Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Gəncədə müxtəlif vaxtlarda şəhər ərazisindəki bir evdən 560 manat məbləğində pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları, bir qarajdan 6000 manat dəyərində 1000 metr naqil, bir evdən 2900 manat dəyərində televizor, bir yarımtikilidən 1850 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqili, bir evdən isə 2000 manat dəyərində kombi aparatı və 54 ədəd istilik radiatoru oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunan M.Məmmədov Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.