Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 1

Pakistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin nüfuzlu universitetlərindən olan İqra Universiteti ilə birgə Pakistanda Umummilli Lider Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan “Dövlətlərarası münasibətlərin inkişafında şəxsiyyətin rolu Heydər Əliyev və Muhammad Əli Cinnah” adlı seminar keçirib.

Seminarda Universitet rəhbərliyi və tələbələr, Səfirik əməkdaşları, eləcə də Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Ölkəmizin Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş seminarda əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Pakistanın Dövlət himnlərinin səsləndirilməsindən sonra ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov çıxış edərək, hər il dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünün qeyd olunduğunu bildirib.

Heydər Əliyevin həyat və fəaliyyətindən danışan səfir Azərbaycan xalqının uzaqgörən Liderinin ölkənin inkişafına müstəsna töhfələr verdiyini vurğulayıb, müasir dövlətçiliyimizin formalaşmasında böyük rol oynadığını diqqətə çatdıraraq, Ulu Öndərin bütün həyatını ölkəsinə həsr etdiyini deyib.

Müstəqilliyin ilk illərində Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün ciddi təhdidlər və risklərin olduğunu qeyd edən səfir, məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyini vurğulayıb.

Səfir Ümummilli Liderin xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını bildirərək, Ulu Öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu diqqətə çatdırıb. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan boru kəməri və digər beynəlxalq əhəmiyyətli layihələrdən bəhs edən X.Fərhadov Ulu Öndərin müdrik siyasəti nəticəsində ölkədə yüksək templi sosial-iqtisadi inkişafın təmin olunduğunu və beynəlxalq münasibətlərdə güclü mövqeyə malik ölkəyə çevrildiyini qeyd edib.

Səfir iki qardaş ölkənin münasibətlərinə də toxunaraq Heydər Əliyevin Pakistana həmişə xüsusi diqqət yetirdiyini, Azərbaycan ilə Pakistan arasındakı əlaqələri qardaş və strateji münasibətlər adlandırdığını vurğulayıb. Ölkəmizin müasir tarixinin Heydər Əliyevsiz təsəvvür etməyin mümkün olmadığını ifadə edən X.Fərhadov, Azərbaycan xalqının hər zaman dahi rəhbərin siyasətinə sadiq olduğunu bildirib. Səfir Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra səfir Pakistanın milli lideri Muhammad Əli Cinnah barədə söhbət açaraq onun Pakistanın inkişafı istiqamətində apardığı uğurlu siyasətdən bəhs edib.

Tədbirdə İqra Universitetinin Beynəlxalq əlaqələr departamentinin direktoru Məhəmməd Rizvan Bari, Sosial Elmlər Departamentinin professoru Məhəmməd Şəhriyar Xan, Pakistan Ali Məhkəməsinin vəkili Şah Kavar çıxışlarında Azərbaycan-Pakistan münasibətlərindən söz açıb, hər iki liderin ölkələrinin inkişafı və rifahı naminə apardığı uğurlu siyasətdən danışıb və onların əziz xatirələrini dərin hörmətlə yad etdiklərini ifadə ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən videoçarx nümayiş olunub.

Sonda Ulu Öndərlə bağlı müxtəlif kitab və materiallar universitet kitabxanasına hədiyyə edilib.

Pakistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı tələbələr Parisdə musiqi qrupu yaradıblar

Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir

Türkiyə-Çin əlaqələri genişlənir

Nazir: Gələn aydan Türkiyədə inflyasiya kəskin azalmağa başlayacaq

Prezident Vladimir Putin: Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük tələbat yarana bilər VİDEO

Rusiya Prezidenti Azərbaycan ilə ticarət dövriyyəsinin inkişaf tempinin yaxşı olduğunu qeyd edib

Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir VİDEO

Azərbaycan Ordusunun hərbi qulluqçusu paraşüt təlimi zamanı həlak olub

Azərbaycan Basketbol Liqasında yeni mövsümün gündəliyi müzakirə olunub

Naxçıvanda avtomobil 11 yaşlı uşağı vurub

Deputat: Bakı Enerji həftəsi ölkəmizin enerji coğrafiyasının daha da genişlənəcəyini deməyə əsas verir

Bakı Enerji Həftəsi çərçivəsində “Orta Dəhliz: perspektivlər və çağırışlar” mövzusunda panel keçirilib

Bakıda TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun üçüncü iclası keçirilib

"Beşiktaş"ın yeni baş məşqçisi məlum olub

Ceyhun Bayramov estoniyalı həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Gürcüstanda aşıq və sazbəndlik sənətini yaşadan insan...

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi 1/4 finala yüksəlib

Dmitri Peskov: Rusiya Prezidenti ilə görüşdə informasiya modasının qanunvericiləri olan informasiya agentliklərinin nümayəndələri iştirak edirlər

Milli İncəsənət Muzeyində “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı ekspozisiya açılıb

COP29 Əməliyyat Şirkəti biznes nümayəndələri üçün “Milli öhdəlik” proqramına başlayır

Naxçıvanda verilən kreditlərin 86,1 faizi sənaye sektorunun payına düşüb

Bakı Enerji Forumu: Azərbaycanda yaşıl enerjiyə keçid prosesi uğurla həyata keçirilir

Gürcüstanda “Ana dilimiz varlığımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Bakı Enerji Həftəsində iştirak edən Rusiya şirkəti Sumqayıt Sənaye Parkı ilə əməkdaşlıq etmək niyyətindədir

Kiyevdə enerji böhranı – VİDEOREPORTAJ

Budəfəki hərracda 52 dövlət əmlakı satılıb

ETSN rəsmisi vətəndaşlara çağırış edib

Həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalar açıqlanıb

COP29 Könüllülük Proqramına qeydiyyat bu gün başa çatır

Naxçıvanda daxili işlər orqanlarına 10 ədəd avtobus verilib

Qazaxıstan Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini bildirir

Azərbaycan və Özbəkistan ordularının Baş Qərargah rəisləri hərbi texniki və təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər

Macarıstan şirkəti “Şahdəniz” yatağında pay alıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycanın COP29-da “Sülh və iqlim qovşağı” mövzusuna diqqəti BMT-nin İqlim Konfransında təqdirlə qarşılanıb

Azərbaycanın Baş prokuroru: Türk dövlətlərinin prokurorluq orqanları arasındakı əlaqələrin gücləndirilməsi vacibdir

BP-nin icraçı vitse-prezidenti ilə görüş keçirilib

Azərbaycanın yaşıl enerji sektorunun inkişafı və bu sahədə ABŞ şirkətləri ilə tərəfdaşlıq müzakirə edilib

Enerji Həftəsində əsası qoyulan layihələr bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcıdır ŞƏRH

Bakı Enerji Forumu çərçivəsində bir sıra görüşlər keçirilib

Şəhid Elman Çıraqovun nəşinin qalıqları Şirvanda torpağa tapşırılıb VİDEO

Torontoda Kanada parlamentinin önündə Azərbaycan Bayrağı qaldırılıb

AFR-in müdafiə naziri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıb

Kral Çarlzın portretinin əks olunduğu əsginaslar Britaniyada dövriyyəyə buraxılıb

BƏT-in 60-dək Konvensiyasına qoşulan Azərbaycanda daha iki Konvensiyanın ratifikasiyası ilə bağlı işlərə başlanıb

Tanınmış futbolçunun komandası II Liqaya yüksəlib

Azərbaycanın “yaşıl enerji” potensialı ŞƏRH

Almaniyanın Leibniz İnstitutunun şöbə rəhbəri AQTİ-də olub

Bakı Enerji Həftəsi COP29-a böyük töhfə oldu - RƏY

Auditorlar Palatasının nümayəndə heyəti beynəlxalq tədbirlərdə iştirak edib

AQTA: Monitorinqlər zamanı 59 müəssisədə nöqsanlar aşkarlanıb

“Jerusalem Post”: Vardanyan ölkəsi ilə Azərbaycan arasında sülh prosesinin əleyhinədir

İdarə rəisi: Antiterror tədbirləri nəticəsində azad olunmuş ərazilərdə 7 avtomobil yolunun tikintisinə başlanılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Nəsimi rayonunda yararsız hala düşən işıqfor yenisi ilə əvəzlənəcək

Qazi Universitetinin professoru ADPU-da olub

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Gənclər Debat Forumunun mükafatlandırma mərasimi keçirilib

Mingəçevir şəhərində kompleks mülki müdafiə təlimi keçirilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qırğızıstan parlamentinin nümayəndə heyəti Şuşada FOTO VİDEO

Azərbaycan ilə Macarıstan arasında strateji dialoqun ikinci iclası keçirilib

Azərbaycan-Polşa strateji tərəfdaşlığına dair məsləhətləşmələr keçirilib

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa dair müzakirə aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Zirə" klubu heyətini iki yeni futbolçu ilə gücləndirib

Sərnişin və yükdaşımaları üzrə buraxılış vəsiqəsi üçün edilən müraciətlərin sayı açıqlanıb

® "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə" mövzusunda təlim keçirilib

“Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim aparılıb

DİN Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edir

“Sumqayıt”ın stadionunda əlavə təhlükəsizlik kameraları və turniketlər quraşdırılacaq

“Riyazi modelləşdirmə üsullarının geologiya elmində tətbiqi” mövzusunda mühazirə dinlənilib

Yoxsulluq, demokratiyaya hücumlar və irqçilik Aİ-də əsas hüquqları təhdid edir

Macarıstan şirkətləri ilə enerji tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib

Prezident İlham Əliyevin xarici siyasətinin uğurlarından bəhs edən broşürün təqdimatı olub

Şəkidə yaş barama tədarükünə başlanılıb

Enerji sektoru Azərbaycanın iqtisadi inkişafında həlledici rol oynayır ŞƏRH

“Bəxtiyar” növbəti dəfə Musiqili Teatrın səhnəsində

® ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf hesabatını açıqlayıb!

Ərdoğan dövlətləri ekoloji sahədə beynəlxalq əməkdaşlığa çağırıb

Qarabağ Universitetinin “SABAH” qruplarına qəbulla əlaqədar infosessiya keçirilib

“Bakı Gəmiqayırma Zavodu”nda robotlaşdırma prosesinə başlanılıb

Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində tədbirlər keçirilir

Banqladeşli gənc: Şuşadakı proqram gənclərə böyük təcrübə qazandıracaq

Bakıda TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun üçüncü iclası keçirilib YENİLƏNİB

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

Agentlik: 108 mindən çox uşaq birinci sinfə müsabiqəsiz qəbul edilib

TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun 4-cü iclası Qazaxıstanda keçiriləcək

"Sərhəd-Sipər" kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçirilir

Sədr: İstehlak krediti alarkən həyat sığortası faizlərdən əlavə hesablanacaq

“Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri” kitabının təqdimatı olub

"Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının iştirakçıları Şuşa turuna çıxıblar

Nazir müavini: “Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinə böyük ehtiyac var VİDEO

Birinci Qarabağ müharibəsinin şəhidi Şəkidə dəfn edilib VİDEO

Hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalındakı müasir silah və hərbi texnikadan istifadə qaydaları öyrədilir

Suraxanı rayonunda saxlanılan 4 narkokuryerdə 3 kiloqram heroin və marixuana aşkarlanıb

Azərbaycan-Avstriya mədəni əməkdaşlığının perspektivləri müzakirə olunub

“Masdar”: Azərbaycanda enerji sahəsində potensial həddən artıq yüksəkdir

Xızıda Mikayıl Müşfiqin doğum günü qeyd olunub

Şuşa Teatrı növbəti premyeraya hazırlaşır