Kral Çarlzın portretinin əks olunduğu əsginaslar Britaniyada dövriyyəyə buraxılıb
London, 5 iyun, AZƏRTAC
Kral Çarlzın portretinin əks olunduğu əsginaslar onun taxta keçməsindən təxminən iki il sonra Britaniyada dövriyyəyə buraxılıb.
AZƏRTAC xəbər verir ki, Kral Çarlzın şəkli İngiltərə Bankı tərəfindən buraxılan 5, 10, 20, 50 funt-sterlinqlik yeni əsginaslarda görünəcək. Mərhum Kraliça II Yelizavetanın yer aldığı mövcud əsginaslar da dövriyyəyə davam edəcək. Kral ailəsinin təlimatlarına uyğun olaraq, yeni banknotlar yalnız köhnələri əvəz etmək və ümumi tələbat artımına cavab vermək üçün çap olunacaq.
Yeni monarxın şəklindən başqa əsginasların dizaynı dəyişməz qalıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]