Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Enerji Forumu: Azərbaycanda yaşıl enerjiyə keçid prosesi uğurla həyata keçirilir

Bakı, 5 iyun, AZƏRTAC

Bu gün Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 29-cu Bakı Enerji Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olub.

Forumda iştirak etmək üçün ölkəmizə səfərə gələn BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Sloveniya ətraf mühit, iqlim və energetika nazirinin müavini Tina Sersen, Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin Enerji üzrə baş direktoru Kristina Lobillo Borrero, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel, Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera, Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji təchizatı bölməsinin rəhbəri Kristof Makqleyd və başqaları forumda çıxış edib, müzakirələrə qatılıblar.

Forumun ilk günündə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” və “Yeni texnologiyalar və rəqəmsallaşdırma” mövzularında panel müzakirələri keçirilib.

Birinci sessiyada çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Avropaya illik qaz tədarükü son 3 ildə 8,2 milyard kubmetrdən 12 milyard kubmetrə yaxın artıb.

“30 ildən sonra bizim məqsədimiz dəyişməz olaraq qalır - regionda və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini və davamlı inkişafı təmin etmək. Trans-Adriatik Boru Kəmərinin 2026-cı ilə qədər 1,2 milyard kubmetr genişləndirilməsi artıq ötürmə qabiliyyətinin daha da artırılması üzrə davam edən müzakirələrlə təsdiqlənib”, - deyə nazir vurğulayıb.

O bildirib ki, BP və “Nobel Energy” ilə Şərqi Zəngəzurda yaşıl enerji zonası çərçivəsində daha iki günəş stansiyasının təməlqoyma mərasimi nəzərdə tutulur.

“2027-ci ilə qədər enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsində biz 2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmağı planlaşdırırıq ki, bu da bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 33 faizə çatdıracaq. 240 meqavat gücündə “Şəfəq” günəş enerjisi layihəsi neft və qaz sektorunun dekarbonlaşdırılmasının “vitrin” layihəsi olacaq. “Şəfəq” layihəsinin bərpaolunan enerjisi Səngəçalda dünyanın ən böyük neft və qaz terminallarından birini elektrikləşdirəcək. Həmçinin bu ilin aprel ayında biz 100 meqavat gücündə günəş stansiyası üzrə ilk bərpaolunan hərrac elan etdik və hərracın nəticələri COP29 zamanı açıqlanacaq”, - deyə nazir əlavə edib.

Pərviz Şahbazov vurğulayıb ki, bütün bu tədbirlər Azərbaycan Prezidentinin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə uyğun atılan addımlardır.

Nazir əlavə edib ki, Xəzər dənizinin 157 GVt-lıq dəniz külək potensialından istifadə etməklə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması, ilkin mərhələdə 4 GVt yaşıl elektrik enerjisi və yaşıl qazın ixracı istiqamətində mühüm işlər görülür. O bildirib ki, bu layihə çərçivəsində tərəfdaş ölkələr - Gürcüstan, Rumıniya və Macarıstanla görüşlər keçirilib.

“Bolqarıstan da bu layihəyə maraq göstərir. Layihənin texniki-iqtisadi əsaslandırmasının ilk nəticələri bu ilin sonuna qədər gözlənilir. Biz qərargahı Buxarestdə olan birgə müəssisə yaradırıq. Bu dəhlizin Mərkəzi Asiya ilə birləşdirilməsi imkanlarını da müzakirə edirik. Bu yaxınlarda yaşıl enerjinin ötürülməsi üçün Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu imzalanıb”, - deyə nazir əlavə edib.

Nazir, həmçinin qeyd edib ki, “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin reallaşdırılması və bərpaolunan enerji mənbələrinin Azərbaycanın Naxçıvan bölgəsindən Türkiyəyə və daha sonra Avropaya ixracı üçün Türkiyə ilə əməkdaşlıq davam etdirilir: “Gördüyümüz kimi, Azərbaycan regionda yaşıl enerji əlaqələrinin genişləndirilməsi üçün körpü və yardımçı rol oynayır. Bərpaolunan enerjinin 3 dəfə artırılması ilə bağlı qlobal vədin həyata keçirilməsi regional kontekstdə vacibdir. Azərbaycan bu mərhələdə Avropanın enerji təchizatını yaşıl enerji və hidrogenlə şaxələndirə bilər”.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxışı zamanı bildirib ki, Macarıstan enerji təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək. O bildirib ki, alternativ enerji istehsalını artırmaq lazımdır.

“Azərbaycan bu sahədə böyük işlər görür və Avropaya 1 qiqavat həcmində alternativ enerji ixrac etməyi planlaşdırıb. Azərbaycanın enerji sahəsində reallaşdırdığı layihələr qlobal xarakter daşıyır. Yaxın gələcəkdə dünyada elektrik enerjisinə tələbat 2 dəfə artacaq. Azərbaycan uzaqgörən enerji strategiyası hazırlayıb və həyata keçirir. Bu strategiya daha çox yaşıl enerji istehsal etməkdən ibarətdir ki, buna da Azərbaycanın təbii və coğrafi mövqeyi imkan verir. Macarıstan yaşıl enerjiyə keçid proseslərini dəstəkləyir və bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək”, - deyə macar nazir qeyd edib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəticəsində Azərbaycanın Avropaya təbii qaz ixracının həcmi artacaq. O bildirib ki, Macarıstanın təbii qaza illik tələbatı 9-10 milyard kubmetrdir.

“Macarıstan yalnız 1,5 milyard qaz istehsal edir ki, bu da çox azdır. Ona görə də Macarıstan yaxın tərəfdaşı Azərbaycandan təbii qaz idxal edir. Azərbaycan qazının ixracının həcminin artırılması üçün Cənub Qaz Dəhlizi genişləndirilib və yeni interkonnektorlar istismara verilib. Lakin bu proses davam etməlidir. Azərbaycan Avropaya yaşıl enerji də ixrac etmək niyyətindədir. Macarıstan Azərbaycanın qlobal xarakter daşıyan layihələrini dəstəkləyəcək”, - deyə macar nazir vurğulayıb.

Macar nazir nəzərə çatdırıb ki, Rusiya ilə Ukrayna arasında davam edən hərbi münaqişə Avropada enerji böhranı yaradıb: “Avropa dövlətləri enerji təhlükəsizliyini təmin etmək, qaz idxalını şaxələndirmək istəyirlər və Azərbaycan təbii qazına ehtiyac yaranıb. Bunun üçün Trans-Adriatik Boru Kəmərinin (TAP) genişlənməsinə sərmayə yatırmalıdırlar”.

Sloveniyanın ətraf mühit, iqlim və energetika nazirinin müavini Tina Sersen çıxışında bildirib ki, Sloveniya Rusiya qazından asılıdır.

“Məqsəd yeni enerji mənbələri tapmaqdır. Azərbaycanla bu sahədə əlaqələri daha da gücləndirə bilərik. Enerji siyasətindən danışanda bizi burada birləşdirən müştərək cəhətlər var. Hər iki ölkənin böyük potensialı var. Biz yaşıl enerji sahəsində təcrübə mübadiləsi edə bilərik”, - deyə nazir müavini qeyd edib.

O vurğulayıb ki, Sloveniya ölkəsi Azərbaycanın COP29-a sədrliyini yüksək təqdir edir: “Bu konfransda sizə dəstək olacağıq və bu konfransa öz töhfəmizi verəcəyik”.

Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin Enerji üzrə baş direktoru Kristina Lobillo Borrero öz növbəsində qeyd edib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) üçün çox etibarlı partnyordur. Təkcə qaz yox, həmçinin enerji keçidi üzrə də paralel işlər aparılır.

“Biz Azərbaycan və Əlcəzairdən borular vasitəsilə qaz idxalını artırmışıq. Yeni qaz resursları əldə etmək üçün növbəti addımlar atmalı və daxili infrastrukturu genişləndirməliyik. Beləliklə, Rusiya qazından asılılığımızı aradan qaldırmağı hədəfləyirik. Məqsədimiz Ukraynada olan böhrana cavab reaksiyamızı göstərməkdir”, - deyə o qeyd edib.

Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel bildirib ki, geosiyasi məqamların mövcudluğu iqtisadiyyata təsir edir.

“Neft sənayesinin paytaxtı olan Bakıya qayıtdığıma görə böyük qürur hissi duyuram. Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir. Həmçinin Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) üzvü olmağından çox məmnunuq. Enerji keçidinin iqtisadi baxımdan məmnunedici olması üçün əməkdaşlıq vacibdir. Təbii qaza olan tələbat 2050-ci ildə 30 faiz artacaq, süni intellektə olan tələbat da artacaq. Bu sahəyə 9 trilyon dollar investisiya lazımdır. Texnologiya burada vacib rol oynayır. Azərbaycanı COP29-a ev sahibliyi etdiyi üçün təbrik edir və uğurlar arzulayıram. Əminəm ki, bu konfransda veriləcək qərarlar böyük addımlar atmağa şərait yaradacaq”, - deyə GECF-in baş katibi vurğulayıb.

Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera diqqətə çatdırıb ki, dünya ölkələrinin 68 faizi neft və qaz idxal edir. Enerjiyə olan tələbatı ödəmək üçün istehsal artır ki, bu da yaşıl enerjiyə keçidi ləngidir. Lakin Azərbaycan Prezidentinin həyata keçirməyə çalışdığı layihələr bu keçidin təmin olunması istiqamətində atılan böyük addımdır.

O bildirib ki, Azərbaycan COP29-un keçirilməsi üçün öhdəlik götürüb və bu işin öhdəsindən məharətlə gələcək. Baş direktor əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycanın coğrafi imkanlarını çox düzgün qiymətləndirib.

“Prezidentin neftdən gələn gəlirləri alternativ enerji istehsalına yönəltməsi olduqca mütərəqqi haldır. Bu qlobal çağırışlara cavabdır. Günəş, külək, su elektrik stansiyalarının istifadəyə verilməsi atmosferə atılan karbon qazının həcmini azaldacaq. Azərbaycanın alternativ enerji mənbələrindən əldə edəcək 4 qiqavat elektrik enerjisini ixrac etməyi planlaşdırıb ki, bu da əhəmiyyətli məsələdir. Azərbaycan yaşıl enerjiyə keçid prosesini uğurla həyata keçirir”, - deyə IRENA-nın baş direktoru vurğulayıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji təchizatı bölməsinin rəhbəri Kristof Makqleyd “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən plenar iclasda qeyd edib ki, Azərbaycanla metan qazı ilə bağlı xüsusi bəyannamələr imzalanacaq. O bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində IEA Azərbaycanla metan emissiyasının azaldılması istiqamətində tədbirlər həyata keçirəcək. K.Makqleyd qeyd edib ki, digər əməkdaşlıq istiqaməti isə investisiyaların aşağı emissiya yönümlü olması, yeni texnologiyaların tətbiqi ilə bağlı investisiya proseslərinin gücləndirilməsinə dair olacaq.

Energetika nazirinin müavini Kamal Abbasov “Liderlərin çıxışları: Enerji təhlükəsizliyi 2.0” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib ki, ötən il Azərbaycanda neft hasilatı 30 milyon ton olub ki, bunun da 25 milyon tonu ixrac olunub. Bu il Azərbaycanda neft hasilatı 30 milyon ton ətrafında olacaq.

“Azərbaycan 2007-ci ildən təbii qaz ixracatçısıdır. Cari ildə Azərbaycanda təbii qaz hasilatı 48 milyard kubmetr təşkil edəcək və bu, ötən ilin göstəricilərinə uyğundur. Ötən il ixrac olunan qazın 12 milyard kubmetri Avropaya, 9,5 milyard kubmetri isə Türkiyəyə nəql edilib. Bu il həm də “Azəri-Mərkəzi-Şərq” platformasından yeni hasilata başlayacağıq. Gün ərzində hasilat 1000 barel olacaq”, - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, Mərkəzi Asiya ölkələrinə yaşıl enerji sahəsində 4 qiqavat elektrik enerjisi ixracı nəzərdə tutulur: “Texniki işlərə bu il başlanılacaq. Dünya hazırda enerji təhlükəsizliyi ilə bağlı böyük təhlükələrlə üzləşməkdədir. Yeni texnologiyalardan istifadə etməklə emissiyaları azaltmaq mümkündür. Azərbaycan hazırda Avropanı qazla təmin edir. Bu da Cənub Qaz Dəhlizi vasitəsilədir. Azərbaycanın enerji sahəsində çoxsaylı sazişlərin imzalaması dayanıqlı enerjini təmin edir”, - deyə Kamil Abbasov əlavə edib.

“Acwa Power” şirkətinin sədr müavini və idarəedici direktoru Raad al Saady çıxışında qeyd edib ki, Azərbaycanda enerjiyə keçid uğurla həyata keçirilir, region və regiondan kənar hüdudlarda böyük işlər görülür: “Bu fəaliyyətinə görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm”.

O, həmçinin Azərbaycanı COP29-a sədrlik etməsinə görə təbrik edib və bildirib ki, Azərbaycanda enerjiyə keçidlə bağlı müsbət baxış var.

“Acwa Power” şirkətinin 15 milyard dollar məbləğində böyük layihələri var. İnanırıq ki, Azərbaycan bizim üçün növbəti cəbhədir. Azərbaycan dünya üçün uzun müddətdir ki, etibarlı enerji təchizatçısına çevrilib”, - deyə Raad al Saady bildirib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz diqqətə çatdırıb ki, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 30 il müddətində Azərbaycan böyük inkişaf yolu keçib və neft ixracından daxil olan vəsait bu gün yaşıl enerjiyə keçid üçün də istifadə olunur. Dünyada neft və qazdan asılılıq hələ uzun illər boyu davam edəcək, lakin bu, yaşıl enerji istehsalını artırmamaq üçün əsas vermir. O bildirib ki, 30 il əvvəl Azərbaycana yatırılan sərmayə bu gün öz müsbət nəticələrini verir.

“Ölkə iqtisadiyyatı inkişaf edir və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. TANAP, TAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri bu gün Azərbaycana böyük gəlirlər gətirir və ölkə gündən-günə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün enerji strategiyası müəyyən edib. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın gələcəyi üçün də mühüm əhəmiyyət daşıyır”, - deyə Qəri Counz vurğulayıb.

Regional prezident nəzərə çatdırıb ki, BP Cəbrayıl və Naxçıvanda günəş elektrik enerjisini istehsal etmək üçün 200 milyon dollar sərmayə yatıracaq: “İstehsal olunan enerji daxili tələbatla yanaşı ixraca da yönəldiləcək. Hökumətlər və şirkətlər birgə addımlar atsalar yaşıl enerji ilə bağlı həyata keçirilən bütün layihələr uğurla yekunlaşar”.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında vurğulayıb ki, SOCAR etibarlı partnyor olub və buna davam edir: “Əsas hədəflərimizdən biri ölkəmiz, qonşularımız və digər ölkələr üçün etibarlı enerji təchizatçısı rolunu oynamaqdır”.

O vurğulayıb ki, SOCAR tərəfdaşları ilə sıx əməkdaşlıq edir.

“Biz tərəfdaşlarımızla müzakirə aparmağa davam edirik və bütün tərəfdaşlar yeni layihələrin həyata keçirilməsinə böyük maraq göstərirlər. SOCAR neft-qaz şirkəti kimi yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir. Onu da bildirim ki, qeyri-ənənəvi enerji üçün quruda və dənizdə böyük potensial mövcuddur. Tərəfdaşlarla birlikdə bunun üzərində işləyirik”, - deyə Rövşən Nəcəf vurğulayıb.

O qeyd edib ki, SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfra endirilməsinə nail olunmasını qarşıya hədəf qoyub: “Biz bu hədəfə doğru gedirik. Bunu həyata keçirmək bizim qarşımızda duran öhdəliklərdən biridir. Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) şirkəti ilə metanın azalması ilə bağlı layihələri var”.

“Saudi Aramco” şirkətinin baş vitse-prezidenti Fahad K.Al Dhubaib qeyd edib ki, Bakı Enerji Forumu enerji təhlükəsizliyindən danışmaq üçün gözəl fürsətlər yaradır. O bildirib ki, enerji təhlükəsizliyi çox vaxt geosiyasətlə bağlı olur.

“Saudi Aramco” olaraq üzərimizə böyük məsuliyyət götürmüşük. Əsas hədəfimiz enerji təhlükəsizliyini təmin etməkdir. Sərmayələr və əlavə ehtiyatlar qlobal iqtisadiyyatda enerji tələbatı ilə bağlı işimizi davam etdirə bilməyimizə imkan yaradır. Biz birlikdə işləməliyik və ənənəvi enerji ilə bərpaolunan enerji üzrə işləri paralel aparmalıyıq. Bu iki sistemin paralel işləməsi keçid üçün çox vacibdir. Tələbatın başa düşülməməsi, investisiyanın düzgün yatırılmaması ilə nəticələnə bilər ki, bu, həm ənənəvi, həm də bərpaolunan enerji sahəsinə aiddir”, - deyə o, diqqətə çatdırıb.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib ki, sənaye müəssisələrinin ənənəvi enerjidən bərpaolunan enerjiyə keçməsi çox vacibdir.

“Biz SOCAR olaraq ölkənin dekarbonizasiya təşəbbüsündə böyük rola malikik. Əminəm ki, tərəfdaşlarımızla birlikdə 2050-ci ilə qədər karbon emissiyasının sıfra endirilməsi hədəfinə çatacağıq. Tərəfdaşlarımızla birlikdə bərpaolunan enerjiyə keçidə hazırlaşırıq və təchizatçısı kimi davam etmək istəyirik. Biz ciddi sınaqlarla üzləşirik və bu, təkcə Azərbaycanda deyil, bütün dünyada göz qabağındadır. Bərpaolunan enerji mənbələrinin tətbiqini sürətləndirmək üçün əsas problemlərdən biri elektrik şəbəkəsinin məhdudiyyətləridir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu problem ABŞ, Böyük Britaniya, Avropa İttifaqında da özünü göstərir: “Bu problemi həll etmək üçün bir neçə yanaşma var. Birincisi, enerji saxlama sistemlərinin quraşdırılmasıdır. Hələlik bu, kifayət qədər baha başa gəlir. Lakin ümid edirik ki, texnologiyanın inkişafı ilə xərcləri əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq. Həmçinin bərpaolunan enerji layihələrini həyata keçirməkdə maliyyələşdirmənin yüksək xərcləri də çətinliklərdən biridir. Ümidvaram ki, yaxın gələcəkdə daha çox maliyyə cəlb etmiş olacağıq”.

“Acwa Power” şirkətinin EVP - regional direktoru Abid Malik diqqətə çatdırıb ki, “Acwa Power” Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq. O bildirib ki, investisiya əsasən bərpaolunan enerji sahəsinə yatırılacaq.

“Acwa Power” olaraq Azərbaycanda bir müddətdir ki, fəaliyyət göstəririk. Bərpaolunan enerji ilə bağlı burada perspektiv çoxdur. Belə ki, siyasi baxımdan stabil region olmaqla yanaşı, tranzit yollar və dəhliz üstünlüklərini nəzərə alsaq Azərbaycan çox əlverişlidir və bizim üçün hədəf ölkədir. Eyni zamanda, biz SOCAR-la da əməkdaşlıq edirik. Bizim planlarımızdan biri Azərbaycan ilə əməkdaşlıq edərək yaşıl enerjini inkişaf etdirməkdir. Burada tamamlanacaq mərhələlər çoxdur”, - deyə Abid Malik diqqətə çatdırıb.

“Masdar” şirkətinin Asiya və Afrika regionlarında inkişaf və sərmayələr üzrə direktoru Abdulla Zayed bildirib ki, Azərbaycanda enerji sahəsində potensial həddən artıq yüksəkdir və bununla bağlı ölkədə görüləcək işlər var.

“Azərbaycanda uzun müddətdir fəaliyyət göstəririk. Burada layihələrin inkişaf etdirilməsində maraqlıyıq”, - deyə o qeyd edib.

“Davamlı Enerji: Xəzər regionunun yaşıl enerji potensialı” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı energetika nazirinin müavini Orxan Zeynalov bildirib ki, Azərbaycanda alternativ enerji mənbələrindən əldə edilən yaşıl enerjinin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi ilə Avropaya nəql edilməsi üçün zəruri şərait və komponentlər mövcuddur.

“Tranzit imkanlarını da nəzərə alsaq dəhlizin böyük potensiala malik olduğunu görərik. Külək elektrik enerjisini Avropaya çatdıracaq bu dəhlizin həyata keçməsi üçün Azərbaycanın yüksək bərpaolunan enerji potensialı var. Bu gün “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsinə böyük ehtiyac var və gələcəkdə bu ehtiyac daha da artacaq. Bu dəhliz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq”, - deyə nazir müavini vurğulayıb.

O.Zeynalov bildirib ki, hazırda Mərkəzi Asiya ölkələrinin də böyük külək və günəş enerjisi potensialı var: “Bu regiondakı dövlətlər də istehsal etdikləri yaşıl enerjini “Xəzər-Qara dəniz-Avropa” dəhlizi ilə ixrac edə bilərlər. Bu istiqamətdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında danışıqlar aparılır. Bütün bunları nəzərə alaraq, yaşıl dəhlizin böyük əhəmiyyət kəsb etdiyini söyləyə bilərik”.

Sonra digər çıxışçılar Azərbaycanda karbohidrogen kəşfiyyatı və hasilatını artırmaq üçün yeni texnoloji həllərin öyrənilməsi, süni intellekt, böyük həcmli məlumatlar, bulud hesablama və blokçeyn, enerji sektorunda müasir texnoloji həllərin tətbiqi üçün iqtisadi modellər kimi mövzular ətrafında fikirlərini bölüşüblər.

Sessiya və panel müzakirələrdə qeyd olunub ki, Bakı Enerji Forumu özünü səmərəli əməkdaşlıq üçün etibarlı platforma kimi təsdiqləyib.

Forumda, həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçirilir. Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradır.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Forum iyunun 6-da öz işini davam etdirəcək. Forumun 2-ci günündə “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” və “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi” mövzularında panel müzakirələri keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO