Qazaxıstan Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini bildirir
Bakı, 5 iyun, AZƏRTAC
Astana Qərbin Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməsə də, onlara əməl edəcək.
AZƏRTAC Kazinform agentliyinə xəbər verir ki, bu fikri Qazaxıstan Baş nazirin müavini Serik Jumanqarin səsləndirib.
“Bu, həqiqətən də bizi çox incidir, bu səbəbdən bir çox logistika və ticarət zəncirləri qırılır. Biz koalisiyanın üzvü deyilik, birtərəfli sanksiyalar siyasətini dəstəkləmirik, lakin bu, iqtisadi baxımdan bizim üçün faydalıdır”, - deyə Jumanqarin bildirib.
Onun sözlərinə görə, Qazaxıstan kiçik iqtisadiyyata malikdir və sanksiya təzyiqinə tab gətirməyəcək.
Baş nazirin müavini əlavə edib ki, Qazaxıstan ABŞ və Avropa İttifaqı ilə daim dialoq aparır və sanksiyalara məruz qalmamaq üçün qabaqlayıcı tədbirlər görməyə çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]