Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qalib xalqın qalib lideri

Qalib xalqın qalib lideri

Mingəçevir, 24 dekabr, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna və dövlətçilik ideyalarına sadiq olan Prezident İlham Əliyev son 17 ildə ölkəmizi yeni keyfiyyət mərhələsinə və davamlı yüksəliş xəttinə çıxarıb. Milli maraqları hər şeydən üstün tutan İlham Əliyev qısa zaman ərzində doğma Azərbaycanımızı regionun lider dövlətinə çevirməklə respublikamızın qlobal arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı bacarıb.

Bu sözləri AZƏRTAC-a Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov söyləyib.

Rektor bildirib ki, müasir dövrün dünya liderləri arasında özünəməxsus mövqeyi olan İlham Əliyevin siyasi, iqtisadi, diplomatik, qlobal və digər sahələri əhatə edən genişmiqyaslı nailiyyətləri və Azərbaycan adına bağlı fundamental uğurları barədə çox danışmaq olar. Lakin fikrimizcə, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə öz tarixi əhəmiyyətinə və siyasi çəkisinə görə bütün digər nailiyyətlərdən ciddi şəkildə fərqlənir.

Xain və azğınlaşmış düşmənin bu il sentyabrın 27-dən başlayan növbəti təxribatına İlham Əliyevin Ali Baş Komandanlığı altında layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri əsl rəşadət nümayiş etdirdi. Birmənalı olaraq, məhz Prezidentin güclü siyasi iradəsi, böyük uzaqgörənliyi, tükənməz qətiyyəti və yüksək sərkərdəlik məharəti sayəsində Vətən müharibəsində qalib gəldik.

Şahin Bayramov qeyd edib ki, müasir tariximizin şanlı səhifələrini yazan dövlətimizin başçısı xalqımızın 30 illik həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və özgə torpaqlarına göz dikən düşmənə layiq olduğu zərbəni endirdi. Bununla da, tarixi zəfərin memarı olan İlham Əliyev öz adını Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına Qalib Xalqın Qalib Lideri olaraq əbədi yazdı.

“Əminliklə söyləmək olar ki, bu il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən və Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı Azərbaycan xalqının qüdrətini, Azərbaycan Silahlı Qüvvələrinin gücünü, Azərbaycan-Türkiyə qardaşlığının dönməzliyini və İlham Əliyev şəxsiyyətinin böyüklüyünü bütün dünyaya bir daha nümayiş etdirdi.

Şuşanın düşmən işğalından azad olunduğu 8 noyabr tarixini Azərbaycan tarixinə Zəfər Günü kimi həkk edən dövlətimizin başçısı dünyanın bir çox mötəbər tədbirlərinin tribunalarında çox böyük qürurla səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarını həm döyüş meydanında, həm də diplomatik danışıqlar müstəvisində əldə etdiyi şanlı qələbələrlə bir daha təsdiqlədi. Bununla da, Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” ifadəsini bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik çağırışına çevirmiş oldu”, - deyə Mingəçevir Universitetinin rektoru bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Con Paterson: Dağıdılmış şəhərlərin yenidən bərpasını görmək heyrətamizdir

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılıb

İşğaldan azad edilmiş ərazilər üçün Karbon Neytrallığı Konsepsiyasının layihəsi hazırlanıb

Maksim Tatarintsev: MONO sərgisi insanın süni intellektlə qarşılıqlı fəaliyyətini tədqiq edir

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına bir milyon ABŞ dolları məbləğində vəsait ayırıb

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Nazir: Biz bütün ölkədə yaşıllıqların artırılmasını hədəfləmişik

“Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Avropa Liqası: “Qarabağ”ın İsveçə səfər planı bəlli olub

Muxtar Babayev: 2050-ci ilə qədər dünya əhalisinin 67 faizi şəhərlərdə yaşayacaq

Nazir: Ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet vəzifələrindəndir

Son vaxtlar ürək xəstəlikləri atipik formada keçir

Qarabağda tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə başlanılıb

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub YENİLƏNİB

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib YENİLƏNİB

Yapon alimləri buludlarda təhlükəli mikroplastik aşkarlayıblar

Xüsusi nümayəndə: Bu il Şuşada 17 binadan ibarət yaşayış kompleksinin tikintisinə başlanılacaq

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə elektrik enerjisi real vaxt rejimində istehlakçıya çatdırılacaq

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti beynəlxalq festivalın mükafatına layiq görülüb

“Sabah” Avropa Kubokunun oyunları üçün Şimali Makedoniyaya yollanıb

Azərbaycanla Rusiya arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Tibb Universiteti ilə birgə tədqiqatlar aparılır

Azərbaycan Premyer Liqası: “Neftçi” “Turan Tovuz”un, “Sabah” “Səbail”in qonağı olacaq

Kibermüharibə yarışının II mərhələsinin qalibləri məlum olub

Türkiyənin Misirdəki diplomatı səfirlikdə keçirilən konsertdə Azərbaycan mahnısı ifa edib

Müşavir: Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir

Paytaxtda növbəti daxili iməcilik keçirilib

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Milli Qəhrəmanın döyüş yoldaşı: Riad döyüş zamanı yaralansa da, bunu büruzə vermirdi

Ali məktəb dekan və kafedra müdirləri vəzifələrini vakansiyaya çıxarıb

Tələbələr “Code For Future” təhsil layihəsi barədə məlumatlandırılıb

Cəbrayıl yaşayış kompleksində 1-4 otaqlı olmaqla ümumilikdə 712 mənzil olacaq

FHN Bakı və Sumqayıtda qanunsuz tikintilərin qarşısını alıb VİDEO

XİN: Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən öz məkrli siyasi gündəliyi üçün sui-istifadə edir

Riad Əhmədovun bacısı: Qardaşım kimi vətənpərvərlərin həyat və döyüş yolları gənclərə örnəkdir

Alimlər: Kainatda həyat əlamətlərinin tapılması zaman məsələsidir

Lerikdə maarifləndirici görüş: Narkomaniyaya yox deyək

DTX-nin rəis müavini: Riad Əhmədovun tapılması istiqamətində müxtəlif vaxtlarda Ermənistanın rəhbərliyi ilə danışıqlar olub

UNEC-in qalib olduğu qrant layihəsinin təqdimatı keçirilib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salınıb

Cəbrayılda inşa ediləcək inzibati binaların fasadında müasirlik və millilik ahəngi yer alacaq

Abşeronda bıçaqlanma hadisəsi baş verib, bir nəfər ölüb

II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü Bakıda keçirilir

Milli Dram Teatrında “Dantenin yubileyi”nin məşqləri davam edir

Aydın Kərimov: Şuşada çoxmərtəbəli binaların tikintisi nəzərdə tutulmayıb

Hərbi institutun orkestr heyəti Bursada keçirilən beynəlxalq festivalda iştirak edir

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə vida mərasimi keçirilib - YENİLƏNİB

Dövlət orqanlarında vakant vəzifələri tutmaq üçün müsahibələrdə 469 nəfər uğur qazanıb

FHN: Ötən sutka ərzində dördü azyaşlı olmaqla 10 nəfər xilas edilib

BDU-nun Meksikada çalışan tanınmış məzunu Fizika fakültəsində seminar keçirib

DYP Bakıda keçiriləcək beynəlxalq tədbirlə bağlı paytaxt sakinləri və sürücülərə müraciət edib VİDEO

Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi ilə bağlı pilot layihənin ikinci fazasına başlanılıb

Nazir müavini idman idarələrinin rəisləri ilə görüşüb

Məktəblərdə öyrənmə mühitinin təşkilinə dair yeni metodik vəsait

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri beynəlxalq müsabiqədə iştirak ediblər

Yeni toplanmış materiallar əsasında “Qərbi Azərbaycan folklor örnəkləri” toplusu çapa hazırlanır

Milli Dram Teatrı “Sənsiz” tamaşasının premyerasına hazırlaşır

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya qurğularının videogörüntüləri VİDEO

BDU-nun Tələbə Gənclər Təşkilatının “Price” Xarici Dillər Klubu təlimlərə başlayıb

Azərbaycan COP 28-də ölkə pavilyonu ilə iştirak edəcək

Beyləqanda avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edilib

Lənkəranda mal-qara oğurluğu edən şəxslər saxlanılıb

Pakistanda məsciddə baş verən partlayışda 5 nəfər ölüb, 10 nəfər yaralanıb

Avstriyanın Baden şəhərində Azərbaycan cazı səsləndirilib

MN: Qarabağ bölgəsində döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir VİDEO

Avrokomissiya, İtaliya və Fransa liderləri “köhnə qitə”də dərinləşən miqrasiya problemini müzakirə ediblər

Afrika ölkəsində keçirilən gözəllik müsabiqəsində ağdərili qadın qalib gəlib

Azərbaycanda aqrar-sənaye məhsullarının yaratdığı dəyər 32 faizdən çox artıb

Moldovada Aİ-yə üzvlük planı ictimai müzakirəyə çıxarılıb

Zimbabvedə mədən çöküb, azı 6 nəfər ölüb

BMT Baş Assambleyasının sədri Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb

Blinken Serbiya-Kosovo gərginliyinin azaldılmasının vacibliyini vurğulayıb

Ukrayna elektrik infrastrukturunun yenidən qurulması üçün 1 milyard dollardan çox vəsait toplayıb

Bu il Aralıq dənizi ilə Avropaya keçməyə cəhd edərkən 2500-dən çox insan ölüb

Aviabiletləri nə vaxt almaq sərfəlidir?

İsveçrə Aİ-nin İrana qarşı yeni sanksiyalarına qoşulub

Somalidə terrorçu-kamikadzenin hücumu nəticəsində 7 nəfər ölüb

“Çelsi” Osimxenə görə 170 milyon avro ödəməyə hazırdır

NATO Kosovodakı şəxsi heyətinin sayını artırır

“Azərkosmos” səkkiz ayda 12,7 milyon dollar dəyərində xidmət ixrac edib

Gələn il Gürcüstanın dövlət büdcəsi 27 milyard 800 milyon lari olacaq

ABŞ kimyəvi silahların məhv edilməsinə 50 milyard dollardan çox vəsait xərcləyib

MDB platformasında psixiatrik və narkoloji yardımın göstərilməsinin mükəmmələşdirilməsi məsələləri müzakirə olunub

Səkkiz ayda qeyri-neft məhsulları arasında ən çox elektrik enerjisi ixrac olunub

Oktyabrda Bakıda növbəti “Baku Fintech Forum 2023” keçiriləcək

Rotterdamda atışmada 3 nəfər ölüb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tərəfdaşların növbəti iclası keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zaqatalada vətəndaşlarla görüşəcək

MDU və ADU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Mingəçevirdə qətl törədilib

Sumqayıtda yaşayış binasında partlayış olub, 2 nəfər xəsarət alıb

İkili standartlar müasir dünya reallıqlarının acı təcəssümüdür

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Balakəndə Ulu Öndərə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt" komandasını darmadağın edib

“Üç dəniz əfsanəsi” filminin təqdimat mərasimi olub

Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri VİDEO

Türkiyə və Gürcüstanın parlament sədrləri regiondakı vəziyyəti müzakirə ediblər

“Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi uğurla başa çatıb

Cəsarət Əhmədov: Gənc idmançıların vətənpərvər ruhda böyümələri federasiya rəhbərlərinin qarşısında əsas vəzifə kimi qoyulmalıdır