Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Zəngilan, 30 may, AZƏRTAC

Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi, xüsusilə işğaldan azad edilmiş torpaqların zəngin aqrar potensialının hərəkətə gətirilməsi qeyri-neft sektorunun inkişafında yeni mərhələnin əsasını qoyur. Bu kontekstdə, ən müasir texnologiyalara əsaslanan intensiv bağçılıq ölkənin aqrar siyasətinin əsas prioritetlərindən birinə çevrilməkdədir.

Prezident İlham Əliyev mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə intensiv bağçılığın əhəmiyyətini vurğulayarkən, bir vaxtlar düşmən tapdağı altında qalan, bu gün isə yenidən dirçələn Şərqi Zəngəzur torpağında – Zəngilanın “ağıllı kənd”i olan Ağalı yaxınlığında salınan meyvə bağını buna nümunə göstərdi. Dövlətimizin başçısı bu yaxınlarda Zəngilana səfəri zamanı həmin bağlardan artıq xarici bazarlara məhsul ixrac olunduğu barədə məlumat verildiyini diqqətə çatdırdı.

İntensiv bağçılıq – minimum su sərfi, maksimum məhsuldarlıq və dünya standartlarına uyğun yüksək keyfiyyət deməkdir. Məhz bu müsbət dinamika dövlətimizin aqrar sahədəki strateji xəttini müəyyən edir. Qarşıda isə ölkə üzrə daha 20 min hektar sahədə müasir intensiv bağların qurulması kimi böyük və iddialı bir hədəf var ki, bu da regional inkişafa və məşğulluğa misilsiz töhfə verəcək.

AZƏRTAC-ın bölgə müxbirinin Ağalıda salınan həmin intensiv bağdan hazırladığı reportajı təqdim edirik.

Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonu Ağalı kəndinin münbit torpaqlarında salınan intensiv meyvə bağının məhsulu elə kənd ərazisindən keçən Həkəri çayının suyundan bəhrələnir. Əlverişli hava şəraiti isə ağacların inkişafında mühüm rol oynayır. Ümumi sahəsi 100 hektar olan bağ 2022-ci ildə salınıb və hazırda orada 66 min meyvə ağacı var. Onlardan 26 min 400-ü ərik, 39 min 600-ü isə şaftalı ağacıdır. İntensiv texnologiyalar əsasında salınan bağda damlama suvarma sistemi qurulub. Bunun üçün Həkəri çayından götürülən su bağın ərazisində olan gölə vurulur. Buradan isə sistem vasitəsilə ağaclara ötürülür. Bağın layihə rəhbəri Ravik Müslümov deyir ki, müasir suvarma sisteminin tətbiqi suya qənaət etməklə yanaşı, həm də məhsuldarlığa müsbət təsir göstərir: “Ötən il bağda ilk məhsul ilimiz oldu. 72 ton ərik, 118 ton isə şaftalı toplanıldı. Məhsulun əsas hissəsi xarici bazarlara ixrac edildi. Bu il isə daha çox məhsul əldə etmişik. Bu mövsüm üzrə də 40 hektarlıq ərik sahəsində yığım bitib və 140 ton məhsul yığılıb, ixrac olunub. Yaxın günlərdə isə 60 hektarlıq şaftalı sahəsində yığım başlayacaq. Hazırda bağda ot-alaqdan təmizləmə işləri görülür. Bağın salınması həm də ərazidə əlavə iş yerlərinin açılması deməkdir. Bu təsərrüfatda daimi 20 nəfər çalışır. Mövsümlə əlaqəli isə 100-dən çox işçi bağda işləyir".

Bağda çalışan işçilər isə əsasən Ağalı və Məmmədbəyli kəndinin sakinləridir. Uzun illər torpaq həsrəti ilə yaşayan sakinlər bu torpaqların dirçəlməyində əmək sahibi olduqları üçün qürur duyduqlarını deyirlər.

Nəsir Zeynalov Ağalıya, doğma yurda 64 yaşında qayıdıb, buna baxmayaraq özünü gümrah və gənc hiss edir.

"Bizim torpaqlarımız hər zaman münbitliyi, bərəkəti ilə seçilib. Həm də bolsulu çaylarımız, gözəl havası olan Zəngilanımızın torpağında həmişə bol məhsul əldə etmişik. Uzun illər torpaqlarımızın həsrətini çəkmişik. Şükür bu günümüzə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Qəhrəman oğullarımız bu torpaqlar uğrunda canını fəda etdi. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlığı arzu edirəm ki, onların sayəsində el-obamıza qayıtdıq. Ağalıda bizim üçün gözəl şərait yaradılıb, müasir evlər inşa edilib, kəndimizin yaxınlığında yerləşən bu bağda isə çalışıram. Nə xoş bizlərə ki, Zəngilanın dirçəlməsində əməyimiz var. 4 aydır burada çalışıram. Bura mənim üçün təkcə iş yeri deyil, həm də sevərək can atdığım bir məkandır. Burada işləmək, çalışmaq, qurub-yaratmaq biz sakinlər üçün qürurvericidir", - deyə Nəsir Zeynalov bildirib.

Zeynəb Həsənova Zəngilan rayonu Məmmədbəyli kəndində doğulub boya-başa çatıb. Ömrümün 25 ilini burada yaşayıb. İşğal zamanı isə öz doğma torpağından məcburi köçkün düşüb.

"İşğal vaxtı kəndimiz, evimiz dağıdıldı. Qaçqınlıq çox çətin idi, Vətən həsrəti bizə ağır gəlirdi. Lakin ümidlə yaşadıq, öz doğma yerimizə qayıdacağımız günü səbirsizliklə gözlədik. Şükür bu günlərə, doğma kəndimizdəyik. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onların canlarını fəda edərək azad etdiyi torpaqlarda yaşamaq, çalışmaq bizlər üçün şərəfdir. 60 yaşımda qayıtmışam. Dövlətimiz bizi burada, gözəl şəraiti olan kənddə evlə təmin edib. Gəldiyimdə isə burada bir bağın olduğunu bildim və çalışmaq, torpaqlarımızın canlanmasında mənim də rolumun olmağını istədim. Doğma torpaqda çalışmağın özü bir qürurdur.

Bizim artıq “məcburi köçkün” deyə bir adımız yoxdur. Öz elimizdə, obamızda, qəhrəman oğullarımızın canı-qanı bahasına azad edilən bu müqəddəs torpaqda yaşamaq, işləmək bizlər üçün şərəflidir. Bura qayıdan gündən özümü sanki yenidən dünyaya gəlmiş kimi hiss edirəm. Zəngilan hər zaman münbit torpaqları ilə seçilib. Bura köçəndən sonra həyətimizdə hər bitkidən əkmişəm. Hamısı da bar-bəhrəlidir. Çünki Zəngilanın torpağı, havası, suyu çox münbitdir. Bizim rayonun zoğal, çinar meşələri olub. Turş sularımız, bulaqlarımız olub. İndi həmin təbii sərvətlərimiz yenidən canlanır. Bu meyvə bağı da artıq bol məhsulu ilə seçilir. Bu nemətləri bizə yenidən bəxş edən şəhidlərimizdir. Buralarda gəzəndə hər atdığım addımda düşünürəm ki, bəlkə də bu yerdə hansısa qəhrəman oğlumuz şəhid olub və buna görə bu yerlərin hər qarışı bizlər üçün müqəddəsdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz tarix yazdı və biz artıq doğma elimizdəyik. Bundan böyük nə xoşbəxtlik ola bilər ki?", - deyə Zeynəb Həsənova vurğulayıb.

İlqar Dünyamalıyev də bağın işçilərindəndir. Deyir ki, ötən ildən başlayaraq bağda məhsul bol olub və burada zəhməti olduğu üçün qürur duyur: "Bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm. Torpaqlarımız işğal olunan zaman məcburi köçkün düşdük. 30 il Vətən həsrəti ilə yaşasaq da, bura qayıdacağımız günü ümidlə gözlədik. Allah şəhidlərimizə rəhmət etsin, dövlətimiz var olsun. Öz doğma kəndimizə qayıtmışıq. Bizim üçün yeni evlər inşa olunub və tam müasir, hər bir şəraiti olan Ağalı kəndində yaşayırıq. İş yerim isə elə bu meyvə bağıdır. Kəndimizə də çox yaxındır. Burada çalışmağın özü bir qürurdur. İşimiz səhər saat 8-də başlayır. Günəş yeni şəfəq saçanda biz bağa gəlirik. Ağalının hər fəsli gözəldir. Yaz bolluq-bərəkət fəslidir. Nə əkilsə, bol məhsul verir. Neçə illər yurd həsrəti ilə yaşamışıq, bizlər artıq bu həsrəti bitirmişik. Bu günləri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Ordumuza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Qəhrəman oğullarımız öz canlarını fəda edərək torpaqlarımızı azad edib və buna görə də bu torpaqlarda yaşamaq, çalışmaq bizlər üçün qürurdur"

Beləliklə, bir vaxtlar işğalın izlərini daşıyan torpaqlarda bu gün bol məhsul yetişdirilir. Ağalıdan xarici bazarlara göndərilən hər məhsul Şərqi Zəngəzurun dirçəlişinin və Böyük Qayıdışın növbəti uğur göstəricisinə çevrilir. Ağalı kəndində yaradılan intensiv bağ da buna bariz nümunədir. Burada yetişdirilən məhsullar əsasən ixrac potensialının artırılmasına xidmət edir. Müasir texnologiyaların tətbiq olunduğu bağda işlər davam edir.

Müxbir-Aydın Yavərzadə

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib