“Qızıl Pəri” peşə müsabiqəsinə əsərlərin qəbulu başlayır
Bakı, 16 iyul, AZƏRTAC
Bu gündən “Qızıl Pəri” peşə müsabiqəsinə əsərlərin qəbulu başlayır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Professional Aktyorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası, “Xəzər” Universiteti, “Azərbaycanfilm” kinostudiyası və “CineAlliance” Kino Şirkətinin təşkilatçılığı ilə Azərbaycan Kino Akademiyasının keçirdiyi müsabiqə kinematoqrafiya və televiziya sahələrini əhatə edir.
“Qızıl Pəri” peşə müsabiqəsində aşağıdakı nominasiyalar üzrə seçim ediləcək:
I. “Qızıl Pəri” mükafatı
1. Ən yaxşı bədii film
2. Ən yaxşı TV serial
3. Ən yaxşı sənədli film
4. Ən yaxşı telefilm
5. Ən yaxşı müəllif verilişi
6. Ən yaxşı cizgi filmi
7. Ən yaxşı qısa bədii film
8. Ən yaxşı qısa sənədli film
9. Ən yaxşı debüt
10. Ən yaxşı rejissor işi
11. Ən yaxşı prodüser
12. Ən yaxşı orijinal ssenari
13. Ən yaxşı aktrisa
14. Ən yaxşı aktyor
15. Ən yaxşı operator işi
16. Ən yaxşı rəssam işi
17. Ən yaxşı musiqi
18. Ən yaxşı montaj
19. Ən yaxşı geyim üzrə rəssam
20. Ən yaxşı qrim rəssamın işi
21. Ən yaxşı səs rejissoru
22. Ən yaxşı xarici film (qonşu ölkələrin)
23. Milli kinonun inkişafına verdiyi töhfələrinə görə
24. Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə
II. “Qızıl Pəri” mükafatının “Xüsusi Diplomu”
1. Ən yaxşı kommersiya uğurlu film
2. Ən yaxşı tələbə işi
3. Ən yaxşı vizual effekt
4. Ən yaxşı reklam çarxı
5. Ən yaxşı musiqi klipi
6. Ən yaxşı həvəskar filmi
II. Kino tənqidçilərinin xüsusi diplomları:
1. Ən uğurlu yenilik
2. Ən yaxşı müstəqil film
3. Ən cürətli rejissor işi
Əsərlər bu ilin oktyabrın 1-dək təqdim edilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:32]
Ankara Universitetinə Azərbaycanla bağlı nəşrlər hədiyyə edilib
- 25.04.2025 [18:10]
"Azərbaycan muğamı" layihəsi çərçivəsində “Çahargah" muğamı təqdim olunub
- 25.04.2025 [16:53]
Bakıda yazıçı Eluca Atalının yaradıcılıq gecəsi təşkil olunub
- 25.04.2025 [15:52]
Azərbaycan Dövlət Kukla Teatrı Ankarada çıxış edib
- 25.04.2025 [15:14]