MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanasında Milli Kino Günü münasibətilə silsilə tədbirlər təşkil edilib

Bakı, 2 avqust, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları Milli Kino Günü münasibətilə “Azərbaycan kinosu xalqın milli sərvətidir” adlı biblioqrafik icmal, “Azərbaycan kinosu” adlı ənənəvi kitab sərgisi və videoçarx hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materiallarda Azərbaycan kino sənətinin keçdiyi böyük inkişaf yolu, müxtəlif illərdə çəkilən filmlər haqqında məlumat verilir. Videomaterialda bu sahədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyev tərəfindən Azərbaycan kinosunun inkişafı sahəsində imzalanan Sərəncam və Dövlət Proqramı da öz əksini tapıb. Təqdim edilən materiallarda müxtəlif illərdə yerli və beynəlxalq kino festivallarında iştirak etmiş Azərbaycan filmləri haqqında məlumat təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış korifeylərin həyat və yaradıcılığından bəhs edən 20-dən çox kitabın annotasiyası verilir.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarla kitabxananın rəsmi saytında tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.