Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahin Bayramov: Heydər Əliyev hər birimiz üçün zəngin, əvəzolunmaz həyat və idarəçilik məktəbidir

Şahin Bayramov: Heydər Əliyev hər birimiz üçün zəngin, əvəzolunmaz həyat və idarəçilik məktəbidir

Bakı, 10 may, AZƏRTAC

Bu gün Azərbaycan xalqının böyük oğlu, müasir və müstəqil dövlətçiliyimizin memarı, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anadan olmasının 99-cu ildönümündə böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Ulu Öndərin bir insan ömrünə sığmayan zəngin həyat və fəaliyyət yoluna qısa nəzər yetirdikdə belə onun Azərbaycanı canından çox sevdiyi aydın şəkildə görünür. Həyatı üçün böyük risklərə və təhlükələrə baxmayaraq, ən çətin və ağır günlərdə daim Azərbaycanın yanında olması, onun haqq səsini dünyaya çatdırması, xilaskarlıq missiyasının məsuliyyətini üzərinə götürməsi və layiqincə öhdəsindən gəlməsi məhz onun Vətənə, xalqa və dövlətə sıx bağlılığından və sədaqətindən irəli gəlirdi. Ümummilli Liderin vaxtilə söylədiyi “Mənim üçün öz canımdan, öz qanımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” kəlamını qürurla xatırlayırıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov söyləyib.

O deyib: “Danılmaz həqiqətdir ki, Heydər Əliyev parlaq zəkası, titanik əməyi, ali mənəvi keyfiyyətləri, yüksək idarəçilik və liderlik qabiliyyəti, güclü siyasi iradəsi və qətiyyəti ilə bütün həyatını canından çox sevdiyi Vətəninin tərəqqisi naminə mübarizəyə həsr edərək müasir Azərbaycanı qurmuş, onun müstəqil dövlət kimi əsaslarını yaratmış və hərtərəfli inkişafını sürətləndirmişdir. Hazırda Azərbaycanda ictimai həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın. Heydər Əliyev milli maraqları, milli-mənəvi dəyərləri və azərbaycançılığı hər şeydən üstün tuturdu. Azərbaycanın müstəqilliyinin dönməz və əbədi xarakter alması, qüdrətli dövlətə çevrilməsi, dünyada öz layiqli yerini tutması və ərazi bütövlüyünü təmin etməsi məhz Ulu Öndərin milli maraqlara əsaslanan hərtərəfli inkişaf strategiyasının təntənəsidir”.

Şahin Bayramov bildirib ki, dünyaşöhrətli siyasətçinin böyük uzaqgörənliklə söylədiyi “Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir” fikri bu gün də aktuallığını saxlayır və dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nəhəng uğurlarda, əzəmətli qələbələrdə bir daha tarixi təsdiqini tapır. Ulu Öndərin ideyalarına sadiq qalmaqla onun müəyyən etdiyi strateji inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyev düşünülmüş, məqsədyönlü, ardıcıl və sistemli siyasəti ilə hazırda Azərbaycanı öz inkişafında müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə çıxarıb və yeni geosiyasi reallıqlar yaradan dövlətə çevirib.

“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin şücaəti sayəsində tarixi Zəfərə imza atılması ilə Ümummilli Liderin ən vacib vəsiyyəti həyata keçdi, uzun müddət davam edən erməni işğalına son qoyuldu”, - deyən rektor bildirib ki, bu gün hər birimiz ərazi bütövlüyü bərpa edilmiş müstəqil ölkənin vətəndaşı olmaqdan sonsuz qürur hissi keçiririk. Eləcə də, doğma Qarabağa Böyük Qayıdışla əlaqədar sürətli abadlıq və quruculuq işlərinin aparılmasına, regional əhəmiyyətli iri transmilli layihələrin reallaşdırılmasına, bir sıra beynəlxalq səviyyəli tədbirlərin və festivalların keçirilməsinə nail olunması məhz Ulu Öndərin uzaqgörən siyasətinin qələbəsi deməkdir. Ümummilli Lider bu qələbənin fiziki olaraq canlı şahidi olmasa da, atdığı hər bir addımın xalqımızı şanlı Zəfərə yaxınlaşdırdığını görürdü. Bu, nadir tarixi şəxsiyyəti hər dəfə dinlədiyimizdə böyük qürur və fəxarət hissləri keçirdiyimiz, sevinc göz yaşlarına hakim ola bilmədiyimiz məşhur çıxışında da öz əksini tapmışdır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik, təsəvvür edə bilmərik".

“Hələ sağlığında titanik fəaliyyəti və xilaskarlıq missiyası ilə xalqımızın ümummilli lideri zirvəsinə yüksələn və tarixin yaddaşına əbədi həkk olan, illər keçdikcə nəhəngliyi və əzəməti daha aydın şəkildə görünən Heydər Əliyev hər birimiz üçün zəngin, əvəzolunmaz həyat və idarəçilik məktəbidir. Əbədiyaşar liderin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq”, - deyə Şahin Bayramov əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb - FOTOREPORTAJ

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib

Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb

® bp Qarabağ layihəsi üzrə ƏMSSTQ sənədini ictimaiyyətlə müzakirə etmək üçün görüş keçirəcək

Brüsseldə vandalizm nəticəsində ictimai nəqliyyat şirkətinə 4 milyon avrodan çox ziyan dəyib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi konsert proqramı ilə yad edilib

Bu gün "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayır

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb

“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram

Bu gündən Rusiya vətəndaşları Səudiyyə Ərəbistanına vizasız səfər edə biləcəklər

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümünə silsilə tədbirlər həsr edib

Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib

Prezident İlham Əliyevin Zəngilandakı çıxışı həm tarixi yaddaşın, həm də müasir siyasi kursun bir manifestidir- ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqın qəlbində daim yaşayır

Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevrilməkdədir - ŞƏRH

Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır

Sosial sorğu: Emmanuel Makronun reytinqi aşağı düşür, Milli Birlik Partiyası önə çıxır

Anar Eminov: Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır

Premyer Liqa: "Arsenal"dan vacib qələbə

“El Klasiko”: “Barselona” “Real Madrid”ə qalib gələrək çempion olub

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcəyini göstərir - ŞƏRH

Əlcəzair Prezidenti Fransada müstəmləkəçiliyi müdafiə edənləri sərt tənqid edib

Tramp İranın sülh sazişi layihəsinə cavabını bəyənmədiyini açıqlayıb

Tarixin canlı yaddaşı: Heydər Əliyev və Azərbaycanın arxeoloji intibahı

Bakıda Heydər Əliyevin 103-cü ildönümü tatar diasporunun iştirakı ilə qeyd olunub

Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər

Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb

WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub

Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub

Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub

Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır

Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət

Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub

Zelenski: Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmir

Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub

Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Avropa Həftəsində təmsil olunub

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Aktotı Raimkulova: Azərbaycan xalqının Ümummilli Lideri Türk dünyasının qəlbində əbədi yaşayacaq

Premyer Liqa: "Neftçi"dən asan qələbə

Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Nikol Paşinyan: Qarabağ bizim deyildi

Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Deputat: Azərbaycan xalqının taleyində həlledici dönüş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

WUF13 Festivalı - Xankəndidə inklüziv şəhərlər və dayanıqlı gələcək mövzusunda panel

Qazaxıstanda hərbi aviasiyanın təlim uçuşları barədə xəbərdarlıq edilib

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər VİDEO

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər VİDEO

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib

Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb

WUF13 könüllüləri Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləş-mob təşkil ediblər

WUF13 könüllüləri Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləş-mob təşkil ediblər

Azərbaycan xalqı Ulu Öndərə olan sevgi və minnətdarlığını ifadə edir - Fəxri xiyabandan REPORTAJ VİDEO

Azərbaycan xalqı Ulu Öndərə olan sevgi və minnətdarlığını ifadə edir - Fəxri xiyabandan REPORTAJ VİDEO

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək

Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib

Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır

Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır

Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

Prezidentin Zəngilandakı çıxışı Azərbaycanın regionda yeni reallıqları müəyyən edən dövlət olduğunu sübut edir – ŞƏRH

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib

Şahin Bayramov: Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişaf yoluna bundan sonra da daim işıq salacaq

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

Səfir: Heydər Əliyev Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının banisidir

Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib

ANAMA-nın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Şamil Əliyev: Dünya hər birimizin evidir və burada müharibəyə yer olmamalıdır

Ulu Öndər Heydər Əliyevin xatirəsi Niderlandda da anılıb

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər dövlətçilik tariximizin parlaq mərhələsini təşkil edir

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Ulu Öndərin strateji hədəflərinin təzahürüdür

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Qusarda komandalararası şahmat turnirinin qalibləri mükafatlandırılıb

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO