İDMAN
Şahmatçımız Vüqar Əsədli Lissabonda keçirilən açıq turnirdə liderliyə yüksəlib
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan şahmatçısı Vüqar Əsədli Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq turnirdə liderliyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, turnirdə klassik yarışların beşinci turunda mübarizə aparan şahmatçımız rusiyalı Yevgeni Alekseyev ilə heç-heçə edib. V.Əsədli növbəti partiyada fransalı Tiqran Qamarian ilə qarşılaşacaq. Şahmatçımız hazırda 4,5 xalla turnir cədvəlində birinci yerdədir.
Komandamızın digər üzvlərindən Zaur Bayramov portuqaliyalı Kevin Spraget ilə heç-heçə edib. Nail Bəşirli braziliyalı Gilyerme Deola Borgesə qalib gəlib. Növbəti turda Z.Bayramov polşalı Kamil Staçovyak, N.Bəşirli italiyalı Kristian Palozza ilə qarşılaşacaqlar. Z.Bayramov 4 xalla 10-cu, N.Bəşirli 3,5 xalla 34-cü pillələrdə qərarlaşıblar.
Yanvarın 25-də start götürən turnir doqquz turdan ibarətdir. İsveçrə sistemi üzrə keçirilən yarışda 227 şahmatçı mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [18:03]
Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib
- 21.05.2024 [17:53]
Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib
- 21.05.2024 [16:58]
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
- 21.05.2024 [16:43]
“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib
- 21.05.2024 [15:10]
Toni Kroos karyerasını başa vuracağını açıqlayıb
- 21.05.2024 [14:51]
Qubada bilyard turniri keçirilib
- 21.05.2024 [13:57]