Səfirliyimizə hücumla bağlı məqalə “Vikipediya"nın ingilis dili bölməsində ana səhifəyə yerləşdirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş xain terror aktı dünyanın ən böyük informasiya resurslarından biri olan “Vikipediya”da da əks olunub.
Bu barədə AZƏRTAC-a Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum haqqında məqalə “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Ayxan Zayıdzadənin və Qulamhüseyn Məmmədovun səyi ilə tam formada genişləndirilib, ingilisdilli “Vikipediya”nın hər gün dünyanın müxtəlif yerlərindən yüz minlərlə oxucunun daxil olduğu ana səhifəsinə yerləşdirilib. Məqalədə ingilisdilli oxuculara terror aktı barədə geniş və ətraflı məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]