İDMAN


Slovakiyalı tennisçi: Bakıda bizim üçün yaradılmış şəraitdən çox razıyıq

Bakı, 21 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etdiyimə görə çox xoşbəxtəm. Hər bir idmançı yarışlara qalibiyyət üçün qatılır. Ümid edirəm ki, mən də Bakıdan ölkəmə medalla qayıdacağam.

Bu sözləri AZƏRTAC-a müsahibəsində slovakiyalı tennisçi Peter Nad deyib.

“Bir neçə beynəlxalq yarışda iştirak etmişəm. “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı təşkilatçılıq baxımından həqiqətən də fərqlənir. Yarışlararası məşqlər üçün də yaradılmış şərait yüksək səviyyədədir, çox razıyıq”, – deyə Peter Nad vurğulayıb.

Atıq bir neçə gündür Bakıda olduğunu deyən idmançı bildirib ki, paytaxtımız onun çox xoşuna gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.